Göyəm — Azərbaycan Respublikasının Zaqatala rayonunun Göyəm kənd inzibati ərazi dairəsində kənd.
Mədəniyyəti Ərazidə 3 orta məktəb, 1 həkim məntəqəsi, 2 feldşer–mama məntəqəsi, 1 klub, 4 kitabxana, 2 mədəniyyət evi, 1 körpələr evi–uşaq baxçası, 4 məscid, 1 futbol meydançası vardır.
Tarixi abidələr: 4 məscid, qədim qəbristanlıq.
Coğrafiyası və iqlimi Göyəm ərazi nümayəndəliyi, rayon mərkəzindən cənubda, Tala çayın sağ sahilində yerləşir və dörd kəndi (Göyəm, Çökək, Sumaylı, Dardoqqaz) özündə birləşdirir.
Nümayəndəliyin ərazisi 3368,6 hektardir.
Əhalisi Əhalisi 4157 (Göyəm — 1914, Çökək — 935, Sumaylı — 656, Dardoqqaz — 652) nəfər, əsasən azərbaycanlılar, avarlar, saxurlardır. Dini mənsubiyyəti müsəlman.
Ərazi nümayəndəliyi, RİHB-nin ərazi İcra nümayəndəsi və Göyəm Bələdiyyəsi tərəfindən idarə olunur.
Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Din Kənddə Göyəm kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2014-cü ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Kateqoriya:Zaqatala rayonunun kəndləri