İsrail (; ) və ya rəsmi adı ilə İsrail Dövləti (, ) — Yaxın Şərqdə yerləşən dövlət. 31 dekabr 2019-cu il tarixində aparılan siyahıyaalmaya əsasən əhalisi 9,452,856 nəfərdir. Ərazisi 22,072 km² əhatə edir. Əhalisinə görə dünyada 96-cı, ərazisinə görə isə 148-ci yeri tutur. Yaxın Şərqdə, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. Dövlət dili ivritcə olsa da, ərəb dili xüsusi statusa malikdir. Dövlətin paytaxtı, iqtisadi və texnoloji mərkəzi Təl-Əviv, hökumətin mərkəzi və elan edilmiş paytaxtı işğal altında olan Qüdsdür. Lakin dövlətin Qüds üzərində suverenliyinin tanınması məhduddur.Aldajani, Ra'fat, and Drew Christiansen. 22 June 2015. "The Controversial Sovereignty over the City of Jerusalem ." The National Catholic Reporter. via Berkley Center for Religion, Peace & World Affairs: "No U. S. president has ever officially acknowledged Israeli sovereignty over any part of Jerusalem (…) The refusal to recognize Jerusalem as Israeli territory is a near universal policy among Western nations."Akram, Susan M., Michael Dumper, Michael Lynk, and Iain Scobbie, eds. 2010. International Law and the Israeli-Palestinian Conflict: A Rights-Based Approach to Middle East Peace. Routledge. p. 119: "UN General Assembly Resolution 181 recommended the creation of an international zone, or corpus separatum, in Jerusalem to be administered by the UN for a 10-year period, after which there would be a referendum to determine its future. This approach applies equally to West and East Jerusalem and is not affected by the occupation of East Jerusalem in 1967. To a large extent it is this approach that still guides the diplomatic behaviour of states and thus has greater force in international law.""Jerusalem: Opposition to mooted Trump Israel announcement grows ." BBC News. 4 dekabr 2017: "Israeli sovereignty over Jerusalem has never been recognised internationally"Whither Jerusalem (Lapidot) p. 17: "Israeli control in west Jerusalem since 1948 was illegal and most states have not recognized its sovereignty there"
İsrail torpağı Afrika xaricindəki ilk hominidlərin köç nöqtələrindən biri olmuşdur.Charles A. Repenning & Oldrich Fejfar, Evidence for earlier date of 'Ubeidiya, Israel, hominid site Nature 299, 344–347 (23 sentyabr 1982) Kənan qəbilələri bu bölgədə Orta Tunc dövründən yaşamış, İsrail Krallığı və Yəhudi Krallığı dəmir dövründə qurulmuşdur. E.ə. 720-ci ildə Yeni Assuriya İmperiyasının yaranması ilə İsrail Krallığı süquta uğramışdır. Yəhudi Krallığı, sırasıyla Babil, Fars və Yunan imperiyaları tərəfindən işğal edilmiş, lakin muxtar statusu olan yəhudiliyi qoruyub saxlamışdır. Məkkəbi üsyanı nəticəsində e.ə. 110-cu ildə Haşmoneyi Krallığı qurulsa da, əvvəlcə e.ə. 63-cü ildə Roma Respublikasının vassal dövləti olmuş, daha sonra e.ə. 37-ci ildə Herod xanədanlığı mərkəzi hökmdar olaraq təyin edilmiş, e.ə 6-cı ildə isə Yəhudiyyə adı altında Roma İmperiyasının vilayəti olaraq yenidən qurulmuşdur. Yəhudiyyə uzun müddət Roma İmperiyasının vilayəti olaraq qalmış, lakin üsyanlar nəticəsində Roma hökmdarları şəhəri atəşə vermiş, yəhudilər qovulmuş və bölgənin adı Suriya Fələstini olaraq dəyişdirilmişdir. Sonradan bölgədəki yəhudilərin varlığı əsrlər boyu müəyyən dərəcədə davam etmişdir. Eramızın VII əsrində Levant, ərəblər tərəfindən Bizans İmperiyasından alınmış və bölgədəki ərəb hökmranlığı 1099-cu il Birinci Səlib yürüşünə qədər davam etmişdir. 1187-ci ildə Əyyubilərlə birlikdə müsəlmanlar yenidən bölgəyə hakim olmuş, XIII əsrdə məmlüklər Misirdən bu bölgəyə qədər olan əraziləri öz torpaqlarına qatmışdır. 1517-ci ildə Məmlüklər, Osmanlı İmperiyası tərəfindən məğlub edilmiş və bu bölgədəki Osmanlı hökmranlığı, imperiyanın Birinci Dünya müharibəsində dağılmasına qədər davam etmişdir. XIX əsrdə, milli yəhudi oyanışı ilə yəhudi diasporunda sionist hərəkat meydana gəlmiş, Osmanlı Suriyası və Fələstin mandatına yəhudilərin sürətli köçü baş tutmuşdur.
1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanmış paylaşma planı ilə bölgədə müstəqil ərəb və yəhudi dövlətləri ilə birlikdə beynəlxalq Qüds rəhbərliyinin qurulması istənildi. Ərəb liderləri rədd etsə də, Yəhudi Agentliyi bu planı qəbul etdi. Növbəti il Yəhudi Agentliyi İsrail Dövlətinin müstəqilliyini elan etdi və 1948-ci il Ərəb-İsrail müharibəsi nəticəsində İsrail keçmiş Fələstin Mandat ərazisinin əksəriyyətini əlində saxlamağa nail olsa da qonşu ərəb ölkələri isə İordan çayının qərb sahili və Qəzzəni ələ keçirmiş oldu. Bu müharibədən sonra İsrail və ərəb ölkələri arasında bir çox müharibələr baş tutdu. 1967-ci ildəki altı günlük müharibədən sonra İsrail İordan çayının qərb sahili, Qəzzə zolağı və Qolan təpələrini ələ keçirmiş oldu. Şərqi Yerusəlim və Qolan təpələrində hakimiyyəti ələ keçirsə də, İordan çayının qərb sahilində uğursuzluq yaşandı. İsrailin Fələstin torpaqlarının işğalı müasir dövrün ən uzun müddətli işğallarından biridir. İsrail-Fələstin münaqişəsinə beynəlxalq səviyyədə son qoyma səyləri daim uğursuzluqla nəticələnsə də, İsrail ilə Misir və İordaniya arasında sülh müqavilələri imzalanmışdır.
Müstəqillik bəyannaməsinə görə İsrail müstəqil bir yəhudi dövlətidir. İsrail, eyni zamanda yəhudilərlə yanaşı, bütün etnik qrupların din, dil və irqdən asılı olmayaraq bərabər hüquqlara sahib olduğu çoxmillətli və demokratik bir dövlətdir. İsrail əhəmiyyətli etno-mədəni müxtəlifliyi ilə seçilir.. "A current list of liberal democracies includes: Andorra, Argentina, …, Cyprus, …, Israel, …" Ölkənin əhalisinin əsas hissəsini 6.772.000 nəfər ilə yəhudilər (74.1%), 1.916.000 nəfər ilə ərəblər (21%), 448.000 nəfər ilə digər millətlər təşkil edir. İsrail inkişaf etmiş bir ölkədir və İƏİT üzvüdür. Nominal ÜDM dəyərlərinə görə dünyanın ən böyük 31-ci iqtisadiyyatına sahibdir və hazırda münaqişə vəziyyətində olan ən inkişaf etmiş ölkələrdən biridir. Yaxın Şərqdə yaşayış standartları, ali təhsilli vətəndaşların nisbəti, araşdırma və inkişaf xərclərinin ÜDM-də nisbəti, qadınların təhlükəsizliyi, ömür müddəti, innovativlik və xoşbəxtlik baxımından ilk sıradadır.
Etimologiya Tövrata görə Yaqub peyğəmbər ailəsi ilə birlikdə köç edərkən Tanrının insan şəklində göndərdiyi mələk ilə qarşılaşır. Ailəsini çayın o biri tərəfinə keçirdikdən sonra Yaqub peyğəmbər mələk ilə səhər açılana qədər güləşir. Səhərin açıldığını və Yakub peyğəmbəri məğlub edə bilməyəciyini görən mələk ondan onu buraxmasını xahiş edir. Yaqub peyğəmbər isə onu müqəddəsləşdirmək şərtiylə buraxacağını bildirir. Beləliklə mələk onu "Tanrı ilə döyüşən" mənasını verən İsrail adı ilə müqəddəsləşdirir. Buna görə Yaqubun soyundan gələnlər İsrailoğulları adı ilə xatırlanır.
Tarixi
Qədim tarix Ubaydiya bölgəsində aparılan arxeoloji qazıntılar zamanı Homo erektusun müasir İsrail ərazilərində yaşadığının sübutu olan bir çox izlərə rast gəlinmişdir. Təxminən 200 min il əvvəl neandertal insanlar bu bölgədə yaşamış, bundan qısa müddət sonra müasir tipli insanlar ortaya çıxmışdır. İsrailin Qalileya bölgəsində yer alan Misliya mağarasında sümüklərinin yaşı 175–200 min il olan homo sapienlərə rast gəlinmişdir.
E.ə. X-VIII minilliklərdə bu ərazilər, tarixdə ilk dəfə dənli bitkilər becərməyə başlayan Natufiya mədəniyyət zonasının bir hissəsi olmuşdur. Təxminən 9 min il əvvəl bu yerlərdə neolitik inqilab başlamış və qədim Yerixo şəhəri də daxil olmaqla ilk yaşayış yerləri meydana gəlmişdir. İlk sami tayfalarından olan kənanlar burada təxminən e.ə IV-III minilliklərdə meydana gəlmişlər. Növbəti 2–3 min il ərzində bu ərazilər Qədim Misirin himayəsi altında qalmışdır.
Erkən tarix Yəhudi xalqı və İsrail torpağı arasındakı əlaqə İncilin patriarxı İbrahimə təsadüf edir. İncilə görə İsrail torpağı "Vəd edilmiş torpaq" olaraq Tanrı tərəfindən yəhudilərə vəsiyət edilmişdir. Məhz buna görə də, yəhudi xalqının bütün müqəddəs ibadət məskənləri burada yerləşir.
Coğrafiya
İsrail Bərəkətli Hilal regionunun Levant bölgəsində yerləşir. Ölkə Aralıq dənizinin şərqində, şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən Misir və Qəzzə zolağı ilə həmsərhəddir. 29°-34° şimal enliyi və 34°-36° şərq uzunluğu arasında yer alır.
Ölkənin şimaldan cənuba uzunluğu 470 km, şərqdən qərbə uzunluğu isə 135 km təşkil edir. Sərhədlərinin ümumi uzunluğu 1125 km-dir. İsrailin suveren ərazisi (Rodos müqaviləsi sərhəd xəttlərinə görə və 1967-ci il altı günlük müharibə zamanı ələ keçirilən bütün torpaqlar istisna olmaqla) 20.770 kvadrat kilometrdir. Ərazisinin 2,1%-ni su sahəsi təşkil edir. İsrail qanunlarına görə isə, dövlətin sərhədləri Şərqi Qüds və Qolan təpələri də daxil olmaqla ümumilikdə 22.072 kvadrat kilometrdir. Lakin İsrail, hərbi nəzarəti altında olan və qismən Fələstin milli idarəsi tərəfindən idarə olunan İordan çayının qərb sahili ilə birlikdə 27,799 kvadrat kilometr sahəyə sahibdir. Sahəcə kiçik olmasına baxmayaraq, İsrail cənubdakı Negev səhrasından İzreel vadisinə, Qalileya yüksəkliklərindən Karmel dağı və şimaldakı Qolan təpələrinə qədər bir çox coğrafi məkanlara ev sahibliyi edir. Aralıq dənizi sahillərindəki İsrail sahil düzü, ölkə əhalisinin ən sıx məskunlaşdığı bölgələrdəndir. Mərkəzi dağlıqların şərqində 6500 kilometr uzunluğunda Böyük rift vadisinin kiçik bir hissəsini təşkil edən İordaniya rift vadisi yerləşir. İordan çayı İordaniya rift vadisi boyunca Hermon dağından Ölü dənizə qədər uzanır. Cənubda Qırmızı dənizin bir hissəsi olan Aqaba körfəzinin qutaracağında Arava səhrası yerləşir. Bu səhrada sadəcə İsrail və Sinay yarımadası üçün xarakterik olan maxteşim və ya eroziya sirkləri geniş yayılmışdır. Dünyadakı ən böyük maxteşim 40 kilometr uzunluğunda olan Negev səhrasındaki Ramon krateridir. Aralıq dənizi ekoloji vəziyyəti hesabatına əsasən ən çox bitki növünə İsrail hövzəsinə rast gəlmək mümkündür. İsrailin beynəlxalq səviyyədə tanınan ərazidəki ən yüksək nöqtə 1.208 metr ilə Meron dağıdır.
Hazırda İsrailin ərazisi daxilində yerləşən dəniz adaları yoxdur. Lakin, İsrail hökuməti, ərazi sahəsi azlığına cavab olaraq sahil yaxınlığında bir hava limanı, dəniz limanı, duzsuzlaşdırma qurğusu, elektrik stansiyası və hərbi sınaq bazası yerləşdirmək üçün süni adalar inşa etməyi planlaşdırır.
Təbii faydalı qazıntılar İsrail torpaqları ərazisində, qədim dövrlərdən bəri mis, asfalt və kükürd kimi təbii faydalı qazıntılar çıxarılaraq ixrac olunmuşdur. XXI əsrdə İsrail mədən sənayesinin illik istehsalının dəyəri 100 milyard dollar olaraq qiymətləndirilmişdir. XX əsrin ikinci yarısında aparılan araşdırmalara görə ölkədə müxtəlif növ inşaat və kimyəvi xammallar olsa da, tektonik quruluş səbəbilə qiymətli mineralların olmadığı aşkar edilmişdir. Lakin, sonralar İsrail geologiya elminin gücləndirilməsi və aparılan təcrübəli tədqiqatlar nəticəsində bir çox qiymətli mineral yataqları kəşf edilmişdir.