thumb|225x225px| Ukrayna xəritəsində Donetsk (qırmızı) və Donetsk vilayətinin (çəhrayı) yeri. Zasyadko kömür mədəni ( Засядька, ) Ukraynanın şərqindəki Donetsk şəhərində kömür hasilatı şirkətidir. 2014-cü ildə Donbass müharibəsi başlayandan sonra mədən üsyançıların nəzarətində olan ərazidə yerləşdi."Ukraine gas blast: 30 feared dead in Zasyadko coal mine" . BBC News. 4 mart 2015.Ukraine conflict: Evacuation planned in frontline town of Avdiivka , BBC News. 31 yanvar 2017
Şirkətin meneceri və iddia edilən sahibi Regionlar Partiyası daxilində nüfuzlu iş adamı və siyasətçi Yuxim Zvyahilskidir. İqtisadi, texnoloji və siyasi əhəmiyyəti ilə yanaşı, şirkət – kömür mədəni, çoxsaylı ölümlə nəticələnən təkrar mədən qəzalarının yeri olması ilə məşhurdur. Ən ölümcül, Ukrayna tarixindəki ən dəhşətli faciə 2007-ci il noyabrın 18-də baş verib və 101 şaxtaçı həlak olub."Four dead in Ukraine mine blast", BBC News, 2 Dekabr, 2007
Tarix Mədəndə istehsal 1958-ci ildə başlamışdır.Гірничий енциклопедичний словник, т. 3. / За ред. В. С. Білецького. — Донецьк: Східний видавничий дім, 2004. — 752 s. ISBN 966-7804-78-X (Dağ-mədən lüğətləri, ukrayna dilində) Yarandığı gündən mədən Sovet Kömür Sənayesi nazirlərindən biri olan Aleksandr Zasiadkonun adını daşıyır.
1992-ci ildə Zasyadko mədəni bir neçə köməkçi sənaye ilə birlikdə "icarəyə götürülmüş müəssisə"yə (praktiki olaraq işçilər tərəfindən özəlləşdirilmiş) çevrildi. Mədənin ovaxtkı meneceri və nüfuzlu yerli iş adamı Yuxim Zvyahilski öz postunu qoruyub saxladı və yeni şirkətin aktivlərinə qeyri-rəsmi nəzarəti ələ keçirdi.Бизнес-досье Шахта им. Засядько, ОП. 5 Yanvar, 2009 tarixində Wayback Machine tərəfindən arxivlənib.Бизнес-досье Звягильский Ефим Леонидович. 31 Avqust, 2009 tarixində Wayback Machine tərəfindən arxivlənib. Cənab Zvyahilski 1990-cı illərin əvvəllərində qısa müddət ərzində Ukraynanın baş naziri vəzifəsini icra edib və bütün çağırış Ali Radanın (parlament) deputatı olub.Звягільський Юхим Леонідович. Verkhovna Rada official dossier. 10 Dekabr, 2007 tarixində Wayback Machine tərəfindən arxivlənib.ЗВЯГИЛЬСКИЙ ЕФИМ ЛЕОНИДОВИЧ. Биография . Janukovicha.
Mədən təhlükələri Zasyadko mədəni təbii olaraq yüksək səviyyədə qaz (xüsusilə metan) və kömür tozunun partlama təhlükəsi səbəbindən dünyanın ən təhlükəli kömür mədənlərindən biridir.Шахта им. А. Ф. Засядько в Донецке . Справка RIA Novosti, 19 Noyabr, 2007 Bundan əlavə, mərhələli tükənmə, mədəni 6 quyuya sahib olacaq qədər böyük və ən önəmlisi çox dərin hala gətirdi. 2004-cü il etibarilə qazıntı dərinliyi 529m ilə 1270m arasında dəyişməkdədir.
Bununla belə, bu yaxınlarda müstəqil dağ-mədən eksperti mədəninin yeraltı vəziyyətini təhlükəsizlik standartları daxilində göstərmək və beləliklə onun dövlət müfəttişləri tərəfindən bağlanmasının qarşısını almaq üçün şirkətin təhlükə dəyərləndirən avadanlıqlara müntəzəm olaraq nəzarət etdiyini iddia etdi.Donetskdəki faciənin ilk versiyası. (Kanal 1+1-də TSN xəbərləri), 22 noyabr 2007-ci il. Prezident Yuşşenko kabineti kömür sənayesində "təhlükəsiz qazma təcrübələrini" həyata keçirməməkdə günahlandırdı."Ukraine's mine death toll rises" . BBC News. 20 Noyabr, 2007.
Qəzalar Zasyadko mədənində yeddi ciddi mədən qəzası baş verib:
24 may 1999-cu il – 50 işçi həlak oldu, 40 nəfər yaralandı.Korneychuk, Dmitriy (November 18, 2007). "Methane blast at the mine of Zasyadko". Gazeta po-Kievskiy (rusca). 2007-11-19. 19 avqust 2001 – 55 işçi öldü, 34 nəfər yaralandı.Ukraine mine blast kills 36 . BBC News. 31 iyul 2002-ci il – 20 işçi öldü, ikisi yaralandı.At Least 19 Killed in Ukraine Mine Explosion . New York Times. 20 sentyabr 2006 – 13 işçi həlak oldu, 61 nəfər yaralandı.Soviet Coal Mine Accidents Kill 45 . Washington Post. 18 noyabr 2007-ci il – 101 işçi həlak oldu, onlarla işçi yaralandı. 1 dekabr 2007 – 52 işçi yaralandı.Из шахты Засядько на поверхность выведены все горняки . Korrespondent. 2 dekabr 2007-ci il – beş işçi həlak oldu, 30 nəfər yaralandı.Число погибших на шахте им. Засядько возросло до 5 человек . Korrespondent. 4 mart 2015-ci il – 17 işçi həlak olub, 15 nəfər itkin düşüb.Ukraine gas blast: 30 feared dead in Zasyadko coal mine . BBC News.
Həmçinin bax Ukraynada kömür
İstinadlar
Kateqoriya:Ukrayna mədənləri Kateqoriya:"Lenin" ordeni ilə təltif edilən təşkilatlar