XanQədim Türk dili Latın əlifbası: kaγan Orxon əlifbası:Türk dili Latın əlifbası: hanBolqar dili Kiril əlifbası: кан Latın əlifbası: kanMonqol dili Kiril əlifbası: хаан Transliterasiya: xaan Monqol əlifbası:ᠬᠠᠭᠠᠨ Transliterasiya: qagan, xaganMacar dili Latın əlifbası: kanÇin dili Sadələşdirilmiş çincə: 可汗 Hanyu Pinyin : kèhánFars dili Fars əlifbası: خانKoreya dili Hangul: Latın əlifbası gan McCune-Reischauer: kan

Xan (Türk dili: Han, kaan, kağan, hakan) — Monqol və türk dövlətlərində hökmdarlar tərəfindən istifadə edilən ünvanlardan biri və nisbi olaraq ən köhnələrindəndir.

İstifadəsi Xan — ilk dəfə jujanlar dövründə istifadə edilən bir tituldur.René Grousset (1988). The Empire of the Steppes: A History of Central Asia now. Rutgers University Press. pp. 61, 585, n. 92. ISBN 0-8135-1304-9. Xaqandan daha aşağı titul idi. Avropa feodalizmində krala bərabərdir.

Xan sözündən yaranan sözlər:

Gurxan — Qaraxitaylar dövlətinin idarəçilərinə deyilirdi. İlxan — Müəyyən bir elin ya da bölgənin idarəçilərinə deyilirdi. Xani-xanan () — Böyük Moğol İmperiyasının sərkərdələrinə deyilirdi. Xan Sahib Şri Babi — Bantva Manavadar dövlətinin hökmdarlarına deyilirdi. Qan — Koreyadakı qəbilə başçılarına verilən titul idi. Xatun — Xanların həyat yoldaşlarına verilən titul idi. Kraliçaya bərabərdir.

Xanzadə — Xan nəslindən gələnlərə verilən titul. Xaqan — Xanların xanı mənasında istifadə olunurdu. Xandan () — Hind dillərində ailə deməkdir. Kanasubiqi - Birinci Bulqar dövlətinin idarəçilərinə verilən titul. Kovxan - Birinci Bulqar dövlətinin ikinci ən önəmli şəxslərinə verilən titul.

Mənbə Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0)

İstinadlar

Kateqoriya:Monqolustan tarixi Kateqoriya:Zadəgan titulları Kateqoriya:Türk mifologiyası Kateqoriya:Osmanlı imperiyasında titullar Kateqoriya:Azərbaycan zadəgan titulları Kateqoriya:Azərbaycan mədəniyyəti Kateqoriya:Asiya tarixi Kateqoriya:Türk titulları Kateqoriya:Monarxiya Kateqoriya:Kral titulları Kateqoriya:Milli və ya etnik liderlik adları