Aslan Qaraşarov (1919–1943) — Böyük Vətən müharibəsi qəhrəmanı, baş serjant.

Həyatı Aslan Məmməd oğlu 19 noyabr 1919-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Azərbaycan Sənaye İnstitutunda oxumuş, Azərbaycan Radio Verilişləri Komitəsinin orkestrində işləmişdir.1939-cu uldə institutda oxuyarkən Sovet ordusu sıralarına çağrılmışdır.Böyük vətən müharibəsində 271-ci Azərbaycan milli diviziyasında artilleriya batereyasının komandiri olmuş, Şimali Qafqazın azad edilməsində igidlik göstərmişdir. Zaqafqaziya Cəbhəsi Şimal Qrupu qoşunlarının tərkibində Mozdokdan Azov dənizi sahillərinə kimi döyüş yolu keçmişdir.Aslan Qaraşarov Semernikovonun (indiki Rostov vilayəti) müdafiəsində düşmənin səkkiz tankını məhv etmiş və özü də həlak olmuşdur.

Mükafatları O, "Qırmızı Bayraq" ordeni və müxtəlif medallarla təltif edilmişdir. Rostov şəhərindəki xatirə lövhəsində Aslan Qaraşarovun da adı var. Şuşada adına küçə var.

Həmçinin bax Qaraşarlılar

İstinadlar

Kateqoriya:Qaraşarlılar Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:İkinci Dünya müharibəsində həlak olanlar Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:1919-cu ildə doğulanlar Kateqoriya:1943-cü ildə vəfat edənlər Kateqoriya:SSRİ baş çavuşları Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları