Ələt Azad İqtisadi Zonası () və ya qısaca ƏAİZ () — Azərbaycan Respublikası tərkibində xüsusi iqtisadi zona.
Ərazisi Ələt Azad İqtisadi Zonası Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşir, ilkin dövrdə ərazisi 850 hektar (8.5 kvadrat kilometr) idi. 2025-ci ildə iqtisadi zonanın ərazisi ən azı 6500 hektara (65 kvadrat kilometr) çatıb.
Ələt Azad İqtisadi Zonası Bakı Beynəlxalq Dəniz Ticarət Limanına bitişikdir və Şimal-Cənub, Şərq-Qərb kimi beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsindədir. Bu da iqtisadi zona istifadəçilərinə həm dəniz, həm dəmir yolu, həm də avtomobil nəqliyyatından istifadə imkanı təşkil edir.
Tarixi Ələt Azad İqtisadi Zonası üçün 2017–2021-ci illərdə hüquqi baza yaradılmış, 2022–2023-cü illər iqtisadi zonanın ilkin fəaliyyət dövrü, 2024–2026-cı illər isə sistemli inkişaf dövrü olaraq planlaşdırılmışdır. İlkin fəaliyyət dövründə iqtisadi zonanın idarəetmə təşkilatının, sistemli inkişaf dövründə isə ərazidə sənaye parklarının yaradılması planlaşdırılmışdır. 2027-ci il və sonrası üçün isə iqtisadi zonanın tam fəaliyyət göstərməsi planlaşdırılır.
Ələt Azad İqtisadi Zonası 3 iyun 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmışdır. İqtisadi zonanın yaradılmasında əsas məqsəd daxili və xarici investorlar üçün əlverişli mühit yaratmaq, Azərbaycana sərmayə cəlb etməkdir. Ələt Azad İqtisadi Zonası Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və beynəlxalq hava limanlarına yaxın yerləşir. Azərbaycanın "Azad İqtisadi Zonalar haqqında" qanunu ilə iqtisadi zonanın xüsusi inzibati və hüquqi rejimi, güzəştlər strukturu və gömrük qaydaları təyin edilir. "Ələt Azad İqtisadi Zonasının İdarəetmə Təşkilatı" iqtisadi zonanı idarə edir, dövlət tabeliyindədir və birbaşa prezident administrasiyasına cavab verir.
2026-cı ilin 12 martında Pekində Ələt Azad İqtisadi Zonasına həsr edilmiş tədbir keçirilmiş, tədbirdə Çinin 200-dən çox şirkəti Ələt Azad İqtisadi Zonasında investisiya imkanlarını müzakirə etmişdir. Tədbirdə Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə Çin Xarici İnkişaf Assosiasiyası (CODA) arasında anlaşma memorandumu imzalanmışdır.
2026-cı ildə iqtisadi zonanın karqo hava limanı istifadəyə veriləcək.
İdarəçiləri ŞəxsVəzifəsiSəlahiyyətlərin başlanğıcıSəlahiyyətlərin sonuİstinadValeh Ələsgərov150px|framelessƏlət Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri25 noyabr 2019may 2020Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədrimay 2020indiyə qədərMikayıl Cabbarov150px|framelessƏlət Azad İqtisadi Zonası üzrə İşçi qrupunun rəhbəri2024indiyə qədər
İstinadlar
Kateqoriya:Azərbaycan iqtisadiyyatı Kateqoriya:2021-ci ildə Azərbaycanda yarananlar