25 yaşlı yarımmüdafiəçi 2002-ci ildən İspaniya çempionatında çıxış etsə də, DÇ-2006-dək Argentina millisində cəmi 13 oyun keçirmişdi və adıçəkilən ölkələrdən kənarda yaxşı tanınmırdı.
Avropadakı karyerasına 2002-ci ildə «Saraqosa»da başlasa da, elə həmin il «Espanyol»a keçib və 2005-ci ilə kimi burada oynayıb. Həmin dövrdə klubda beş məşqçi dəyişsə də, onun əsas heyətdəki yeri toxunulmaz qalıb.
2004/05 mövsümündə «Espanyol»un heyətində İspaniya primerosunda 15 qol vuraraq ölkənin aparıcı klublarının diqqətini cəlb edib və ötən ilin yayında Madrid «Atletiko»suna keçib. Yeni komandasında isə ötən çempionatda 10 dəfə fərqlənib.
O, 2005-ci ildə Argentina yığmasının heyətində Konfederasiyalar kubokunda hücumçu kimi yer alıb (2 oyun keçirib). DÇ-2006-da isə hücuma meyilli yarımmüdafiəçi mövqeyində çıxış etməyinə baxmayaraq, məhsuldar oyun nümayiş etdirir. O, ilk 4 oyunda 3 qol vuraraq yarışın bombardirləri arasında qərarlaşıb. Bundan başqa, 1/8 finalda Argentina – Meksika (2:1) matçının ən yaxşı oyunçusu seçilib.
25 yaşlı futbolçu meydanda etibarlı oyunu ilə seçilir və məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirməyə çalışır. Düzdür, əvvəllər onu həddən artıq fərdi oyuna meyil etməkdə günahlandırırdılarsa, indi o, açıq-aşkar komanda oyunçusu kimi tanınır.
2001-ci ildə gənclər arasında dünya çempionu olub. Həmin turnirdə 4 qol vurub, o cümlədən final matçında bir dəfə fərqlənib. 2004-cü ildə Olimpiya çempionu olmuş Argentina yığmasının heyətindən son anda çıxarılmasını karyerasının ən üzücü hadisələrdən biri sayır.
Maraqlıdır ki, anası əslən italiyalı olduğundan, o, 2004-cü ilin avqustunda İtaliya vətəndaşlığını da qəbul edib.
Kateqoriya:Argentina futbolçuları Kateqoriya:Argentina milli futbol komandasının oyunçuları Kateqoriya:Argentinanın kişi futbolçuları Kateqoriya:Espanyol FK futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Liverpul FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Argentina futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Uruqvay Primera Divizyonu futbolçuları Kateqoriya:2005 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Atletiko Madrid FK futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular