Əhməd Məsud () — Tacik əsilli Əfqanıstan siyasətçisi, SSRİ qoşunları, sonra isə Talibanla uğurlu mübarizəsi ilə tanınan səhra komandiri Əhməd Şah Məsudun oğlu və varisi.

Həyatı Əhməd Məsud 1989-cu ildə Əfqanıstanın şimal-şərqindəki Təxar vilayətinin Piyu şəhərində tacik ailəsində anadan olmuşdur.

İranda orta məktəbi bitirdikdən sonra Məsud bir il Sandhurstdakı Kral Hərbi Akademiyasında hərbi kurslarda təhsil alıb.. O, 2012-2015-ci illərdə London Kral Kollecində Hərbi Araşdırmalar Bölməsində təhsilini davam etdirib. 2016-cı ildə London Şəhər Universitetində Beynəlxalq Siyasət üzrə magistr dərəcəsi alıb..

2016-cı ildə Məsud Əfqanıstana qayıtmış və "Məsud Fondu"nun baş direktoru təyin edilmişdir. 2019-cu ilin mart ayından etibarən Məsud rəsmi olaraq siyasətlə məşğul olmağa başlamışdır..

Atasının Əfqanıstanda daxili hakimiyyət münasibətlərinin İsveçrə modeli ideyasını dəstəkləyərək, mərkəzsizləşdirilmiş hökumətin resurslarının və səlahiyyətlərin daha səmərəli bölgüsünə gətirib çıxaracağını və bununla da ölkəyə rifah və sabitliyin gətirəcəyini əminliklə bildirmişdir.

2021-ci ildə, Taliban tərəfindən hərbi uğurlar fonunda Məsud, Əfqanıstanın şimalında, Taliban əleyhinə olan etnik könüllülərin koalisiyası olan Pəncşir Müqavimətini qurdu. Kabilin süqutundan sonra, Birinci vitse-prezident Əmrulla Salehlə müttəfiq olaraq Taliban rejiminə müqavimət göstərmək qərarı verdi.

İstinadlar

Kateqoriya:Əfqanıstanda doğulanlar Kateqoriya:Əfqanıstan siyasətçiləri Kateqoriya:XXI əsr siyasətçiləri