Pərviz Paşa oğlu Nəsibov () — Azərbaycan əsilli Ukrayna yunan-Roma güləşçisi, Tokio və Paris Olimpiya Oyunlarının gümüş mükafatçısı.
Həyatı Pərviz Paşa oğlu Nəsibov 1998-ci il avqustun 18-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olmuşdur. Altı yaşına qədər doğma kəndində yaşamış və burada idmanda ilk addımlarını atmışdır. Muğanlı kəndində bir il sərbəst güləş bölməsinə qatılmışdır. Ancaq 2004-cü ildə atası Ukraynanın Nikolayevə şəhərinə köçmüş və ailəsini də özü ilə aparmışdır. Nikolayevdə də Pərviz güləşmə məşğul olmağı davam etdirmiş, lakin burada o, yunan-Roma üslubunu seçmişdir.
2017-ci ilin mart ayında İranın Abadan şəhərində baş tutan Dünya Kubokunda, milli komandası 6-cı yerdə qərarlaşsa da, o, bütün döyüşləri məğlubiyyətsiz keçirən yeganə ukraynalı güləşçi olub. 2017-ci ilin iyul ayında Almaniyanın Dortmund şəhərində finalda gürcü Georgi Kurtanidzeni məğlub edərək yeniyetmələr arasında Avropa çempionu adını qazanıb.
2018-ci ilin sentyabr ayında SlovakiyanınTrnavaa şəhərində keçirilən gənclər arasında Dünya Çempionatının bürünc medalçısı olub. 2021-ci ilin may ayında Sofiyada keçirilən dünya lisenziya turnirində Tokio Olimpiya Oyunlarına vəsiqə qazanıb, lakin Nəsibovun sözlərinə görə bundan sonra özünə qarşı lazımi diqqət görməyib.
İdman nəticələri Yeniyetmələr arasında Avropa çempionatı 2014 — ; Yeniyetmə Dünya Çempionatı 2014 — ; Yeniyetmələr arasında Avropa Çempionatı 2015 — ; Yeniyetmələr arasında Avropa çempionatı 2015 — ; Yeniyetmə Dünya Çempionatı 2015 — ; Yeniyetmələr arasında Avropa Çempionatı 2016 — ; Sərbəst Güləş üzrə Ukrayna Çempionatı 2016 — ; Yeniyetmələr arasında Avropa Çempionatı 2017 — ; Yeniyetmələr arasında Dünya Çempionatı 2017 — ;
İstinadlar
Xarici keçidlər
Борец сборной Украины Парвиз Насибов: Ни один соотечественник не пришел встретить меня — ИНТЕРВЬЮ + ФОТО
Kateqoriya:Ukrayna güləşçiləri Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Ukrayna azərbaycanlıları Kateqoriya:Azərbaycan əsilli ukraynalılar Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2020 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya medallı güləşçilər Kateqoriya:Olimpiya gümüş medalına sahib Ukrayna idmançıları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Ukraynanın II dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:2024 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında güləşçilər