UEFA Avro 1972 — final turniri 1972-ci il 14–18 iyun tarixində Belçikanın Brüssel, Lyej və Antverpen şəhərlərində keçirilən futbol yarışı.

Bu çempionatın qalibi adına AFR millisi layiq görülmüşdür. Finalda AFR SSRİ millisini 3 : 0 hesabı ilə məğlub etmişdir.

1/2 oyunları, üçüncü yer uğrunda oyun və final oyunu UEFA-nın əvvəlcədən elan etdiyi ölkədə — Belçikada oynanılmışdır. Belçika millisi bu çempionatda heç bir imtiyaza sahib deyildi və digər komandalar kimi turnirin seçmə mərhələsinə qatılmışdı.

Seçmə mərhələsi oyunlarından öncə pley-off sistemində qalibin müəyyən edilməsi ilə bağlı UEFA tərəfindən vacib qərar qəbul olunmuşdur. Bu qərardan sonra pley-off mərhələsində hər iki oyunun nəticəsinin cəminə görə (əlavə vaxt da nəzərə alınmaqla) qalibi müəyyənləşdirmək mümkün olmadıqda, püşkatma keçirilməsinə deyil, 11 metrlik cərimə zərbələri təyin edilməsinə başlanmışdır. Belə bir qərarın qəbuluna ilk növbədə UEFA Avro 1968-də SSRİ millisinin püşkatmadan (dəmir pul atmaq) sonra finala adlaya bilməməsi səbəb olmuşdur.

Eləcə də bu çempionatdan başlayaraq hər komandaya oyun ərzində iki oyunçu dəyişikliyi etməyə icazə verilmişdir.

İştirakçılar

Şəhərlər və stadionlar <center> {| class="wikitable" style="text-align:center" |- ! Brüssel ! Lyej ! Brüssel ! Antverpen |- | Eyzel | Stad Moris Düfran | Stad Emil Verse | Bosuil

| Tutumu: 50 000 | Tutumu: 31 000 | Tutumu: 28 000 | Tutumu: 20 000 |- | 150px | 150px | 150px | 150px |- !colspan="6" ||}

Seçmə mərhələsi oyunları

Komandaların heyətləri

Final turniri

1/2 final

3-cü yer uğrunda oyun

Final

Avropa çempionu1972Birinci titul

Bombardirlər 4 top Gerd Müller 1 top: Herbert Vimmer Anatoli Konkov Odilon Polleönis Raul Lambert Pol van Himst Layoş Kyu

Simvolik yığma komanda Q Yevgeni Rudakov M Revaz Dzodzuaşvili M Frans Bekkenbauer M Murtaz Xurtsilava M Paul Braytner Ym Uli Höness Ym Günter Netser Ym Herbert Vimmer H Raul Lambert H Yupp Haynkes H Gerd Müller Mənbə: UEFA

İstinadlar

Xarici keçidlər Çempionatın hesabatı RSSSF saytında çempionatın statistikası 1972. Belçika AVRO 1972 UEFA-nın saytında

Həmçinin bax

Kateqoriya:İllərinə görə UEFA Avropa Kuboku Kateqoriya:Belçikanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:1972-ci ildəki hadisələr Kateqoriya:1972-ci ildə Belçika Kateqoriya:1971/1972 mövsümündə Avropada futbol Kateqoriya:1971/1972 mövsümündə Belçikada futbol