Misir Kommunist Partiyası (; MKP) — Misirdə kommunist partiya.
Tarixi Misir Kommunist Partiyası Misirin müstəqillik əldə etməsi uğrunda, Yaxın Şərq məsələlərinin həllində separat siyasət əleyhinə fəal çıxış etmişdir. Partiya rəhbərliyi Ənvər Sadat hakimiyyətinin antisovet xəttini qətiyyətlə pisləmişdir. MKP gizli şəraitdə fəaliyyət göstərmişdir. 1980-ci ilin sentyabrında keçirilmiş I qurultayında partiyanın Proqramı və Nizamnaməsi təsdiq olunmuşdur. MKP 1980-ci ilin əvvəlində Misirin hakim dairələrinin xalqa zidd siyasətinə qarşı mübarizə aparmaq üçün nasirçilər, dini və müstəqil müxalifət nümayəndələri ilə birlikdə Misir Vətənpərvər Cəbhəsini (MVC) yaratmışdır. MKP qeyri-leqal "Əl-İntisar" qəzetini nəşr etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat Арабские страны в 1880-е — начале 1900-х годов. — История Востока. Т. IV. Восток в новое время (конец XVIII — начало XX в.). Кн. 1. М., 2004
Xarici keçidlər
Kateqoriya:1975-ci ildə yarananlar Kateqoriya:Misir siyasi partiyaları
Kateqoriya:1922-ci ildə yaranan siyasi partiyalar Kateqoriya:1923-cü ildə yaranan siyasi partiyalar Kateqoriya:1975-ci ildə Asiyada yarananlar Kateqoriya:Misir tarixi Kateqoriya:Ölkələrinə görə kommunist partiyaları