Qahir Rəsulzadə (Rəsulzodə, , 2007-ci il may ayına qədər — Əbdülqahir Əbdürəsul oğlu Nəzirov, ; ) — Tacikistanlı siyasətçi, Tacikistanın 8-ci Baş naziri. 2013-cü il 23 noyabr tarixində bu vəzifəyə təyin olunmuşdur.

Bioqrafiyası Əbdülqahir Nəzirov 8 mart 1961-ci ildə Tacikistanın Suğd vilayətinin Qafurov rayonunun Kistakuz kəndində (indiki Histevarz icması) anadan olmuşdur.

1982-ci ildə Tacikistan Kənd Təsərrüfatı İnstitutunu (indiki Tacikistan Aqrar Universiteti) hidravlik mühəndisliyi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə Kuder şəhərində, "Tacikirsovxozstroy" dərnəyinin inşaat laboratoriyasının texniki-nəzarətçisi kimi başlamışdır. Daha sonra Qafurov rayonunda istehsalat şöbəsinin mühəndisi, baş mühəndisi, PMK-4 rəisi, "Tacirsovxozstroy" müəssisəsinin rəisi vəzifələrində çalışmışdır.

2000-ci ilin yanvarından 2006-cı ilin dekabrına qədər Tacikistan Respublikasının meliorasiya və su təsərrüfatı naziri olmuşdur.

2008-ci ildə Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmiş, Texniki elmlər namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

Tacikistan Prezidentinin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə Suğd vilayətinin icra hakimiyyəti başçısı vəzifəsinə təyin olunmuş, 27 fevral 2007-ci ildən 23 noyabr 2013-cü ilə qədər bu vəzifədə çalışmışdır.

2007-ci ilin may ayında adını Əbdülqahir Əbdürəsul oğlu Nəzirovdan Qahir Rəsulzadəyə dəyişdirmişdir.

2007-ci ilin dekabrında və ikinci dəfə 2010-cu ilin aprelində Tacikistan Ali Məclisinin (Məclisi Oli) Milli Şurasının (Məclisi Milli) sədrinin birinci müavini seçilmişdir.

2012-ci ildə Suğd vilayətinin rəhbəri olaraq, SSRİ və Tacikistanın xalq artisti Jurabek Murodova Xucənd şəhərinin mərkəzində iki otaqlı mənzil hədiyyə edərək, sənətçini 70 illik yubileyi münasibətilə təbrik etmişdir.

2013-cü il 23 noyabr tarixində Qahir Rəsulzadə Tacikistanın Baş naziri olaraq Okil Okilovu əvəz etmişdir. Ukraynanın o dövrkü baş naziri Mikola Azarov bu münasibətlə onu təbrik etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Tacikistan siyasətçiləri Kateqoriya:Tacikistanın baş nazirləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:Tacikistan nazirləri