Aravot (, "Səhər") — İrəvan şəhərində dərc edilən Ermənistan gündəlik qəzeti. 1994-cü ildə təsis edilmişdir. Ermənistanın əsas media orqanlarından biri olan "Aravot" liberal bir qəzet kimi qələmə verilmişdir. Baş redaktoru Aram Abrahamyandır.

Qəzetin ingilis və rus dillərində olan "aravot.am" internet xəbər portalı mövcuddur.

İstinadlar

Kateqoriya:Ermənistan qəzetləri Kateqoriya:Erməni dilində qəzetlər Kateqoriya:1994-cü ildə yarananlar