right|thumb|200px|Mundiala həsr olunmuş poçt markası
1934 FİFA Dünya Kuboku — 27 may — 10 iyun 1934-cü il tarixləri arasında İtaliyada keçirilən beynəlxalq futbol turniri.
Tarixi 27 may — 10 iyun 1934-cü il tarixləri arasında İtaliyada keçirilən beynəlxalq futbol turniri Avropa qitəsində təşkil edilən ilk futbol üzrə dünya çempionatıdır. İtaliya 1932-ci ilin oktyabrından FİFA tərəfindən həmkarı İsveçdən əvvəl ev sahibi seçildi. Bundan əlavə, 1934-cü il FIFA Dünya Kuboku 32 ölkədən müraciət aldığı üçün iştirakçı ölkələrin seçmə matçlarla iştirak edə biləcəyi ilk turnir idi. Hazırkı çempion Uruqvay Avropa ölkələrinin əvvəlki dünya çempionatında iştirak etmədiyini əsas gətirərək bu turnirdə iştirakdan imtina edib. Böyük məsafə bir çox Cənubi Amerika ölkələrinin İtaliyaya gedə bilməməsinə səbəb oldu. Bundan başqa, İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uels bu turnirin seçmə mərhələsində iştirak etməyiblər. Ev sahibi İtaliya kuboku öz meydanında qəbul etsə də, Yunanıstanla seçmə mərhələ oyunu keçirməklə yeni mərhələyə qədəm qoydu. 70 qolun vurulduğu turnirdə hər oyuna 4,12 qol düşüb. Çempion komanda 10 iyun 1934-cü ildə Romada keçirilən finalda Çexoslovakiyanı 2–1 hesabı ilə məğlub edən ev sahibi İtaliya idi və turnir ərzində 12 qolla ən çox qol vuran komanda oldu.https://www.flashscore.com.tr/futbol/dunya/dunya-kupas-1934/sonuclar/World Cup 1934
Bundan əlavə, turnirdə xidmət edən 11 hakimdən ən gənci 28 il 224 gün ömür sürən İvan Eklind olub. Eklind final matçını da idarə edib.
İştirak edən ölkələr Final
3 üncü ve 4 üncü
4\1 final
Son 16 , ,
Stadionlar ŞəhərStadiyon adıEv Sahibi KlublarTutumu Boloniya Stadio Litorale Boloniya FC 190939.444 Florensiya Stadio Giovanni Berta Fiorentina47.282 Genuya Luigi Ferraris Stadionu Sampdoria ve Genoa CFC41.917 Milano Giuseppe Meazza Stadı Milan ve Internazionale85.700 Neapol Stadio Giorgio Ascarelli Bilinmir72.180 Roma Stadio Nazionale PNF 1953-cü ildə dağıdıldı50.000 Trieste Stadio Littorio U.S. Triestina31.350 Torino Stadio Benito Mussolini Torino FC27.128
Sistem Bu kubokda komandalar qruplara bölünməyib. Püşkatma ilə ölkələr bir-biri ilə qarşılaşıb və 16 komanda seçmə mərhələ oyunlarına başlayıb. Qaliblər müvafiq olaraq 1/4 final, yarımfinal və finala çıxmaq üçün nokaut əsasında qarşılaşıblar. 17 oyunun keçirildiyi kubokda 1930-cu ildə olduğu kimi 70 qol vurulub. 8 müxtəlif şəhər və stadionda keçirilən matçları təxminən 360 min futbol azarkeşi izləyib.
Xülasə
Son 16 tur İlk tur matçlarında son Dünya Kubokunun finalçısı Argentina İsveçə 3–2, Braziliya isə İspaniyaya 3–1 hesabı ilə məğlub olaraq mübarizədən kənarlaşdırılıb. Ev sahibi İtaliya kubokun ən yüksək hesablı oyununda ABŞ-ni 7:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Avstriya çətin 90 dəqiqədən sonra əlavə vaxtda vurduğu qolla Fransanı turnirdən kənarlaşdırdığı halda, Macarıstan Afrikanın yeganə təmsilçisi Misirə 4:2 hesabı ilə qalib gəlib. Balkan derbisi sayıla biləcək görüşdə Çexoslovakiya Rumıniyanı da 2:1 hesabı ilə məğlub edib. İsveçrə Hollandiyaya 3:2, Almaniya isə Belçikaya 5:2 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanan komandalardan biri olub.
1\4 Final 1/4 final matçlarında almanlar çətin oyundan sonra İsveçi 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Qonşusu Avstriya macarları eyni hesabla məğlub edərək, digər yarımfinalçı olub. Normal vaxtda 1:1 hesabı ilə bitən matçın 120 dəqiqəsinin sonunda İtaliya ilə Aralıq dənizinin digər ölkəsi İspaniya bərabərliyi poza bilməyincə, penaltilər seriyası və ya heç-heçə olmadığı üçün matçın ertəsi günü təkrar oynanıldı. o illərdə sistem. İtaliya Florensiyada İspaniyanı Cüzeppe Meazzanın 11-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Sonuncu yarımfinalçı isə Çexoslovakiya hücumçusu Nejedlinin son dəqiqələrdə vurduğu qolla İsveçrəni 3:2 hesabı ilə məğlub edən Çexoslovakiya olub.
Yarım final və 3-cü yer uğrunda görüş Yarımfinalda İtaliya Quaitanın vurduğu qolla Avstriyanı 1:0 hesabı ilə məğlub edərək finala yüksələn ilk ölkə olub. Çexoslovakiya da bombardir Nejedlinin 3 qolu ilə Almaniyanı 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Üçüncü yer uğrunda görüşdə Almaniya qardaş ölkəsi Avstriyaya 3:2 hesabı ilə qalib gələrək üçüncü yerin medalını qazanıb.
Final matçı Finalda 50 min tamaşaçının izlədiyi matçın 76-cı dəqiqəsində Çexoslovakiya Puçun qolu ilə kuboku bir ucdan götürsə də, 5 dəqiqə sonra Orsinin qolu italyanları darmadağın edib və matç əlavə vaxta gedib. Schiavio 95-ci dəqiqədə vurduğu qolla İtaliya yığmasına evdə dünya kubokunu qazandırıb. Kubok tarixində ilk dəfə keçirilən üçüncü yer matçında Almaniya Avstriyaya 3–2 hesabı ilə qalib gəlib. Turnirin bombardiri 5 qolla Çexoslovak Oldriç Nejedli olub.
Bütün oyunlar
1/8 final #TarixYerMərhələRəqiblərHesab 1 27.05.34 Roma 1/8 F İtaliya ABŞ 7:1 <b>2 27.05.34 Triyest 1/8 F Çexoslovakiya Rumıniya 2:1 <b>3 27.05.34 Genuya 1/8 F İspaniya Braziliya 3:1 <b>4 27.05.34 Milan 1/8 F İsveçrə Hollandiya 3:2 <b>5 27.05.34 Bolonya 1/8 F İsveç Argentina 3:2 <b>6 27.05.34 Florensiya 1/8 F Almaniya Belçika 5:2 <b>7 27.05.34 Turin 1/8 F Avstriya Fransa 3:2 ə.v. <b>8 27.05.34 Neapol 1/8 F Macarıstan Misir 4:2
1/4 final #TarixYerMərhələRəqiblərHesab <b>9 31.05.34 Milan 1/4 F Almaniya İsveç 2:1 <b>10 31.05.34 Turin 1/4 F Çexoslovakiya İsveçrə 3:2 <b>11 31.05.34 Bolonya 1/4 F Avstriya Macarıstan 2:1 <b>12 31.05.34 Florensiya 1/4 F İtaliya İspaniya 1:1 ə.v.<b>* <b>13 01.06.34 Florensiya Ə.1/4 F İtaliya İspaniya 1:0<b>*
1/2 final #TarixYerMərhələRəqiblərHesab <b>14 03.06.34 Roma 1/2 F Çexoslovakiya Almaniya 3:1 <b>15 03.06.34 Milan 1/2 F İtaliya Avstriya 1:0
Təsəlliverici final #TarixYerMərhələRəqiblərHesab <b>16 07.06.34 Neapol TF Almaniya Avstriya 3:2
Final #TarixYerMərhələRəqiblərHesab <b>17 10.06.34 Roma F <b>İtaliya Çexoslovakiya 2:1 ə.v.
Qeyd: 1/4 finalda İtaliya-İspaniya oyununun əsas və əlavə vaxtı heç-heçə başa çatdığı üçün turnirin əsasnaməsinə görə əlavə oyun keçirilmişdir.
Həmçinin bax 1938 FİFA Dünya Kuboku
İstinadlar
Kateqoriya:1934-cü ildə İtaliya Kateqoriya:FİFA Dünya Kuboku turnirləri Kateqoriya:1933/1934 mövsümündə İtaliyada futbol Kateqoriya:İtaliyanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri