Havsa — Ədirnənin ilçəsi.
Tarixi Havsa ilçəsi qədim romalılar tərəfindən qurulmuşdur. Havsa Roma imperiyası ikiyə parçalandıqdan sonra bizanslıların əlində qalmışdır. 1331 ilində Rumelinə keçən türklər buranı I Murad vasitəsilə türk torpaqlarına daxil etmiş və ilçəyə "Hosa" adını vermişdilər. Edirne Osmanlı dövlətinin hökumət mərkəzi olduqdan sonra Hosada yaşayan rumlar padişah I Muradın yaşamaq və dini azadlıq ilə bağlı fərmanlarına əhəmiyyət vermədən buranı tərk edərək İstanbul və Selanik ətrafına köç etmişdilər. İstanbulun fəthindən sonra Anadoludan gətirilən köçərilərlə qəsəbənin türkləşdirilməsi təmin edilmiş, Sokollu Mehmed Paşanın bura önəm verməsiylə türklük artmışdır. Bu gün Hacı İsa, Hacı Qazi və Halvacı Baba məhəllələri o dövrdə gətirilən köçəri ailələrin adlarını daşıyır.
Tarixi əsərlər 1531 ilində Sokollu Mehmed Paşa tərəfindən oğlu Kazım Paşa adına Memar Sinana hazırladılar Sokollu məscidi, Fukaraya Bektaşilərindən olduğu deyilən Qurd Bəy abidəsi, sadəcə kəməri qalan karvansara, xarab vəziyyəttəki Sokollu Hamamı və bu gün də istifadə edilən bütün infrastrukturu Memar Sinan tərəfindən əsası qoyulan bulaqdır. Tarixi əsərlərdən Hafsa Xatun və Abdülsəlam Məscidindən heç bir iz qalmayıb. Hafizə Sultanın ilçədə yaşamağa başlamasından sonra ilçəyə bir müddə "Hafsə" deyilmiş, daha sonra bu iki adın birləşməsindən "Havsa" adı yaranmışdır.
Edirne Vilayət Mətbuatının Müdiri Şövkət Dağdevirənin yazdığı 1892-ci ildəki səlnaməyə görə;Kazancıgil, Dr. Ratip — Gökçe, Nilüfer Dağdevirenzade M. Şevket Bey'in Edirne Tarihi ve Balkan Savaşı Anıları Türk Kütüphaneciler Derneği Edirne Şubesi Yayınları No: 41 Edirne 2005
Edirne sancağına aid olan qəza içərisində Zəlif və Əslixan kəndlərindı ildə 1,500,000 kilyəni keçən keyfiyyətli şərab hazırlanır və bəzi illər Avropaya ixrac edilirdi. Bu səbəblə Edirneli tüccarların şərab mağazaları və poçt şöbələri var idi.
Coğrafiyası İlçədə dağ yoxdur; şimal-cənub ərazilərin alçaq təpəliklər var. Bu təpələrin içərisində ən yüksəyi Doğruk təpədir. Vadilərin dərinliyi azdır. Bu vadilərdən birinin geniş ərazisi Osmanlı düzənliyi adıyla anınır. Əsas çayları Oğulpaşa, Necatiye, Kuleli, Darıdere ve Aşırıderedir. Bunlar Ergene çayının qollarıdır. İlçədə təbii göl yoxdur.Edirne.web.tr (7 Aralık 2007)
Əhalisi İl Cəmi Şəhər Kənd 1965 23.116 3.532 19.584 1970 22.425 3.685 18.740 1975 23.101 4.298 18.803 1980 24.849 5.654 19.195 1985 26.263 7.092 19.171 1990 27.900 9.237 18.663 2000 24.027 8.081 15.946 2007 21.533 8.547 12.986 2008 21.556 8.664 12.892 2009 21.186 8.628 12.558 2010 20.875 8.602 12.273 2011 20.477 8.499 11.978 2012 20.457 8.814 11.643 2013 20.248 8.833 11.415 2014 19.976 8.897 11.079 2015 19.380 8.642 10.738 2016 19.292 8.738 10.554
İstinadlar
Xarici keçidlər Havsa Kaymakamlığı Havsa Belediyesi