Fallout Tactics: Brotherhood of Steel (; qısaca Fallout Tactics) — "Micro Forté" və "14 Degrees East" tərəfindən hazırlanan, "Interplay Entertainment" tərəfindən yayımlanan növbəyə əsaslanan gerçək zamanlı taktiki rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci spin-offdur. Oyun 15 mart 2001-ci ildə Şimali Amerikada Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Orta Qərbi ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən () 120 il sonra, orijinal "Fallout" videooyununun hadisələrindən isə 36 il sonra, yəni 2161-ci ildə baş verir.
Videooyunun əsas süjet xətti çətin dövrlərdən keçən bir "Polad qardaşlığı" dəstəsinin başına gələnləri əhatə edir. Oyunun hadisələri "Fallout" kainatında cərəyan etsə də, orijinal "Fallout" və "Fallout 2" videooyunlarının süjet xəttini davam etdirmir. Sonradan seriyanın əqli mülkiyyətini satın alan "Bethesda Softworks" şirkətinin icraçı prodüseri və oyun rejissoru Todd Hovard "Fallout Tactics" videooyununun kanon olmadığını bildirmişdir.
"Fallout Tactics" önsifarişləri üçün bonus CD də verilmişdir. Bu CD-də "Fallout: Warfare" adında masaüstü miniatür oyunu, eləcə də əsas oyun üçün bonus tapşırıqlar var idi.
İstinadlar
Xarici keçidlər
Məlumat Fallout Tactics — "Interplay"in rəsmi saytında. (arxiv) Fallout Tactics — "PC Gamer" saytında. Fallout Tactics: Brotherhood of Steel — seriyanın rəsmi Vikiyasında.
Treylerlər
Kateqoriya:Fallout oyunları Kateqoriya:Interplay Entertainment oyunları Kateqoriya:Rol videooyunları Kateqoriya:2001-ci ilin videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:Musiqisi İnon Zur tərəfindən bəstələnən videooyunlar Kateqoriya:Hadisələrin Çikaqoda cərəyan etdiyi videooyunlar Kateqoriya:Hadisələrin İllinoysda cərəyan etdiyi videooyunlar Kateqoriya:Hadisələrin XXII əsrdə cərəyan etdiyi videooyunlar Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Protaqonistlərin genderlərini seçmək imkanı yaradan videooyunlar Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Avstraliya videooyunları Kateqoriya:İzometrik qrafikaya malik videooyunlar Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar