Türkmənistan–BƏƏ münasibətləri — Türkmənistan və BƏƏ arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında dövlətlərarası əməkdaşlıq üçün hüquqi baza 28 sənədə əsaslanır. Hər iki ölkə BMT və İƏT-nin tam hüquqlu üzvləridir. Hazırda Türkmənistanın BƏƏ-dəki səfiri Orazmurat QurbannazarovdurДипломатические представительства и консульские учреждения Туркменистана за рубежом. BƏƏ-nin Türkmənistandakı səfiri Hassan Abdullah Əl-Adab Əl ZarounidirTürkmənistandakı səfirlik. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, UNESCO, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki ölkə beynəlxalq təşklatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir. Tarix Türkmənistan 10 oktyabr 1995-ci ildə BƏƏ ilə diplomatik əlaqələr qurmuşdur.

Türkmənistanın BƏƏ-dəki səfirliyi 16 yanvar 2001-ci ildə Əbu-Dabi şəhərində açılmışdır.

BƏƏ-nin Türkmənistandakı səfirliyi 20 avqust 2002-ci ildə Aşqabad şəhərində açılmışdır.

Son 10 ildə yüksək səviyyəli dövlət səfərləri mübadiləsi qarşılıqlı faydalı münasibətlərin, dostluğun və qarşılıqlı anlaşmanın təməlini qoymuşdur. Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdiməhəmmədov BƏƏ-yə iki dəfə səfər etmişdir: 2007-ci ilin avqustunda, 2010-cu ilin fevralında və 2013-cü ilin dekabrında.

BƏƏ prezidenti Xəlifə ibn Zeyd ən-Nəhyan, türkmən xalqına hörmət əlaməti olaraq, Mərı şəhərindəki hava limanının və Aşqabad Yetimlər Sarayının tikintisini maliyyələşdirmişdir.

16 fevral 2013-cü il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə Bin Zayed Əl-Nahyan Aşqabada səfər etmişdir.

Ticarət və iqtisadi əməkdaşlıq Ölkələr əsasən yanacaq və enerji sənayesində, nəqliyyat və rabitə sektorunda, inşaat sənayesində, səhiyyə, tibb sənayesində və kənd təsərrüfatında əməkdaşlıq edirlər.

2012-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 1 milyard 423 milyon ABŞ dolları olmuşdur.

1 yanvar 2013-cü il tarixinə Türkmənistanda Əmirlik müəssisələrinin iştirakı ilə 50-dən çox müəssisə qeydiyyata alınmışdır.

Mədəni əməkdaşlıq 2013-cü ildə BƏƏ-də Türkmənistanın Mədəniyyət Günləri keçirilmişdir. 2014-cü ildə BƏƏ-nin mədəniyyət günlərinin Türkmənistanda keçirilməsi planlaşdırılmışdır. Mənbə BƏƏ-nin Türkmənistandakı səfirliyi İstinadlar

Kateqoriya:Türkmənistanın ikitərəfli əlaqələri Kateqoriya:BƏƏ-nin ikitərəfli əlaqələri