Dünyamın mərkəzi — Yakob M. Ervanın rejissorluğunda 2016-cı il romantik dram filmi.

Məzmun 17 yaşındakı Fil yay düşərgəsindən qayıdaraq anası Qras və bacısı Dayan ilə birlikdə yaşadığı Visibleyə qayıdır. Filin ailəsini qəribə olaraq qəbul edən qəsəbənin digər sakinlərinin ailə ilə, demək olar ki, ünsiyyəti yoxdur ( Dayanın heyvanlarla danışdığı iddia olunur). Ancaq Fil üçün həmişə yaxşı tövsiyələri olan Tereza tez-tez onları ziyarətə gəlir. Fil anası ilə bacısı arasında nəyinsə dəyişdiyini və bir-birləri ilə danışmadıqlarını fərq edir. Fil yayın son günlərini yaxın dostu Kat ilə keçirdir. Məktəb başlayanda isə sinfə təzə oğlan - Nikolas gəlir. Tezliklə Fil ilə Nikolas arasında ehtiraslı sevgi başlayır. Amma Fil Nikolasın onun haqqında nə düşündüyünü dəqiqləşdirə bilmir. Sonrasında Katın Nikolasla Filə xəyanəti onu çox sarsıdır. Beləliklə dünyasının mərkəzini tapmaq Filin ən böyük mübarizəsi halına gəlir.

Aktyorlar və rollar

Louis Hofman — Fil Sabine Timoteo — Kəm Yanik Şuman — Nikolas Ada Filine Şappenberk — Dayanğ Svenya Yanq — Kat Saşa Aleksandr Gerzak — Mikail İnka Fedrik — Tereza Nina Prol — Paskal Klemens Rehbayn — Kayl

Mükafatlar Moskva Beynəlxalq Film Festivalı 2016

Əsas müsabiqədə Qızıl Georgi mükafatına namizəd göstərilmişdir.

Münhen Beynəlxalq Film Festivalı 2026 (seçim)

Ən yaxşı ssenari kateqoriyasında namizəd göstərilmişdir. Ən yaxşı rejissor kateqoriyasında namzidə göstərilmişdir.

İstinadlar Kateqoriya:2016-cı ilin filmləri Kateqoriya:LGBT mövzulu Almaniya filmləri Kateqoriya:Almanca filmlər Kateqoriya:Gey filmləri Kateqoriya:Almaniyanın dram filmləri Kateqoriya:Almaniyanın melodram filmləri Kateqoriya:Gənclik ədəbiyyatına əsaslanan filmlər Kateqoriya:2010-cu illərin LGBT filmləri Kateqoriya:2010-cu illərin romantik-dram filmləri Kateqoriya:Biseksual filmlər Kateqoriya:LGBT və kinematoqraf Kateqoriya:LGBTQ-əlaqəli romantik-dram filmləri