Anika Boşkoviç (d. 1714, Raqusa Respublikası – ö. 13 avqust, 1804, Raqusa) — Raqusalı yazıçı.

Haqqında O pastoral mahnılar yazır və onları italyan dilindən tərcümə edirdi. Yezuitlər tərəfindən təbliğ olunan xristianlıq mövzuları onun yaradıcılığın əsas mövzusu idi. Onun adı Raqusa ədəbiyyatında ən vacib qadın adlarından biridir.Petaković, Stanko. "Anica Bošković ". Knjizenstvo, theory and history of women's writing in Serbian until 1915. "Dialoq" (1758) əsəri Raqusa ədəbiyyatında qadın müəlliflərdən tərəfindən yazılan ilk və yeganə bədii əsəridir.

Boşkoviç 3 noyabr və ya 3 dekabr tarixində 1714-cü ildə Raqusada doğulub. Ailədə 9 uşaqdan ən kiçiyi idi. Onun valideynləri Paula Bettera varlı italyan ailədən idi. Atası Nikola Boşkoviç isə mənşəcə Orahov Do-dan olanbosniyalı tacir idi. Qardaşı Rocer Jozef Boşkoviç tanınmış fizik, astronom, riyaziyyatçı, filosof, diplomat, şair, ilahiyyatçı, yezuit priyesti və erudit idi.Biography: Roger Joseph Boscovich , S.J., Fairchild University website. Digər qardaşları Latinist Baro Boşkoviç və şair Petar Boşkoviç Raqusa mədəniyyətinə öz töhfəsini veriblər. Anika Boşkoviçin müasirləri Mariya Bettera-Dmitroviç, Lukretsiya Boqaşinoviç və Dositey Obradoviç idi.

İstinadlar Kateqoriya:XIX əsr tərcüməçiləri Kateqoriya:XVIII əsr şairləri Kateqoriya:XVIII əsr tərcüməçiləri