Hana Poniska (; ) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident.

Bioqrafiyası Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır.

1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır.

1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir. Bu dövrdən etibarən Hana Poniska Yazıçılar Birliyindən çıxarılır. Poniskanın əsərlərinin nəşri qadağan edilir.

1977-ci ildə Vatslav Havel və digər Çexoslovakiya ziyalıları ilə birlikdə "Xartiya 77" İnsan Haqları Manifestosunu imzalayır.

1989-cu ilə qədər fəal dissident olan, Hana Poniskanın mətnləri samizdat və xaricdə nəşr olunur, Azad Avropa Radiosunda səsləndirilir. 1989-cu ilin avqust ayında Hana Poniska Sovetlərin Çexoslovakiyaya hücumunun ildönümündə bir mitinq təşkil etdiyi üçün həbs olunur, lakin noyabr ayında Məxməri inqilab tərəfindən sərbəst buraxılır.

1990-cı ildə Xristian Demokratik Hərəkatın qurucularından biri olur.

Hana Poniska 2007-ci ildə vəfat edir. Doğulduğu Haliç kəndində dəfn edilmişdir.

Yaradılıcılığı Qana Ponitskaya uşaqlar üçün roman və qısa hekayələrin, yetkinlər üçün film ssenarilərinin müəllifidir. İtaliya, Fransa, Macarıstan və Almaniyadan olan yazıçıların bir sıra ədəbi əsərlərini slovak dilinə tərcümə etmişdir.

Mükafatları "Çex Respublikası qarşısındakı xidmətlərinə görə"1-ci dərəcəli medalı (1996)

Ludovit Ştur ordeni, 1-ci dərəcə (2002).

Seçilmiş əsərləri 1959 — Ábelovský dom 1964 — Prísť, odísť, hekayələri 1968 — Bosými nohami, hekayələri 1974 — Janko Novák 1989 — Lukavické zápisky 1990 — Milan Rastislav Štefánik

İstinadlar

Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:XX əsr publisistləri Kateqoriya:XX əsr tərcüməçiləri