Ramil Rauf oğlu Ağasıyev () — Azərbaycan kinorejissoru.

Həyatı və karyerası Ramil Ağasıyev 1988-ci il aprelin 16-da Bakıda anadan olub. Atası xalq teatrında rejissor vəzifəsində, anası isə mətbəədə çalışıb. Birinci sinifə 212 nömrəli məktəbdə başlayıb. 5 il burada təhsil alan Ramil Ağasıyev davamsiyyətsizliyinə görə məktəbdən ayrılıb. Təhsilini 193 nömrəli, daha sonra 39 nömrəli məktəbdə başa vurub. Məktəb illərində rəqslə məşğul olub. "Spider" şou-baletində rəqs edib. 3 il böyük səhnədə, layihələrdə rəqs poqramları ilə çıxışlar edib. 2007–2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisasında təhsil alıb. 2008-ci ildə Rüstəm İbrahimbəyovun "Beynəlxalq Kino Məktəbi"nə qəbul olub. Burada 2 il təhsil alaraq dövrün tanınmış kino mütəxəsisslərindən dərs alıb. Onların sırasında Ayaz Salayev, Rüstəm İbrahimbəyov, Şəfiqə Məmmədova, Kşiştof Zanussi kimi peşəkarlar var idi. Həmin il "Gözlənilməz gün" adlı qısametrajlı lal filmlə onun debütü baş tutdu. Universiteti bitirdikdən sonra "İrəli" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən İrəli Radioda DJ olaraq çalışıb. 2011–2012-ci illərdə "Gənclərin Ümumrespublika Teatr Festivalı"nın icraçı direktoru olub. 2014-cü ildə ilk böyük tammetrajlı filmi olan "Arzuların ardınca" filmini çəkib. Bu film 2015-ci ildə təqdim edilərək böyük marağa səbəb olub. Daha sonra Cəlil Məmmədquluzadənin eyni adlı əsəri üzərində çəkilən "XXI əsr-Ölülər" filmi ilə yaradıcılığında dönüş etməyi bacarıb. Ramil Ağasıyev filmlərlə bərabər sosial layihələrə həsr edilmiş çarxlar, reklamlar və digər işləri seçilməyi bacarıb. Müxtəlif illərdə ölkənin müxtəlif telekanallarında çalışıb. Bir çox sənədli və bədii filmlərin quruluşçu rejissoru kimi tarixə düşməyi bacarıb. Hazırda isə AZTV–də çalışır. Burada bir çox layihələrin quruluşçu rejissorudur.

Şəxsi həyatı Ailəlidir, 2 övladı var.

Filmoqrafiya TarixFilmVəzifəQeyd2008Gözlənilməz günrejissor, operatorqısametrajlı film2009Səbəboperatorqısametrajlı film2012Biz Şərqdənikrejissorsənədli film2012Günahrejissorserial2012Böyük dayaqrejissorsənədli film2015Arzuların ardıncarejissorbədii film2014Alim həkimrejissorbədii və sənədli film2016Ölülər — XXI əsrikinci rejissorbədii film2020Qanun keşikçilərirejissorbədii və sənədli film2020Qətl planıquruluşçu rejissorserial

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan kinorejissorları