Draugiem.lv (latış dilindən "dostlar üçün" kimi tərcümə olunur) — 2004-cü ildə yaranan sosial şəbəkə veb saytı. O, təxminən 2,6 milyon qeydiyyatdan keçmiş istifadəçisi olan Latviya və bütöv Baltikyanı bölgəsində ən böyük sosial şəbəkə veb saytıdır.
"Draugiem" sosial şəbəkəsi "Draugiem Group" adlı çətir təşkilatının rəhbərliyi altında fəaliyyət göstərir. Həmin şirkət sosial şəbəkə üçün texnologiya təminatçılığı ilə məşğul olan İT ilə əlaqəli digər şirkətlərə də sahibdir.
Tarixi "Draugiem.lv" sosial şəbəkəsi 2004-cü ildə Lauris Liberts, Aqris Tamanis və Martins Piksens tərəfindən qurulmuşdur. 2007-ci ildə şirkət 1.000.000 istifadəçiyə çatdığını bildirdi. 2017-ci ilədək şirkət Tsesis, Barselona, Los-Anceles, Şarlott və Tixuana şəhərlərində ofislər açdı, həmçinin Riqa qərargahları Tornyakalns tərəfdə daha böyük binaya köçürüldü. 2019-cu ildə "Mapon" ("Draugiem Group"un bir hissəsi) Estoniya və Finlandiyada ofislərini açdı.
6 oktyabr 2018-ci il Latviya parlament seçkiləri zamanı "Draugiem.lv"nin əsas səhifəsinə kiber-hücum edildi və oraya Rusiya bayrağının, Rusiya prezidenti Vladimir Putinin və Rusiya ordusunun şəkli və rus dilində belə mətn yerləşdirildi: "Latış yoldaşlar, bu sizə aiddir. Rusiyanın sərhədi heç harda bitmir", eyni zamanda fonda Rusiya himni səslənirdi. Veb sayt söndürüldü və bir neçə saatdan sonra yenidən açıldı.
Brendləri
"Road Games" 2019-cu ildə şirkət, 100.000 avro dəyərində sərmayə ilə səyahət oyunu olan "Roadgames"i yaratdı. Oyun iştirakçıların çöldə tapşırıqlarda iştirak etmələrini tələb edir və təşkilatlar üçün komanda qurma fəaliyyətinin təşkil edilməsi üçün nəzərdə tutulur.
"Mapon" Müəssisələr üçün GPS izləmə xidmətləri göstərən "Mapon" brendi 2006-cı ildə yaradıldı və Finlandiyada 54 işçisi və ofisi ilə "Draugiem" şirkətinin ikinci ən böyük brendidir.
"Fast Brands" Fast Brands 2018-ci ildə fəaliyyətə başladı. Brend əsasən şirkətlərə məhsullarını onlayn satma imkanını təqdim edir.
İstinadlar
Xarici keçidlər
The Baltic Course article about Draugiem.lv
Kateqoriya:2004-cü ildə yaranan saytlar Kateqoriya:Sosial şəbəkələr Kateqoriya:Latviya veb-saytları Kateqoriya:Sosial şəbəkə xidmətləri