Vladimir Boysa və ya Vladimer Boysa () ― Gürcüstan keçmiş peşəkar basketbolçusu. O, 2013-cü ildən Gürcüstan Basketbol Federasiyasının vitse-prezidentidir.

Peşəkar karyerası Boysa karyerasının ən uğurlu illərini Sloveniyanın "Olimpiya" klubunda keçirmişdir, orada o, dörd mövsüm oynadı. Klubda keçirdiyi son mövsümündə Boysa Avroliqada çıxış etdi və onun orta statistikası 15,8 xala və 6,3 ribaunda bərabər idi. Mövsüm ərzində "Makkabi Tel Əvivə" qarşı 28 xal toplamağı bacardı və bu, yarışmada qazandığı ən yüksək xal oldu. Daha sonra İtaliyaya köçdü və 2005-ci ildə "Siena" klubuna qatıldı.

"Aris Saloniki" ilə Yunanıstandakı mövsümü boyu ölkənin basketbol liqasında ortalama 4.1 xal və 2.5 ribaund nəticələrini göstərdi.

Gürcü oyunçu həm də İspaniya Liqasında oyun təcrübəsinə malikdir, belə ki o, 2008-09 mövsümündə "Menorka" klubunda oynayırdı və oyun vaxtının hər 18 dəqiqəsində orta hesabla 4 xal və 2 ribaund qazanırdı. 2009-cu ilin fevral ayında o, klubdan ayrıldı.

2010-cu ildə baksetbolçu "Olimpiya"ya qayıtdı və burada bir mövsüm keçirtdi.

2012-ci ildə karyerasının son ili ərzində Boysa yenidən Yunanıstana gəldi və "Panionios"a keçdi. Son klubu Gürcüstan Superliqasında çıxış edən paytaxt klubu "Armiya" idi. 2013-cü ilin əvvəlində klubdan ayrıldı və təqaüdə çıxmağa qərar verdi.

Milli komanda Vladimir Boysa Gürcüstan milli basketbol komandasının şərəfini qorumuşdur. FİBA AvroBasket 2009-un B Divizyonunu qazanan komandanın üzvlərindən biri idi.

Boysa milli komandası ilə Avrobasket 2011-də də iştirak etmiş və turnir ərzində oyun başına ortalama 2.6 xal toplamışdır.

Şəxsi həyatı Boysa sloveniyalı qadınla evlidir və iki övladı var: oğlu Lian və qızı Naya.

Vladimerin qardaşı Anatoli də basketbolçudur. 2011-ci ildə qardaşlar birlikdə Gürcüstan millisinin heyətində Avrobasket yarışında iştirak etmişdilər.

Karyera statistikası +LegendaKOKeçirdiyi oyunlarBOBaşladığı oyunlarOBDOyun başı dəqiqəMQ% Meydançadan vurduğu qol faiz nisbəti3X% Üçxallıq atış faiz nisbətiSA% Sərbəst atış faiz nisbətiOBROyun başı ribaundOBAOyun başı assistOƏKOyun başı rəqib topun ələ keçirilməsiOBBOyun başı blokOBXOyun başı xalÇİRÇıxış etmə indeksi reytinqiQalınKaryerası boyu ən yaxşı nəticəsi

Avroliqa İlKlubKOBOODBMQ%3X%SA%OBROBAOƏKOBBOBXÇİR2001–02Olimpiya Lyublyana BK838.1.357.143.9001.1.0.4.12.80.82002–03Olimpiya Lyublyana BK202021.2.465.319.7263.7.9.8.38.57.02003–04Olimpiya Lyublyana BK191827.5.453.349.6233.0.9.6.39.35.72004–05Olimpiya Lyublyana BK141433.2.532.286.6036.3.4.8.515.814.52005–06Siena14920.3.500.229.5003.2.8.8.35.64.12007–08Aris10316.0.278.500.4292.2.7.1.23.42.72010–11Olimpiya Lyublyana BK406.5.000.000.000.5.5.0.0.0.0Cəmi896720.9.476.312.6363.3.7.6.17.96.1

İstinadlar

Xarici keçidlər

basketball-reference.com saytında profili ACB profili Avroliqa turnirinin rəsmi saytında oyunçunun profili Aris BK rəsmi saytında oyunçu profili (yunan və ya ingilis dillərində) Kateqoriya:Gürcüstan basketbolçuları Kateqoriya:Siena BK basketbolçuları