Campyero Boniperti ( [dʒamˈpjɛːro boniˈpɛrti]; ) — İtaliyalı idman və siyasi xadim. Keçmiş futbolçu. Mövqeyi hücumçu olub. "Yuventus" və İtaliya milli komandasının oyunçusu olub.
Karyera
Klub Futbol karyerasına 1946-cı ildə başlayıb. Karyerası ərzində ancaq bir klubun, Turinin "Yuventus" klubunun şərəfini qoruyub. 1954-cü ildə "Yuventus"un kapitanı olub. Karyerası boyunca "Yuventus"un heyətində 182 qol vurub. 40 il ərzində "Yuventus"un ən məhsuldar oyunçusu olub. 2006-cı ildən bəri Alessandro Del Pyerodan sonra, "Yuventus"un heyətində ikinci ən çox qol vurmuş oyunçudur.Дель Пьеро обогнал Бониперти, Роберто Карлос — Ди Стефано
Karyerasını 1961-ci ildə bitirib. Karyerasını bitirdikdən sonra "Yuventus"da işləyib və 1971-ci ildə "Yuventus"un prezidenti seçilib. 1990-cı ilə kimi bu vəzifədə çalışıb.
Milli komanda 1947-ci ildə Milli komandaya dəvət alıb. Debüt oyunu 9 noyabr 1947-ci ildə Avstriya millisinə qarşı olub. 1952-ci ildə Milli komandanın kapitanı olub. Milli komandada 38 oyun keçirib 8 qol vurub. Milli komandada son oyununu 1960-cı ildə keçirib.
Karyerasını bitirdikdən sonra
Klub Prezidenti 1971-ci ildə "Yuventus"un prezidenti seçilib. Bu vəzifədə 1990-cı ilə kimi işləyib. Onun rəhbərliyi altında komanda 9 dəfə A Seriyasının qalibi olaraq 9 skudetto qazanır. İtaliya kubokunda "Yuventus" 4 dəfə qalib olur. Avrokubpklarda isə mümkün olan bütun turnirlərdə klub qalib olur və Avropa Çempionlar kuboku, qitələrarası kubok, kuboklar kuboku, UEFA kuboku və UEFA Superkubokunu qazanır. Hal hazırda "Yuventus"un Fəxri Prezidentidir.
Siyasət 1990-cı ildə "Yuventus"un prezidentlik postunu tərk etdikdən sonra siyasət ilə məşğul olur. 1994–1999 — Forza Italia hərəkatından Avropa Parlamentinin üzvü seçilir.
Uğurları
Komanda İtaliya çempionu (5): 1949/50, 1951/52, 1957/58, 1959/60, 1960/61 İtaliya Kubokunun qalibi (2): 1958/59, 1959/60
Fərdi İtaliya çempionatının bombardiri: 1947/48 İtalyan Futbol Şöhrət Salonunun üzvu: 2012 İtaliya Respublikasının xidmətlərinə görə Böyük Zabit (30 sentyabr 1991)Grande Ufficiale Ordine al Merito della Repubblica Italiana Geom. Giampiero Boniperti İtaliya Respublikasının xidmətlərinə görə ordeni komandiri (2 iyun 1975)Commendatore Ordine al Merito della Repubblica Italiana Geom. Giampiero Boniperti
Pele tərəfindən, hal hazırda həyatda olan 125 futbolçunun daxil olduğu FIFA 100 siyahısına daxil edilib.
İstinadlar
Xarici keçidlər Tərcümeyi-hal: footballplayers.ru Giampiero Boniperti — Beynəlxalq Maçlarda Qollar )
Kateqoriya:FİFA 100 Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:1952 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:1950 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1954 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliya Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri