Sultan Məhəmməd Olcaytu xan () — Elxanilər dövlətinin hökmdarı; Qazan xanın qardaşı, Arqun xanın ikinci oğlu, elxan.
Həyatı Məhəmməd Olcaytu xan 24 mart 1282-ci ildə anadan olmuşdur. Arqun xan və xristian Uruk xatunun oğludur. İlk adı Nikolas idi.Histoire de l'Empire Mongol, Jean-Paul Roux, səh.408 Əvvəlcə buddist, daha sonra qardaşı Qazan ilə birlikdə İslam dinini qəbul etmiş və Məhəmməd adını götürmüşdür.
Hakimiyyəti
Daxili siyasəti Sultan Məhəmməd Olcaytu 19 iyul 1304-cü ildə Hülakilər dövlətinin taxtına əyləşdi. Fasih əl-Xəvafi yazır ki, onun qardaşı Qazan xanla münasibətləri yaxşı olduğuna görə hakimiyyətə gəldikdən sonra naibləri, hacibləri və qardaşının digər səlahiyyətli şəxslərini dəyişdirmədi. Həmin şəxslər əvvəlki kimi öz vəzifələrini icra etməyə davam etdilər. O 1305-ci il 22 oktyabr tarixində Sultaniyyə qalasının inşası və şəhərdə yenidənqurma işləri ilə bağlı qərar qəbul etdi. Arqun xan dövründən bəri salınmağa başlamış Sultaniyyə şəhərinin tikintisi bitmişdir. Sultaniyyə dövlətin mərkəzi şəhəri oldu. Xanın yay iqamətgahı Sultaniyyə, qış iqamətgahı isə Bağdad idi. 1309-cu ildə Şirazda "Seyyidlər evi"nin əsasını qoymuş, hər il 10000 dinar həmin müəssisəyə ianə etmişdir.
Sultan Məhəmməd Olcaytu Qazan xanın islahat kursunu davam etdirdi. O xüsusi yarlıqla öz sələfinin bütün qanunlarını təsdiqlədi. Buna baxmayaraq Olcaytu xanın (1304–1316) hakimiyyəti dövründə müxtəlif tipli pullar buraxılır, sikkələrin çəkisi və dəyəri aşağı düşür, zərbxanaların sayı azalırdı. Onun da hakimiyyəti dövründə dövlət işlərinə ən nüfuzlu şəxs Ali divanın vəziri Fəzlullah Rəşidəddin oldu. Fəzlullah Rəşidəddin özünə rəqib kimi gördüyü Hoca Səadəddin Savəcini nəinki zərərsizləşdirə bildi, həm onu, həm də naiblərini edam etdirdi. 1312-ci il 19 fevralda Hoca Səadəddin Savəci və onun naibləri — Şihabəddin Mübarək şah, Zeynəddin Məstəri, Nəsirəddin Yəhya ibn Cəlaləddin Turra, Davud şah, Kəriməddin Bağdad yaxınlığında edam edildi. Savəcinin digər naibləri — Seyid Həmzə Avci və Seyidəl-müluk Şəmsinin isə gözləri çıxarıldı. 1312-ci ildə Məhəmməd Olcaytu xanın göstərişi ilə Hoca Tacəddin Əlişah Gilani ikinci vəzir təyin edildi. 1314-cü ildə iki vəzir arasında yaranan münaqişədən sonra Olcaytu onların nüfuz dairələrini bölüşdürdü. Rəşidəddin mərkəzi və cənubi İrandan Xorasan hüdudlarınadək, Tacəddin isə şimal-qərbi İrandan Mesopotamiya və Kiçik Asiyaya qədər ərazilərə nəzarətə yiyələndi.
Dini siyasəti 1289-cu ildə Olcaytu xristian olan anası Uruk-xatun tərəfindən xaç suyuna salınaraq Arqun xanın diplomatik əlaqələr saxladığı Papa IV Nikolayın şərəfinə Nikolay adını aldı.Roux, Jean-Paul. Histoire de l'Empire Mongol. — Fayard, 1993. — P. 408. — ISBN 2213031649. 1295-ci ildə o islam dinini qəbul etdi və Xudabəndə (Allahın qulu) ləqəbini götürdü. 1310-cu ildə, Əllamə Hillinin təsiri ilə isnə-əşəriyyə, yəni 12 imam şiəliyini seçmiş və monqol xanları içərisində ilk dəfə 12 imamın adının zərb edildiyi pullar dövriyyəyə buraxdırmışdır. Başqa bir mənbə onun xanımının razılığı ilə İslamı qəbul etdiyini göstərir.The preaching of Islam: a history of the propagation of the Muslim faith By Sir Thomas Walker Arnold, p. 197.Ann K. S. Lambton, Continuity and Change in Medieval Persia, ed. Ehsan Yarshater, (Bibliotheca Persica, 1988), p. 255. 1310-cu ilin əvvəllərindəo tenqriçiliyiqəbul etməyi belə düşünmüşdü.
Xarici siyasəti left|thumb|300px|Sultan Olcaytunun Gözəl Filippə məktubu (1305-ci il) Olcaytu məmlüklərə qarşı dəstək əldə etmək və Suriyanı işğal etmək üçün Avropa dövlətləri ilə diplomatik münasibətləri davam etdirdi. O, Buskarello de Gizolfinin rəhbərliyi altında Avropaya elçi heyəti göndərdi. Bu heyətə ayrı-ayrı Avropa monarxlarına — Fransa kralı Gözəl Filippə, İngiltərə kralı Eduarda və Papa V Klementə təqdim etmək üçün məktublar verildi. Bu danışıqlar Abaqa, Arqun və Qazan xanın hakimiyyəti dövründə olduğu kimi heç bir praktiki nəticə vermədi. 1308-ci ildə Olcaytu Bizans imperatoru II Andronikə Osmanlılara qarşı mübarizədə kömək etdi və 30.000 nəfərlik monqol qoşununu Kiçik Asiyaya göndərdi.I. Heath, Byzantine Armies: AD 1118–1461. London: Osprey, 1995, pp. 24–33.
1304–1305-ci illərdə məmlüklər Hülakilərin vassalı olan Kilikiya çarlığı üzərinə yürüş etsələr də tezliklə özünü çatdıran Kiçik Asiyadakı monqol qarnizonları onları məğlub edib geri çəkilməyə məcbur etdilər.D’Ohsson, Histoire des Mongols, depuis Tchinguiz-Khan jusqu'à Timour Bey, ou Tamerlan, vol. IV. La Haye ; Amsterdam : Les Frères van Cleef, 1834, p.532
1312-ci ilin avqustunda Dəməşq hakimi Qara Sunqurun və Tripoli hakimi Ak-Kuş Aframın Olcaytunun tərəfinə keçməsindən sonra elxan Məmlük mülklərin əyürüş etdi. Qara Sunqura Marağa hakimliyi, Ak-Kuşa isə Həmədan hakimliyi tapşırıldı. Birləmiş qoşunlar 23 dekabrda Rahba şəhərinə yaxınlaşdılar. Məmlük qarnizonları monqollara qarşı dirəniş göstərdi və 26 yanvar 1313-cü ildə Sultan Olcaytu mühasirəni dayandırmalı oldu. Hülakilər Suriyanın işğalı planından imtina etməli oldular.
1305/1306-cı ildə Cağatay ulusunun şahzadələri, Misir və Şam əmirləri Sultan Məhəmməd Olcaytudan asıllığı qəbul etdilər. 1306/1307-ci ildə Sultan Olcaytu Gilan üzərinə yürüş etdi və oranı ələ keçirdi. Qutluq şah noyon döyüşdə öldürüldü. 1309/1310-cu ildə Məhəmməd Olcaytu xan Nəcməddin Qutluq Teymuru Xarəzmə göndərdi və onu Xarəzmşah təyin etdi.
Herat məliki Qiyasəddin Məhəmmədi oğlu Şəmsəddin Ömər şah Handari əvəz etdi. Divan işlərinin idarəsi Əzizəddin ibn Hoca Şihabəddinə, Sultaniyyə qalası və xəzinənin idarəsi isə İxtiyarəddin Məhəmməd ibn Haruna həvalə edildi. 1312/1313-cü ildə Sultan Məhəmməd Olcaytu Şama yürüş etdi və Qurciya qalasını ələ keçirdi.
Ticarətin inkişafı Hakimiyyətinin ilk ilində Genuya respublikası ilk dəfə Təbrizdə konsulluq açmışdır. Bundan əlavə 1306-cı ildə Venesiyalılara da azad ticarət hüququ verilmişdi. Avropa ölkələrindən gətirdiyi mancanaq ustaları sayəsində Herat şəhərini ələ keçirmişdi. Olcaytunun Avropalılarla Məmlüklərə qarşı yeni müharibə planı baş tutmamışdı. Bu isə 1313-cü ildə Kebek xanın Xorasana daxil olmasına bəhanə verdi. Cağatay ordusunda Yasavur xanın elxanilərin tərəfinə keçməsi ilə Kebek xan məğlub oldu. Olcaytu, Yasavur xana Badğis vilayətini verdi.
Ölümü Məhəmməd Olcaytu 38 yaşında vəfat etmişdir. Yerinə oğlu Əbu Səid Bahadur keçmişdir.280px|thumb|right|Məhəmməd Xudabəndə Yuan sülaləsindən olan Çin səfirini qəbul edərkən, 1438, Məcmə-ül-təvarix, Britaniya muzeyi
Ailəsi Sultan Məhəmməd Olcaytunun 13 həyat yoldaşı olubː Tərcuqan xatun, İltuzmiş xatun, Hacı xatun, Qutluqşah xatunLambton, Ann K. S. (January 1, 1988). Continuity and Change in Medieval Persia. SUNY Press. p. 293. ISBN 978-0-887-06133-2., Buluqan xatun, Kuncuskab xatun, Ulcatay xatun, Soyurqatmuş xatun, Qonqtay xatun, Dünya xatun, Adilşah xatunHillenbrand, Robert; Peacock, A. C. S.; Abdullaheva, Firuza (January 29, 2014). Ferdowsi, the Mongols and the History of Iran: Art, Literature and Culture from Early Islam to Qajar Persia. I. B. Tauris. p. 131. ISBN 978-1-780-76015-5., Dəspinə xatunKorobeinikov, Dimitri (2014). Byzantium and the Turks in the Thirteenth Century. Oxford University Press. p. 212. ISBN 978-0-198-70826-1., Tuqa xatun
Oğulları Süleymanşah (gənc yaşda öldü) — Adilşah xatundan ölan övladıdır; Sultan Əbu Səid Bahadur xan (1316–1335) — Hacı Xatundan olan övladıdır; Bəstam (1297–15 oktyabr 1309) — Iltuzmiş xatundan olan övladıdır. O, 12 yanvar, 1305-ci ildə Ulcay Qutluq Xatunla evlənmişdir. Daha sonra Bəyazid Bəstami kimi tanınmışdır. Bəyazid Məhəmməd Teyfur (d.3 dekabr 1306-cı il) — Iltuzmiş xatundan olan övladıdır. Əbülxeyr — Ulcatay xatundan olan övladıdır. Qızları Sultan Satıbəy xatun (1339–1340) — Iltuzmiş xatundan olan övladıdır. 6 sentyabr 1319-cu ildə Əmir Çobanla, ikinci dəfə 1336-cı ildə Arpa xanla, 1339-cu ildə isə Süleyman xanla evlənmişdir); Sultan Xatun — Qutluqşah xatundan olan övladıdır.
Xatirəsi Tarixi mənbələrdə ədalətli və maarifpərvər bir sultan kimi xatırlanan Olcaytu şair Nəsir Bakuvi tərəfindən yüksək qiymətləndirilmişdir. Nəsir Bakuvi Sultan Məhəmməd Ulcaytuya həsr etmiş olduğu Azərbaycan dilindəki müxəmməsində belə qeyd etmişdiː
Haqqında əsərlər Əbdülqasım Kaşani. Tarix-e Ulcaytu. Be-kuşeş-e Məhin Həmbəli. -Tehran, 1348 h. (1969)
İstinadlar
Həmçinin bax Olcaytu Xudabəndə türbəsi
Xarici keçidlər
Kateqoriya:Çingizlilər Kateqoriya:Elxani hökmdarları Kateqoriya:İslamı qəbul edənlər Kateqoriya:XIV əsr şəxsləri Kateqoriya:Elxanilər dövləti şəxsləri Kateqoriya:XIV əsr monqol xanları Kateqoriya:İran tarixi Kateqoriya:Şiəlik