Abaqa xan (; ) — Elxani hökmdarı, Hülakü xanın və Yesunçin xatunun oğludur. Elxanilərin ikinci hökmdarı olan Abaqa xanı taxtda qardaşı Əhməd Təkudar əvəz etmişdir. Abaqa xanın hakimiyyətinin çox hissəsi ümumilikdə monqol imperiyasının daxilində gedən vətəndaş müharibələri ilə müşayiət edilmişdir. Hakimiyyətin çox hissəsində Elxanilərin şimal qonşuları olan Qızıl Orda ilə müharibə şəraiti mövcud olmuşdur. Həmçinin Abaqa xan Suriyanı tamamilə ələ keçirmək üçün uğursuz cəhd etmiş və onun bu cəhdi II Homs döyüşü ilə nəticələnmişdir.

Həyatı Abaqa indiki Monqolustan ərazisində 27 fevral 1234-cü ildə dünyaya gəlmişdir. Atası olan Hülakü xan Elxanilər dövlətinin qurucusudur. Buddist olan Abaqa atasının sevimli oğlu olmuş və onun tərəfindən Türküstan canişini təyin edilmişdir.

Hülakü xan xəstəlik nəticəsində 1265-ci ildə vəfat etdi. O, ölmədən öncə Bizans imperatoru VIII Mixail Paleoloqun qızı ilə evlənməyi planlayırdı. Hülakü ilə evlilik üçün VIII Mixail Paleoloq özünün nikahdan kənar doğulan qızı Mariya Paleologinanı seçdi. Mariya 1265-ci ildə Pantokrator Monastırının abbatı ilə birlikdə Hülakü xanın sarayına göndərildi. Abbatın adı Teodosius de Villehardouin idi. Tarixçi Stiven Runciman onun Patriarx Antioxiyalı Evtimi ilə birlikdə yola düşdüyünü yazır. O, gəlməmişdən əvvəl Hülakü öldüyü üçün Mariya onun oğlu Abaqa xan ilə evləndirildi. Abaqa xan bundan qısa müddət sonra xan elan edildi. Hülakü xanın arvadı Doqquz Xatunun ölümündən sonra (1265) mənəvi rəhbərlik Mariyaya keçdi və o, Dəspinə Xatun adlandırıldı. Atası tərəfindən Mazandaran və Xorasan valisi təyin olunan Abaqa xan 1265-ci ildə atasının ölümündən sonra Azərbaycana, qurultaya qayıtmış və qardaşı Yoşmutla mübarizədən qalib seçilərək elxan elan olunmuşdur. 19 iyunda Ərak şəhəri yaxınlığındakı Duzlu Göl sahilində taxta çıxmışdır. Abaqa xan Elxanilərin paytaxt şəhəri kimi Təbriz şəhərinin olması qərarını verdi. Təbriz monqollar və türklər üçün iqtisadi baxımdan əlverişli bölgədə yerləşirdi.

Hülakü xanın ölümündən 4 ay sonra xan olan Abaqa növbəti bir neçə ayı canişinləri təyin etməklə və vəzifələri paylamaqla keçirdi.

Abaqa dövrünə aid sikkələrin bəzilərində xristian xaçı təsvir olunub və ərəb dilində "Ata, Oğul və Müqəddəs Ruhun adı ilə, yalnız bir Tanrı" yazısı var.

Hərbi yürüşlər

Qızıl Orda ilə thumb|İsfahan zərbxanasında zərb edilmiş və Abaqa xan dövrünə aid sikkə thumb|right|1265-ci ildə Tiflis zərbxanasında zərb edilmiş gümüş dirhəm. Hələ Hülakü xanın dövründən etibarən Elxanilər Qızıl Orda dövləti ilə müharibə vəziyyətində idilər. 1261-ci ildə Qızıl Orda hökmdarı Bərkə Misir Məmlüklərinin hökmdarı I Baybarsla ortaq düşmən olan Elxanilərə qarşı ittifaq formalaşdırmışdılar. İttifaq həm strateji, həm də ticari əhəmiyyətə malik idi. Çünki Məmlüklər Aralıq dənizi vasitəsilə Qızıl Orda ilə yüksək səviyyədə ticarət əlaqələrinə malik idilər. Buna cavab olaraq, Elxanilər də Avropa qüvvələri ilə ittifaq formalaşdırmağa çalışdılar, lakin ancaq Bizans ilə ittifaq qurulması mümkün oldu.

Bu, Abaqa xanın dövründə də davam etdi və yazda Qızıl Ordanın yeni hücum təhlükəsi ortaya çıxdı. Hücumun qismən səbəbi də Qızıl Orda ilə Misir Məmlük dövlətinin ittifaqda olmaları idi. Bu ittifaqa görə Qızıl Orda Elxanilərə hücum edərək onların Məmlük nəzarətində olan indiki Suriya torpaqlarını ələ keçirmələrinə çətinlik yaratmaq istəyirdilər. Düşmənlik 1267-ci ildə Qızıl Orda xanı Bərkənin ölümünə qədər davam etdi. Hadisələrə müdaxilə edən ali xaqan Xubilay vətəndaş müharibəsini durdurmağa çalışdı. Buna görə də, Qızıl Ordanın yeni xanı Münke Teymur Abaqanın hökmü altındakı torpaqlara böyük hücumlar həyata keçirmədi. lakin sonda Münke Teymur Məmlük hökmdarı Bəybarsla ittifaqı yenilədi və gəlinən razılığa görə Hülakülərə hücum etməyi öhdəsinə götürdü. Eyni zamanda Abaqa xanın yanına elçilər göndərən Münke Teymur onu Çağatay hökmdarı Qiyasəddin Baraq üzərində qələbə qazanmaq münasibətilə təbrik etdi. 1270-ci ildə Münke Teymura Abaqa xan tərəfindən Elxani torpaqlarındakı emalatxanalarından vergilər toplamağa icazə verildi. Lakin iki dövlət arasında münasibətlər qalıcı olaraq normallaşmadı və XIV əsrin ortalarına qədər davam etdi.

Çağataylar ilə Ögedeyin nəvəsi Kaydu, Batu xanın nəvəsi Mengü Teymur və Çağatay xanı Baraq ali xaqan olan Xubilaya və Abaqaya qarşı Talas bölgəsində ittifaq formalaşdırdılar. Onlar Kaydunu Orta Asiya hakimi təyin etdilər. Nəticədə Kaydu ilə Xubilay arasında 1268-ci ildə başlanan müharibə əsrin sonuna qədər davam etdi.

1270-ci ildə Baraq xan Elxani tabeliyindəki İranı ələ keçirməyə çalışdı və Herat şəhərinə hücum etdi. Abaqa xan Baraqı məğlub etməyi bacardı, eyni zamanda Barağın qohumu olan Teguderi Gürcüstanda darmadağın etdi. Növbəti il, o, Çağatay xanlığına qsas ordusu göndərdi. Bu ordu Buxara və ətraf bölgələri yağmalayın geri qayıtdı. Eyni zamanda 1280-ci ilə qədər Çağatay hakimlərinin hakimiyyəti altında hökm sürən monqol boylarından olan Qaraunaslarla da bir neçə kiçik münaqişə yaşanmışdı.

İsmaililər ilə Hülakü xanın rəhbərliyində Orta Şərqə yürüş başlayandan monqol-türk orduları ilə İsmaililər arasında gərgin toqquşmalar getməkdə idi. 1253–1256-cı illəri əhatə edən döyüşlər zamanı İsmaililər darmadağın edildi. İsmaililərin mərkəzi hökuməti darmadağın edildi, ismaililər ya öldürüldülər ya da qaçıb canlarını qurtardılar. Hülakü xan tərəfindən hərbi qüvvə olaraq demək olar ki ortadan qaldırılan İsmaililərin rəhbəri Xurşah Qəzvinə aparıldı və Qaraqoruma gedib geri dönrkən yolda öldürüldü. Öldürülməsinin səbəbi digər İsmaililəri təslim olmağa razı sala bilməməsi idi. Bundan sonra Çingiz xan yasaları əsas alınaraq İsmaili qırğınları başlanıldı. 100 min İsmailinin öldürülməsi düşünülməkdədir. Sağ qalanOnların çox hissəsi Əfqanıstana, Bədəxşana və Sində mühacirət etdilər. Bundan sonrakı İsmaili tarixi barədə çox az şey bilinməkdədir. Yalnız iki əsrdən sonra fərqli-fərqli İsmaili icmaları bölgədə görünməyə başladı. Suriyadakı İsmaililər Bəhri Məmlükləri tərəfindən tolerantlıqla qarşılandılar və bir neçə qalanı onların ali hakimiyyəti altında idarə etməyə davam etdilər. Məmlüklər də eyni zamanda onlardan öz düşmənlərinə qarşı fədai kimi istifadə edirdilər. Belə hadisələrdən biri 1271-ci ildə səlibçi ingilis şahzadəsi Edvarda qarşı sui-qəsd edilməsi ilə yaşanmışdı.

Lakin İsmaililərin Elxani bölgəsindəki bəzi qalalardakı müqaviməti davam etməkdə idi. Belə qalalara misal olaraq Quhistanda yerləşən Lambsar, Gerdux və başqalarını göstərmək olar. Lambsar 1257-ci ilin yanvarında Elxanilər tərəfindən ələ keçirildi, çünki qalada malyariya xəstəliyi yayılmışdı. Gerdux müqaviməti davam etdirdi. Qalanı mühasirədə saxlayan Elxani ordusu qala ətrafında istehkamlar ucaltdı. Hər iki tərəfdən mancanaqlar üçün istifadə edilmiş daşların qalıqları hələ də bölgədə qalmaqdadır. Abaqa xanın dövründə, 15 dekabr 1270-ci ildə qaladakı qarnizon geyim çatışmazlığına görə təslim oldu. Bu zaman İsmaililərin əsas məntəqəsi olan Ələmut qalasının ələ keçirilməsindən 13 il, qalanın Kit Buğa tərəfindən ilk mühasirəsindən isə 17 il keçməkdə idi. Elxani ordusu təslim olan qarnizon üzvlərini qətlə yetirsələr də, qalanı uçurmadılar. Elə həmin il Cüveyniiyə uğursuz sui-qəsd daha əvvəl onların tamamilə məhv edilməsindən danışan İsmaililərə aid edilir. 1273-cü ildən etibarən Suriyadakı İsmaili qalaları da Bəybars tərəfindən ələ keçirildi.

1275-ci ildə İsmaililərin rəhbərlərindən biri olmuş Xurşahın oğlunun — eyni zamanda da Türk Bəydili boyundan olan Anuştigin sülaləsindən gəlməkdə idi — komandanlığı altında bir qrup İsmaili Ələmut qalasını yenidən ələ keçirdi. Lakin Abaqa xan elə həmin il qalanı geri qaytardı. Bu dönəmdə Deyləmdə olan bəzi İsmaililər müəyyən mövcudiyyətlərini qorumağa davam edirdilər. Bunlar 1307-ci ildə Olcaytunun Gilana olan yürüşünə qədər öz mövcudiyyətlərini qoruyub saxlaya bildilər. Bu yürüşdə Elxani ordusu qələbə qazansa da, çox ağır itkilər vermişdi. Elxani dövlətində Əbu Səidin ölümündən sonra meydana çıxmış hərc-mərclik zamanı İsmaili hakimlikləri yenidən meydana çıxdı.

Suriyanın işğalı

Suriyanın ilk ələ keçirilişi Hələ Hülakü xanın 1258-ci ildə Bağdad ələ keçirilmişdi, xəlifə ailəsindən olan bəzi şahzadələr Misirə və Suriyaya qaçmışdı. Burada Məmlüklərə sığınan Abbası şahzadələri geniş hakimiyyətə sahib deyildilər, yalnız dini işlərlə məşğul idilər. Qahirədəki ilk xəlifə II əl-Müntənsir Bəybars tərəfindən Mesopotamiyaya göndərildi. Ona yardım etmək üçün bədəvilər və suriyalı oxçular verilmişdi. Lakin onlar Hülakü xan tərəfindən darmadağın edildilər. Bundan sonra Elxani vassallığında olan Mosul hakimi Bədrəddinin oğlanları üsyan qaldırdılar və Məmlüklər tərəfə keçdilər. Bu şəhərin Elxanilər tərəfindən dağıdılmasına və 1265-ci ildə üsyanın yatırılmasına yol açdı.

Suriyaya edilən ikinci Elxani hücumu 1271-ci ilin oktyabrında baş verdi. 10 min Elxani döyüşçüsünün və Səlcuqlu oxçularının qatıldığı ordu şimaldan hücum edərək Hələbi ələ keçirdilər. Lakin qısa müddət sonra bu ordu Fərata doğru geri çəkildi. Çünki bu zaman Məmlüklərin hökmdarı Bəybars Misirdən ordu ilə yola çıxmışdı.

Xristian dövlətlərlə münasibətlər Abaqa xan müsəlman Məmlüklərə qarşı mübarizədə Avropanın xristian qüvvələri ilə yaxşı münasibətlər qurmaq istəyən hökmdar idi. O, 1267-ci ildə Roma Papası IV Klementin yazdığı məktuba cavab yazmış, 1268-ci ildə isə ona özü elçi ilə birlikdə məktub göndərmişdir. Abaqa xan Avropa qüvvələri ilə öz qayınatası olan Bizans imperatoru VIII Mixailin qüvvələri arasında ittifaq formalaşdırmağa çalışırdı. Onun yazdığı məktublara Romadan və Araqonlu Ceyms tərəfindən cavablar verilmişdi, lakin bu məktublaşmanın 1269-cu ild Əkkaya Ceyms tərəfindən edilən uğursuz hücumla əlaqəli olub-olmaması bəlli deyildir. Abaqa xan Ceymsə yazdığı məktubda qardaşı Ağayı onlara qatılmaq üçün göndərdiyini və xristian qüvvələri Kilikiyaya çatanda Ağayın onlara qatılacağını bildirmişdi. 1274-cü ildə onun göndərdiyi elçi Roma Papası X Qriqorinin Lyon şəhərində təşkil etdiyi İkinci Şuraya qatılmış, şurada Abaqa xanın adından çıxış edən onun katibi Ryçaldus assambleya iştirakçılarına Abaqa xanın atası Hülakünün də xristianların dostu olduğunu, Abaqa xanın müsəlmanları tamamilə Suriyadan çıxarmaqda qərarlı olduğunu xatırlatmışdır. Lakin nə bu Avropaya göndərilmiş elçilik, nə də 1276 və 1277-ci ildəki elçiliklər ciddi bir nəticə meydana çıxarmadı.

Doqquzuncu Səlib yürüşü zamanı edilən yürüş thumb|Qırmızı ilə işarələnmiş və Abaqa xanın generalı Samaqarın 1271-ci ildəki hərbi əməliyyatlarını göstərən şəkil.

1260-cı ildə Antioxiyalı VI Bohemond qayınatası olan I Hetum tərəfindən Abaqanın atası Hülakü xanın hakimiyyətini qəbul etməyə inandırıldı. VI Bohemondun bu qərarı ilə Tripoli və Antioxiya Elxani dövlətinin vassal əraziləri oldular. 1268-ci ildə Məmlük hökmdarı Bəybars Antioxiyanı ələ keçirdi və Bohemond Tripolini də ititməmək üçün Bəybarsla razılaşmağa məcbur oldu.

Antioxiyanın itirilməsinə cavab olaraq İngiltərə kralı I Edvard 1271-ci ildə Əkkaya gəldi və yeni bir Səlib yürüşü başlatmağa çalışdı. Onun etdikləri hərbi baxımdan uğursuz oldu, lakin Edvard İngiltərəyə yola düşməməişdən əvvəl Bəybarsla sülh imzalamağa nail oldu.

Əkkaya gələn zaman Edvard Abaqa xanın yanına Reginald Rossel, Vauslu Godefroy və Parkerli Condan ibarət nümayəndə heyəti göndərərək hərbi yardım istədi. Bu zaman Abaqa xan Türküstandakı münaqişələrlə məşğul olsa da, Edvardın məktubuna müsbət cavab verdi. Beləliklə, Abaqa xanın məri ilə Anadoludakı işğal ordusu olan 10 min nəfərlik döyüşçü birliyi Anadolu Səlcuqlularının dəstələri iloə birlikdə şimaldan müasir Suriya torpaqlarına daxil oldular. Orduya Samaqar komandanlıq etməkdə idi:Məsələ ilə bağlı danışdıqdan sonra biz qərara gəldik ki, qüdrətli bir qüvvənin başında Cemakarı (Səmaqarı) sizin yardımınıza göndərək; beləliklə, yuxarıda adı çəkilən Cemakarla bağlı digər planları öz aranızda müzakirə edərkən, düşmənlə döyüşə girəcəyiniz dəqiq ay və günlə bağlı açıq razılaşmalar aparmağınızdan əmin olun.