Həmdi Giraybəy (, əsl adı: Əbuləfət Lətifov; ) — krım tatar şair və tarixçi.

Həyatı Həmdi Giraybəy 13 sentyabr 1901-ci ildə Yeni kale kəndində ilahiyyatçı ailəsində anadan olub. Qarasubazar ibtidai məktəbini bitirdikdən sonra Ağməsciddə yerləşən rüşdiyyə məktəbində orta təhsil alıb. 1921-ci ildə Krım Dövlət Universitetindin İşçi fakültəsinə daxil olub, lakin tezliklə maddi çatışmazlıq ucbatından təhsilini dayandırmalı olub. Millətlərin İşləri üzrə Xalq Komissarlığında işləyib. 1918–1923-cü illərdə özünün ən yaxşı əsərlərini yaradıb. Əsərləri "Yannı Çolpan" və "İleri" krımtatar jurnallarında çap edilib. 1923-cü ildə Krım MSSR-nın görkəmli xadimi Vəli İbrahimovun dəstəyi ilə Türkiyəyə təhsil almağa göndərilir. İstanbul universitetində fəlsəfə fakültəsində təhsil alıb. "Krım tarixi" mövzusunda dissertasiya müdafiə edib. 1926-cı ildə Krıma geri dönüb. Yeni Əlifba Cəmiyyətinin bölgə şurasında işləməyə başlayır. Simferopol 9 illik nümunəvi 13 nömrəli krımtatar məktəbində "türk-tatar dili" dərsini deyir.

1928-ci ildə krım tatar milli partiyası olan Milli Firqə işinə görə həba edilib. Millətçilikdə və casusluqda ittiham edilib. 17 dekabr 1928-ci ildə Dövlət Siyasi İdarəsinin Məhkəmə kollegiyası tərəfindən yüksək cəzaya güllələnməyə məhkum edilib. 13 sentyabr 1930-cu ildə Butır həbsxanasında güllələnib. 1991-ci ildə günahsız olduğu sübutə yetirildiyi üçün ölümündən sonra bəraət alıb.

Həmçinin bax Riza Fazıl Ennan Alimov Yusif İsa Halim

İstinadlar

Xarici keçidlər Амди Гирайбай – расстрелянный поэт / Həmdi Giraybəy — güllələnmiş şair

Kateqoriya:Krım tatar şairləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:SSRİ-də milli mənsubiyyətinə görə repressiyaya məruz qalanlar