Bruno Cordano (; ) — İtalyalı keçmiş futbolçu. Mərkəz hücumçusu mövqeyində oynayıb. 1978/79 mövsümündə İtaliya çempionatının bombardiri olub. 2013-cü ildən — Askoli klubunun baş məşqçisidir.

Karyera

Klub Cordano peşəkar karyerasına karyerasının çox hissəsini keçirdiyi "Latsio" klubunda başlayıb. "Latsio"nun heyətində 1978/79 mövsümündə A Seriyasının bombardiri olub.

1985-ci ildə "Napoli"yə keçir. Cordano burada Maradona və Kareko ilə birlikdə məşhur Ma-Gi-Ka hücum triosunu yaradır. Futbolçu Napoli ilə birlikdə İtaliya çempionluğunu və İtaliya Kubokunu qazanır.

Daha sonra "Askoli" və "Bolonya" klublarında oynayır.

Milli Komanda 21 dekabr 1978-ci ildə İspaniya millisinə qarşı matçda İtaliya millisində debüt etdi. Ümumilikdə, 1 qol vurduğu milli komandada 13 oyun keçirib. Futbolçu yeganə qolunu Yunanıstan millisinə qarşı yoldaşlıq görüşündə vurub.

Məşqçi Karyerası Oyunçu karyerasını bitirdikdən bir il sonra, 1993-cü ildə İtaliya D Seriyası klubu olan "Monterotondo" klubunun baş məşqçisi təyin olunur. Daha sonra əsasən aşağı liqa klublarına rəhbərlik edərək tədricən məşqçi karyerasında yüksəlir və 2006-cı ildə A Seriyasında çıxış edən "Messina" klubunun baş məşqçisi təyin olur, lakin burada qənaətbəxş nəticə göstərə bilmədikdən sonra istefaya göndərilir.

2013-cü ildə İtaliya C1 Seriyasında oynayan "Askoli" klubunun baş məşqçisi təyin edilir.

Karyera Statistikası MövsumKlubOyunQol91/92Askoli17290/91Askoli20189/90Bolonya33788/89Askoli261088/89Napoli0087/88Napoli27886/87Napoli26585/86Napoli251084/85Latsio25583/84Latsio18882/83Latsio381881/82Latsio0080/81Latsio0079/80Latsio23978/79Latsio301977/78Latsio291276/77Latsio261075/76Latsio145Cəmi377129

Titulları İtaliya çempionu (1): 1986/87. İtaliya kubokunun qalibi (1): 1986/87. A Seriyası bombardiri : 1978/79. B Seriyasında ən çox qol vuran oyunçu (1): 1982/83. İtaliya Kubokunda ən çox qol vuran oyunçu (1): 1986/87.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Napoli FK futbolçuları Kateqoriya:Latsio FK futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Bolonya FK futbolçuları Kateqoriya:Askoli FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:Lekko FK məşqçiləri Kateqoriya:İtaliya A Seriyası məşqçiləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Messina FK məşqçiləri Kateqoriya:Piza FK məşqçiləri Kateqoriya:Roma şəxsləri Kateqoriya:İtaliya şəxsləri