İbrahim bəy Mirzə Əhməd bəy oğlu Davatdarov () — çar ordusunun polkovniki
Həyatı İbrahim bəy Davatdarov 14 sentyabr 1851-ci ildə Şuşa qəzasının Ərəblər kəndində anadan olmuşdur. İlkin evdə təhsil almış, Tiflis Piyada Yunker kursunu bitirmişdir. 1868-ci ildə unter-zabit kimi 16-cı Minqreli Qrenadyor alayında xidmətə başlamışdır. 15 sentyabr 1869-cu ildə Tiflis Piyada Yunker məktəbinə ezam olunmuş, məktəbi 1871-ci ildə müvəffəqiyyətlə bitirdikdən sonra 157-ci Dərbənd alayına dəyişilmişdir. Çar hərbi baxışda Davatdarovu bəyənmiş, ona şəxsən özü praporşik rütbəsi vermişdir. O, bu rütbədən polkovnik rütbəsinədək yüksələ bilmişdi.
İbrahim bəy Davatdarov 1902-ci ildə vəfat edib.
Ailəsi İbrahim bəy Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə qurmuşdu. Müzəffər bəy adlı oğlu, Mina xanım adlı qızı vardı.
Mükafatları İbrahim bəy Davatdarov 1877–1878-ci il Rus-Osmanlı savaşında göstərdiyi şücaətə görə 4-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni, 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni, 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdu.
Mənbə Ənvər Çingizoğlu, Davatdarovlar, "Soy" jurnalı, 2011, № 9, səh.3–5.
İstinadlar
Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1877–1878) iştirakçıları