Şotlandiya (; ) — Böyük Britaniya krallığına daxil olan ölkə. Böyük Britaniya adasının şimal hissəsində yerləşir. Paytaxtı Edinburq, ən böyük şəhəri isə Qlazqodur.
Şotlandiya özünün qalaları və dağlıq peyzajı ilə tamamilə başqa ölkə təəsüratını yaradır. Şotlandiyada 787 ada vardır, demək olar ki, hamısında əhali məskunlaşıb. Məşhur Haylənds ("yüksək yerlər") vilayəti – ölkənin şimal-qərbində dağlar dənizlərlə, çəmənlər, meşələrlə əvəz olunan təkrarolunmaz təbii landşaftdır. Şotlandiya ətrafı okean və dəniz dünyada biloji canlıların ən çox yaşadığı su hövzəsi sayılır, orada 40 min növ var.
1707-ci ildən Birləşmiş Krallığın bir hissəsi kimi yaşayan, böyüyən və inkişafa çalışan Şotlandiya, Birləşmiş Krallığı meydana gətirən dörd böyük quru parçasından biridir. Hər nə qədər Şotlandiya parlamenti Londona bağlı olsa da, Şotlandiyanın avtonom bir hüquq sistemi və kilsəsi mövcuddur.
Etimologiya "Scotland" sözü Latın dilində Qaelləri adlandırılan — "Scoti" sözündən yaranmışdır. Gec Latın sözü olan "Scotia" ilkin zamanlarda İrlandiyaya müraciət etmək üçün istifadə edilmişdir. 11-ci əsrdə Albania və ya Albani, həm də şotland kelt dilində Alba sözləri ilə yanaşı, "Scotia" sözü Fort çayının şimalında olan Şotlandiyaya deyilirdi. Scots və Scotland sözləri yalnız Orta əsrlərin sonlarında istifadə olunurdu.
Hakimiyyət və siyasət
Konstitusiya dəyişiklikləri
İnzibati ərazi bölgüsü
Hüquq və ədalət sistemi
Coğrafiya və təbii tarixi
Geologiya və geomorfologiya
İqlimi
qanqal= Flora və fauna haqqında məlumat
İqtisadiyyat və infrastruktura
Flora və fauna
Valyuta
Bank of England Böyük Britaniya üçün mərkəzi bank olsa da, üç şotland klirinq bankları hələ də öz sterlinq banknotların buraxılmasında iştirak edir: Bank of Scotland, Royal Bank of Scotland və Clydesdale Bank. 2013-cü ildə dövriyyədə olan Şotlandiya pul nişanlarının dəyəri Bank of England tərəfindən £3,8 milyard məbləğində dəyərlənmişdir.
Nəqliyyat
thumb|right|Barra hava limanı, dünyada təyin xidmətləri üçün, çimərliyi uçuş-enmə zolağını kimi istifadə dünyada yeganə hava limanıdır. Şotlandiyada beş əsas beynəlxalq hava limanı (Qlazqo, Edinburq, Aberdin, İnverness, Prestvik) yerləşir; hansı ki, birlikdə 150 beynəlxalq məkan istiqamətində müxtəlif təyin və nizamnamə uçuşları xidmət edir.The Scotsman 27 March 2007. "Special Report—Business Class" GIP Edinburq hava limanını, Infratil Prestviki, Heathrow Airport Holdings Aberdin və Qlazqo beynəlxalq hava limanlarını, halbuki Highlands and Islands Airports 11 regional hava limanını, o cümlədən, İnvernessi, hansı ki, daha uzaq yerlərə xidmət edir.
Əhali Şotlandiyada Etnik Qruplar (2011) % of bütünƏhalinin Əhali Şotlandiyalı (Ağ) 84.0 4,445,678 Digər Britaniyalı (Ağ) 7.9 417,109 İrlandiyalı (Ağ) 1.0 54,090 Ağ Qaraçı/İrland Qaraçı 0.1 4,212 Polyak 1.2 61,201 Digər Ağ etnik qruplar 1.9 102,117 Toplam Ağlar 96.0 5,084,407 Pakistanlı 0.9 49,381 Hindistanlı 0.6 32,706 Banqladeşli 0.1 3,788 Çinli 0.6 33,706 Digər 0.4 21,097 Asiyalı 2.7 140,678 Karibli 0.1 3,430 Qara 0.0 2,380 Karib və ya digər Qara 0.0 730 Karib və ya Qara 0.1 6,540 Afrikanlı 0.6 29,186 Digər Afrikanlar 0.0 452 Afrikanlı 0.6 29,638 Qarışıq və ya bir neçə etnik qruplar 0.4 19,815 Ərəb 0.2 9,366 Digər 0.1 4,959 Digər etnik qruplar 0.3 14,325 Bütün əhali 100.00 5,295,403
Təhsil Birləşmiş Krallığdan fərqli olaraq, Şotlandiyanın təhsil sistemi həmişə geniş təhsil xarakterikləri üzərində yönəlmişdir.
Din
thumb|left|İona Abbatlığı, Şotlandiyada xristianlığın erkən mərkəzi 2011-ci il siyahıyaalmasında Şotlandiya əhalisinin yarıdan çoxu (54%) özünü Xristianlıq dininə aid etsə də, əhalinin 37%-i ateist kimi qeyd olunub. 1560-cı il Şotlandiya reformasiyasından sonra, milli kilsə (Şotlandiya kilsəsi, bəzən Kirk kimi də tanınır) Protestantlıq və Kalvinizmdən ibarətdir. 1689-cu ildən milli kilsə Presbiteryan kilsə hökumət sistemi mövcud olmuş və dövlətdən müstəqilliyə malikdir. Ölkə əhalisinin hazırda 12%-i Şotlandiya kilsəsinin üzvü, 40%-i isə kilsəyə yaxın olduğu iddia olunur. Kilsə Şotlandiyada hər icmada yerli camaatı olan ərazi kilsə strukturu sistemində fəaliyyət göstərir.
Şotlandiyada əhəmiyyətli Roma Katolik əhalisi var, əhalinin 19%-i, xüsusilə qərbdə, katolik kimi qeyd olunub.Andrew Collier, "Scotland's Confident Catholics," The Tablet 10 January 2009, 16. Reformasiyadan sonra, Şotlandiyada Katoliklik Haylends və Uist və Barra kimi qərb adalarında davam etdirilmiş və 19-cu əsrdə İrlandiyadan gələn immiqrasiya nəticəsində güclənmişdir. Şotlandiyada digər xristian məzhəblərdən Azad Şotlandiya Kilsəsi, müxtəlif Prebisteryan cərəyanları və Şotlandiya Yepiskop Kilsəsi mövcuddur.
Ölkədə islam ən böyük qeyri-xristian dindir (40,000 ətrafında qiymətləndirilir, əhalinin 0,9%-i təşkil edir), və xüsusilə Qlazqoda, həmçinin əhəmiyyətli yəhudi, hindu və sikx icmaları var. Eskdeylmyurda Kagyu Samye Ling Monastırı, 2007-ci ildə 40 illiyini qeyd etmiş və Qərbi Avropada ilk Buddist monastırdır.
Səhiyyə Şotlandiyada səhiyyə əsasən Şotlandiyanın dövlət səhiyyə sistemi olan "NHS Scotland" tərəfindən təmin edilir.
Ordu 2013-cü ildə Böyük Britaniyanın müdafiəyəsinə xərclənən pulun, təxminən £3,3 milyon Şotlandiyaya aid edilə bilər.
Mədəniyyət
thumb|upright|left|Şotlandiyalı tuluq zurnaçısı.
Şotlandiya musiqisi milli mədəniyyətinin əhəmiyyətli bir hissəsidir. Məşhur ənənəvi Şotlandiya musiqi aləti Qreyt Haylend tuluq zurnası — çalğıçının qoltuğu altında yerləşən üfürülmüş tuluq tədricən sıxılır və bu zaman musiqi alətinin borusundan çıxan hava barmaqlarla çalınır. Tuluq zurnası və müxtəlif növ zərb alətlərindən ibarət olan Tuluq zurna dəstələri, şotland musiqi üslublarını nümayiş etdirir və dünyada geniş şəkildə yayılmışdır. Klarsax (arfa), skripka və akkordeon da ənənəvi Şotlandiya alətləri sayılır və sonuncu iki musiqi aləti sıx şəkildə Şotlandiya kantri rəqsi dəstələrində yer alır. Bu gün Şotlandiyada müxtəlif individual və musiqi qrupları müxtəlif üslubda uğur qazanır, onlardan Enni Lennoks, Emi Makdonald, Runrig, Young Fathers, Cocteau Twins, Deacon Blue, Franz Ferdinand, Suzan Boyl, Paolo Nutini, Kelvin Harris, Emeli Sande, Texas, The View, The Fratellis, Twin Atlantic, Biffy Clyro və Şirli Mensonnu qeyd etmək olar.
Şotlandiya orta əsrlərdən başlayan ədəbi irsə malikdir. Erkən qalmış ədəbiyyatda, VI əsrdən qalmış Britonik nitq Şotlandiyada yaransa da, Uels ədəbiyyatının hissəsi kimi saxlanılır.R. T. Lambdin and L. C. Lambdin, Encyclopedia of Medieval Literature (London: Greenwood, 2000), ISBN 0-313-30054-2, p. 508. Gec orta əsrlər ədəbiyyatına latın,I. Brown, T. Owen Clancy, M. Pittock, S. Manning, eds, The Edinburgh History of Scottish Literature: From Columba to the Union, until 1707 (Edinburgh: Edinburgh University Press, 2007), ISBN 0-7486-1615-2, p. 94. şotland kelt,J. T. Koch, Celtic Culture: a Historical Encyclopedia (ABC-CLIO, 2006), ISBN 1-85109-440-7, p. 999. qədim ingilisE. M. Treharne, Old and Middle English c.890-c.1400: an Anthology (Wiley-Blackwell, 2004), ISBN 1-4051-1313-8, p. 108. və fransız dillərində əsərlər daxildir.M. Fry, Edinburgh (London: Pan Macmillan, 2011), ISBN 0-330-53997-3. Erkən şotland dilində ilk əsas qalan mətn, 14-cü əsr şairi Con Barburun dastanı olan Bryus, I Robertin həyatı haqqında yönəlmiş,N. Jayapalan, History of English Literature (Atlantic, 2001), ISBN 81-269-0041-5, p. 23. və tezliklə bir sıra ana romans və nəsr əsərləri ilə davam edilmişdir.J. Wormald, Court, Kirk, and Community: Scotland, 1470–1625 (Edinburgh: Edinburgh University Press, 1991), ISBN 0-7486-0276-3, pp. 60–7. 16-cı əsrdə kral himayəsi şotland drama və poeziyasının inkişafına yardım etdi,I. Brown, T. Owen Clancy, M. Pittock, S. Manning, eds, The Edinburgh History of Scottish Literature: From Columba to the Union, until 1707 (Edinburgh: Edinburgh University Press, 2007), ISBN 0-7486-1615-2, pp. 256–7. lakin James VI-ünün ingilis tacına qoşulması ədəbi himayəsi olan əsas mərkəzini çıxartdı və şotland ədəbi dilini xaric etdi.R. D. S. Jack, "Poetry under King James VI", in C. Cairns, ed., The History of Scottish Literature (Aberdeen University Press, 1988), vol. 1, ISBN 0-08-037728-9, pp. 137–8. Şotlandiya ədəbiyyatına maraq 18-ci əsrdə Ceyms Makferson kimi xadimlərin nəticəsində bərpa edilmişdir. Makfersonun Ossian dövrü onu beynəlxalq nüfuz qazanan ilk Şotlandiya şairi etdi və Avropa Maarifçiliyinə böyük təsiri olmuşdur. Əsər Şotlandiyanın xalq şairi kimi tanınan Robert Bernsə və Valter Skotta böyük təsir etmişdir. Viktoriya dövrünün sonunda Robert Lyuis Stevenson, Artur Konan Doyl, C. M. Berri və Corc Makdonald kimi Şotlandiya yazıçıları beynəlxalq nüfuz qazanmışdılar. 20-ci əsrdə Şotlandiya intibah dövrü ədəbi fəaliyyətin dalğasını gördü və şotland dili ciddi ədəbiyyat üçün istifadə olunmağa başladı. Hərəkatının üzvləri müharibə sonrası yeni nəsil şairləri l tərəfindən təqib edildi: 2004-cü ildə Edvin Morqan, ilk Şotlandiya hökuməti tərəfindən, ilk Şotlandiya makarı seçildi. 1980-ci ildən Şotlandiya ədəbiyyatında xüsusilə İrvin Uelş və o cümlədən bir qrup yazıçı ilə bağlı yeni böyük dirçəliş yarandı. Eyni dövrdə ortaya çıxan Şotlandiya şairlərindən, Kerol Enn Daffi, hansı ki, 2009-cu ildə, Böyük Britaniya Şairi laureatına adına görülən ilk şotland oldu.
thumb|right|upright|Şotland ixtiraçı Con Loqi Beyrd 1926-cı il 26 yanvar ilk işlən televiziya sistemini nümayiş etdirdi.
Şotlandiyada televiziya əsasən Britaniyada göstərilən verilişlərlə eyni olsa da, milli yayımçı BBC Scotland-dır. BBC Scotland-a üç milli televiziya stansiyaları və milli radio stansiyaları — BBC Radio Scotland, BBC Radio nan Gaidheal və başqaları daxildir. Şotlandiyada bəzi verilişlər şotland kelt dilində yayımlanır. BBC Alba şotland kelt dilində yayımlanan milli kanaldır. Əsas Şotlandiya kommersiya televiziya stansiyası isə STV-dir.
Milli qəzetlər olan Daily Record, The Scotsman və The Herald, Şotlandiyada istehsal olunur. Vacib regional qəzetlərdən, Edinburqun Edinburgh Evening News, Dandinin The Courier və Aberdinin The Press and Journal qəzetlərini qeyd etmək olar. Şotlandiya həm də Celtic Media Festivalda təmsil olunur, harda ki, Kelt ölkələri film və televiziya verilişlərini sərgiləyirlər. 1980-ci ildən başlayan festivalda Şotlandiyanın nümayəndələri çox mükafat qazanmışlar.
Digər Kelt xalqları kimi, Şotlandiya və Şotlandiya mədəniyyəti ölkədə və dünyada interkelt tədbirlərdə təmsil olunur. Şotlandiyada müxtəlif musiqi festivalları keçirilir, bunlardan Celtic Connections və T in the Park festivallarını qeyd etmək olar. Festival Interceltique de Lorient, Pan Celtic Festival və Milli Kelt Festival kimi Kelt mədəniyyətini qeyd edən festivallar, Şotlandiya mədəniyyətindən musiqi, dilini və rəqslərinin elementlərindən ibarətdir.
İdman
thumbnail|Seltik Park
İdman Şotlandiya mədəniyyətinin mühüm hissəsidir. Şotlandiya bir çox beynəlxalq idman tədbirlərində, o cümlədən FİFA Dünya Kuboku, Reqbi Dünya Kuboku, Reqbi Liqası Dünya Kuboku, Kriket Dünya Kuboku və Birlik Oyunlarında müstəqil ölkə kimi, Olimpiya Oyunlarında isə, şotland idmançılar Böyük Britaniya komandasının bir hissəsi kimi təmsil olunur. Şotlandiyanın Şotlandiya Futbol Federasiyası (dünyada ikinci ən qədim milli futbol assosiasiyası)Soccer in South Asia: Empire, Nation, Diaspora. By James Mills, Paul Dimeo: Page 18 – Oldest Football Association is England's FA, then Scotland and third oldest is the Indian FA. və Şotlandiya Reqbi Birliyi kimi öz milli idarəetmə orqanları var. Futbolun müxtəlif variantları Şotlandiyada əsrlər boyu, erkən 1424-cü ildən mövcud olmuşdur. Futbol Şotlandiyada ən populyar idman növüdür; dünyanın ən qədim milli kubok isə Şotlandiya Kubokudur.