Ulul-Əmr (ərəbcə: أولو الأمر) — əmr sahibləri deməkdir. Onlar Ulul-Əmr ayəsinə görə itaətləri vacib olan kəslərdir. Bu terminə Nisa surəsinin 59-cu ayəsində rast gəlinir.

"Ulul-Əmr"in məsumluğu və kim olduqları haqqında şiə və sünni teoloji və təfsir kitablarında çoxlu fikirlər söylənilmişdir. İmamiyyəyə görə "Ulul-Əmr" sözündən məqsəd şiə imamlarıdır; Amma əhli-sünnənin nəzərindən raşidi xəlifələri, ədalətli hökmdarlar və icma da onun nümunələrindəndir.

Şiələr hesab edirlər ki, "Ulul-Əmr" ayəsində əmr sahiblərinə qeyd-şərtsiz itaətə vurğu edildiyi üçün bu ayə əmr sahiblərinin məsumluğuna dəlalət edir; Amma əksər sünni alimləri inanırlar ki, bu ayədən "Ulul-Əmr"in məsumluğu əldə edilmir.

"Ulul-Əmr" ayəsi

Əmr sahibləri mənasına olan "Ulul-Əmr" kəlməsi “Nisa” surəsinin 59-cu ayəsindən götürülmüşdür:

«یا أَیهَا الَّذِینَ آمَنُواْ أَطِیعُواْ اللّهَ وَأَطِیعُواْ الرَّسُولَ وَأُوْلِی الأَمْرِ مِنکمْ»

"Ey iman gətirənlər, Allaha itaət edin, Onun Peyğəmbərinə və öz əmr sahiblərinizə itaət edin".

Fəzl ibn Həsən TəbərsiTəbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.100 və 101 və Əllamə TəbatəbaiTəbatəbai, Əl-mizan, h.q 1417, c.4, s.319 kimi şiə təfsirçiləri və imamiyyə mütəkəllimləri (teoloqları) bu ayədən əmr sahiblərinin məsumluğunu ifadə edirlər.Əllamə Hilli, Kəşful-murad, h.q 1417, s.493 Sonra "Ulul-Əmrin" nümunələri haqqında rəvayətlərə istinad edərək on iki imamın məsumluğu haqqında dəlil gətirirlər. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.100 və 101; Təbatəbai, Əl-mizan, h.q 1417, c.4, s.319

Həmçinin bax

Vilayət (İslam)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Quran Kateqoriya:İslam mədəniyyəti Kateqoriya:Ayələr