Qurban Hüseyn oğlu Namazəliyev () — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini (1991), Qarakənd faciəsinin şəhidi.
Həyatı Qurban Hüseyn oğlu 17 noyabr 1947-ci ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. 1954–1965-ci illərdə orta məktəbdə təhsil almış, Azərbaycan Politexnik İnstitutunu 1971-ci ildə bitirdikdən sonra Bakı şəhəri 4 №-li tikinti trestində mühəndis, usta, sahə rəisi və baş mühəndis vəzifəsində çalışmağa başlamışdır. Nazirlər Sovetində tikinti şöbəsində işləmişdir. 5 il Naftalan şəhər sovetinin sədri vəzifəsini icra etmişdir. 1991-ci il avqust ayından Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini təyin edilmişdir.
1991-ci il 20 noyabrda Qarakəndə uçan Mİ-8 vertolyotu vurulmuş və respublikanın bir sıra məsul şəxsləri: Tofiq İsmayılov – dövlət katibi, Məhəmməd Əsədov – Daxili İşlər Naziri, İsmət Qayıbov – Azərbaycan Respublikasının Baş Prokuroru və digər şəxslərlə bərabər Qurban Namazalıyev də şəhid olmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilib.
Ailəsi Qurban Namazalıyev Xurşud xanımla ailə qurmuşdur. Ruslan adlı oğlu, Leyla və Nigar adlı qızları vardır.
İstinadlar
Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Naftalan Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları