Mariya Manuela () — Portuqaliya kralı III Conun və Kastilya şahzadəsi Avstriyalı Ketrinin ən böyük qızı. 12 noyabr 1543-cü ildə dayısı V Karlın oğlu Milan hersoqu Filiplə evləndirildi. Bu evlilikdən Karlos adlı bir oğlu olsa da, doğuşdan 4 gün sonra qanaxma səbəbilə vəfat etdi. Cənazəsi əvvəlcə Qranada Kral Şapelində dəfn olunsa da, daha sonra El-Eskorial məzarlığına köçürüldü.
Mənbə Kamen, Henry: Philip of Spain. Yale University Press. 1998. ISBN 978-0-300-07800-8. Liss, Peggy K. (10 November 2015). Isabel the Queen: Life and Times. University of Pennsylvania Press. p. 11. ISBN 9780812293203. Jordan, Annemarie (1994). The Development of Catherine of Austria's Collection in the Queen's Household: Its Character and Cost. Providence, R. I.: Brown University. p. 700.
İstinadlar
Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:Avis sülaləsi