Taleh Novruz oğlu Şahsuvarlı () — Azərbaycanlı hüquqşünas, jurnalist, yazıçı.
Həyatı Taleh Şahsuvarlı 10 mart 1977-ci ildə Bərdə rayonunun Qazıqurdalı kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin və Yasamal rayonundakı 20 saylı orta məktəbin nəzdində təşkil olunmuş Respublika Tarix Liseyinin məzunudur.
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin fəlsəfə tarixi üzrə bakalavr və magistr pillələrini bitirib.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə ali təhsil alıb.
2007-ci ildə ABŞ-nin San Dieqo şəhərində fəaliyyət göstərən Vətəndaş Diplomatiyası Akademiyasında ictimai siyasət üzrə xüsusi təhsil alıb.
"Seçki mübarizəsi" adlı elmi monoqrafiyanın, Qafqazda ilk tarixi metaroman olan "Canlanma" əsərinin müəllifidir.
İkinci Qarabağ müharibəsində baş leytenant rütbəsində taqım komandiri vəzifəsi tutaraq iştirak edib.
Jurnalist fəaliyyəti 1995-ci ildən jurnalistika sahəsində çalışır. Azərbaycan mətbuatı tarixində ən gənc qəzet baş redaktoru olub. "Gündəlik Teleqraf" qəzetin şef-redaktoru vəzifəsində çalışıb.
2009-cu ildən Sosial İnformasiya Agentliyinin direktorudur. Hazırda AzNews.az analitik-informasiya portalının baş redaktorudur.
İctimai-siyasi fəaliyyəti "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin və Hərbi Ovçuluq İttifaqının üzvüdür.
İyun 2021 - iyun 2023-cü illərdə Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü olub.
2010-cu il parlament seçkilərində 94 saylı Bərdə kənd, 2015-ci parlament seçkilərində 16 saylı Yasamal ikinci, 2020-ci parlament seçkilərində isə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd olmuşdur.
Mükafatları Prezident İlham Əliyev tərəfindən "Ağdamın azadlığına görə", Baş nazir tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalları ilə, Dövlət Səfərbərlik Xidməti tərəfindən xüsusi diplomla, Azərbaycan Mətbuat Şurası tərəfindən "Qələmdən süngüyə" mükafatı ilə təltif olunub.
21 iyul 2025-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.
İstinadlar
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər