Saleh (ərəb. صالح) — Qurani-Kərimdə adı çəkilən peyğəmbərlərdən biri.
Saleh peyğəmbər Saleh peyğəmbər Səmud qövmündə yaşayırdı, amma onlardan deyildi. Səmud qövmü Nuh peyğəmbərin kötücəsi Səmud ibni Amirin və ya, Səmud ibn Adın övladları hesab olunur. Saleh peyğəmbərin də Səmudun nəslindən olduğu iddia olunur.
Səmud qövmü Hicazla Şam arasında yerləşən Həcər adlı bir dövlətdəHələ də o yerdə evlərdən qalan əsər-əlamətlər mövcuddur. Keçmişdə insanlar Şamla Məkkə arasına dəvə ilə gedəndə yolları o yerdən keçirdi və deyilən xarabalıqları görürdülər. yaşayırdılar. Səmud qövmünün orada qalıb məskunlaşması barədə aşağıdakı fikirlər mövcuddur: Onlar yəhudilərdən olan bir tayfa idilər və Fələstin deyilən yerə gedib orada məskunlaşmışdılar, Onlar Fərat çayının qərbindən köçüb gələn Əmaqilə adlı tayfadandırlar, Misirin Əmaqilə tayfasından olmuş və Misir sultanı Əhməs tərəfindən qovulublar, Onlar Ad qövmünün qalıqları idi və dövlətləri də o qövmün istismar etdiyi dövlətlərdən idi. Sonuncu fikir Quran ayələrinəƏraf, 74 daha uyğundur.
Səmud qövmünün mədəniyyəti Quran ayələrindən Səmud qövmünün çox mədəni bir xalq olduğu anlaşılır: "Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? Bağlar və çeşmələr içində, əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmliklə ömür sürəcəksiniz?) Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?"Şuəra, 146–149
Həmçinin ayələrdən onların əsas məşğuliyyətinin əkinçilik, çeşmələr çəkmək, xurma ağacları yetişdirmək olduğu və güzəranlarının xoş və rahat keçdiyi anlaşılır.
Təbərsi Şüəra surəsinin bu ayələrinin təfsirində İbni Abbasdan nəql edir ki, Səmud qövmü yayda və hava mülayim olanda düzənliklərdə özlərinə evlər tikirdilər. Amma, qış gəldikdə isə dağları yarıb evlər yonurdular ki, daha möhkəm və daha isti olsun.
Rəvayətlərdə həmçinin qeyd olunur ki, Səmud qövmü uzunömürlüHud surəsinin 61-ci ayəsinin təfsirində Zəhhakdan rəvayət olunur ki, səmudluların ömrü 300–1000 arasında idi, yəni 300 ildən az yaşamırdılar. bir xalq idi. Buna görə də məcbur idilər daha möhkəm olmaq üçün dağların daşlarından evlər yonsunlar. Adətən öz evlərini dağlarda yaratdıqları dəlikdə düzəldirdilər. Çünki adi evlərin tavanı onların ömürləri qədər dözmürdü.
Salehin dəvətinin başlaması Səmud qövmü naz-nemət içində həyat sürürdülər. Yamyaşıl bağlardan, sərin bulaqlardan, münbit torpaqlardan və heyvanlardan bəhrələnirdilər. Elə ki, yavaş-yavaş fitnə-fəsad, bütpərəstlik artdı. Allah taala hidayət üçün onların ən ehtiramlı və ən əsil-nəcabətlisini — Salehi göndərdi. Onun nəsli elm və müdrikliklə şöhrət tapmışdır. O, qövmünə xitab edərək buyurdu:
-"Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi (atanız Adəmi) yerdən (torpaqdan) yaradıb orada sakin etdi (və ya uzun ömür verdi). (Allahdan) bağışlanmanızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim (Öz elmi, qüdrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (duaları) qəbul edəndir!"Hud, 61 "(Allahın) sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub (yonub) evlər düzəltdiyiniz yer üzündə yerləşdirdiyi vaxtı xatırlayın. Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!".
"Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!) Artıq Allahdan qorxun və mənə itaət edin!"Şuəra, 143–144
Adətən böyük peyğəmbərlər öz xalqına bu məsələni xatırladırlar. Saleh də onlara buyurur: -"Mən bunun (Allahın hökmlərinin, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! Məgər siz elə burada onların (nemətlərin) içində (gələcəkdə hesab-kitab olmadan) arxayınlıqla qalacaqsınız.)"Şuəra, 145
Camaat onun cavabında dedilər:
-"Ey Saleh! Sən bundan əvvəl içərimizdə (böyüyümüz, ağsaqqalımız olmağa) ümid edilən bir adam idin. İndi atalarımızın tapındığına (bütlərə, tanrılara) ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin (tövhid) barədə şəkk-şübhə içindəyik"Hud surəsi, 62
Saleh onlara buyurdu: -"Ey camaat! Bir deyin görək, əgər mənim Rəbbimdən aşkar bir möcüzəm olsa, O mənə Özündən bir mərhəmət (peyğəmbərlik) etsə, mən də Ona asi (günahkar) olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız!"Hud, 63
Saleh yenə də onlara Allahın nemətlərini xatırlayaraq xeyirxahlıq və ürəyiyananlıq üzündən onlara buyurdu: -"Artıq Allahdan qorxun və mənə itaət edin! (Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin). O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər!"Şuəra, 150–152 Bu dəfə onu təkzib etməyə daha cəsur olaraq dedilər: -"Həqiqətən sən (əməlli başlı) ovsunlanmışlardansan. (Divanənin birisən, sən hardan peyğəmbər oldun?) Sən də bizim kimi adi bir insansan! Əgər doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə) bizə (Allahdan) bir möcüzə gətir!"Şuəra 153–154 Axı sənin bizə nə kimi üstünlüyün var ki, özünü peyğəmbər sayırsan?
Salehin dəvəsi Saleh on altı yaşında ikən peyğəmbərliyə seçildi və 120 yaşına kimi o tayfaya təbliğlə məşğul oldu. Amma onun sözlərini qəbul etmədilər. Onların yetmiş ədəd bütləri var idi və yeganə Allah qarşısında onlara ibadət edirdilər. Saleh vəziyyəti belə gördükdə onlara peyğəmbər seçildiyini və yaşının 120-ni haqladığını qeyd edərək onlara 2 təklif irəli sürür:
1. Əgər istəsəniz məndən bir şey istəyin. Mən də onu sizin üçün öz Allahımdan tələb edim və O da versin. 2. İcazə verin mən sizin tanrılarınızdan bir şey istəyim. Əgər versə, mən bu tayfadan çıxıb gedirəm. Çünki həm mən sizin əlinizdən, həm də siz mənim əlimdən təngə gəlmisiniz.
Camaat təklifin çox insaflı olduğunu qeyd edir və bu iş üçün müəyyən bir gün təyin olunur. Həmin gün onlar bütləri çiyinlərinə alıb gətirirlər və Salehə dedilər: "Ey Saleh, istəyini dilə!"
Saleh onların ən böyük bütlərini çağırdı, amma o cavab vermədi. Saleh dedi: "Niyə cavab vermir?" Dedilər: "Başqasını çağır." Saleh bir-bir hamısını çağırdı. Heç biri ona cavab vermədi. Sonra üzünü camaata tutub dedi:
-"Gördünüz ki, mən sizin bütlərin hamısını çağırdım, lakin heç biri cavab vermədi. İndi isə siz istəyin və mən də öz Allahımdan istəyim. O da sizə cavab versin. Səmud qövmü yenə üzlərini bütlərinə tutaraq "Niyə Salehə cavab vermirsiniz?" -deyə söylədilər. Onlar yenə də cavab vermədilər.
Bundan sonra özləri axşama qədər bütlərə yalvarmağa başladılar və sonra da qabaqlarına çoxlu yemək-içmək yığıb Salehə onları indi çağırmasını istədilər.
Saleh irəli gələrək onları səslədi, amma yenə də cavab eşitmədi. Bu haləti görən Saleh dedi:
-"Gün qurtardı, lakin sizin tanrılarınız cavab verə bilmədilər. İndi isə siz məndən istəyin, mən də öz böyük Allahımdan istəyim və həmin saat sizə cavab versin."
Böyüklər və zadəganlardan yetmiş nəfəri irəli gələrək fikir birliyi ilə dedilər ki, "Ey Saleh, indicə Allahından istə ki, bizim üçün bu dağdan dişi, qırmızı rəngdə, çox tüklü və on aylıq bir dəvə göndərsin." Saleh "Məndən istədiyiniz şey mənim üçün çox çətindir" deyərək, Allahdan istədi. Elə həmin vaxt dağdan dəhşətli bir səs gəldi və dağ tərpənərək ondan deyilən sifətlərdə bir dəvə xaric oldu. Camaat bu haləti görərək dedilər:
-"Ey Saleh! Doğrudan da Rəbbin nə tez duanı qəbul etdi. İndi isə bu dəvənin balasının da çıxmasını istə. Saleh Rəbbindən istədi. Dəvənin balası da dağdan çıxıb öz anasının ətrafında fırlanmağa başladı." Saleh onlardan istədikləri bir şey qaldığını soruşduqda "Xeyr, biz indi camaatın yanına gedib gördüklərimizi onlara danışacağıq və sənə iman gətirəcəklər." -dedilər.
Lakin bu 70 nəfərdən 64 nəfəri sonradan bu möcüzənin sehr-cadu olduğunu qeyd edərək dönük çıxdılar. Digər 6 nəfəri Salehə iman gətirdi ki, onlardan biri də sonradan dönərək dəvəni kəsib doğrayanlardan oldu.
Allah-taala Salehə vəhy buyurdu: -Onlara de: -"Bu dişi bir dəvədir. Su içmək növbəsi, bir gün onun, bir gün də sizindir!" (Bir gün çeşmədən o su içsin, bir gündə siz su için. Bir-birinizə mane olmayın.) Hər gün ki, dəvənin növbəsi olurdu və su içirdi, onun əvəzinə camaata süd verirdi. Bütün camaat balacası-böyüyü, qocası-cavanı elə bir gün olmurdu ki, o süddən içməsinlər. Başqa gün isə camaat sudan istifadə edirdilər.
Beləliklə, bir müddət dəvənin növbəsi olduqda su kənarına gəlirdi və başını sudan qaldırmadan bütün suyu içirdi. Sonra başını qaldırıb, ayaqları arasında onu oynadırdı. Camaat da gəlib hər nə qədər su istəsələr içirdilər. Özləri ilə qab gətirib onları doldurub aparırdılar və heç bir boş qab qalmırdı. Bu müddət ərzində də Saleh həmişə onlara xatırladırdı: -"Ey camaat, Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Qoyun Allahın torpağında otlasın, ona bir pislik etməyin yoxsa şiddətli bir əzaba düçar olarsınız!" Saleh camaatı dəvəyə zərər yetirdirməkdən çəkindirmək, gələcək əzabı onlara xəbər vermək, o heyvanı böyük nemət və qəribə möcüzə olması ilə yanaşı, yenə də Salehin düşmənlərinin qabağını ala bilmədilər. Nəticədə dəvəni öldürməklə ilahi əzaba düçar oldular.
Dəvənin öldürülmə səbəbi Bu işin səbəbi nə olduğu haqda müxtəlif fikirlər irəli sürülmüşdür. Nəql olunur ki, növbə ilə bir gün camaatın, bir gün dəvənin su içməsi bir müddət davam etdi. Allaha qarşı üsyan edənə qədər dəvə onlarla yaşayırdı. Beləliklə, bir-birlərinə: "Gəlin bu dəvəni öldürək və şərrindən qurtaraq. Suyun bir gün onun, başqa gün isə bizim olmasını özümüzə sığışdıra bilmirik" -dedilər. Buna görə qərara gəldilər ki, o heyvanı öldürsünlər və qərara gəldilər ki, hər kəs bu işi öhdəsinə götürsə, hər nə qədər zəhmət haqqı istəsə ona verərik. Belə olan halda, qırmızı sifətli, göygöz, zinadan törənən Qəddar adlı bir kişi irəli gəlib bu iş üçün öz hazırlığını bildirdi. Onun üçün müəyyən muzd təyin edərək bu mühüm işi onun öhdəsinə qoydular.Kuleyni. "Rövzətül-kafi"
Allah Salehə vəhy edib qövmünün dəvəni öldürmələrini ona xəbər verdi. Saleh bu məsələni soruşduqda onlar cavabında dedilər ki, biz heç vaxt belə bir işə əl bulaşdırmarıq. Saleh dəvəni öldürəcək adamın nişanələrini də onlara dedi: "Qırmızı sifətli, göygözlü və qırmızı rəngdə saçı olan bir oğlandır". Onlar bu xüsusiyyətdə doğulan uşaqları öldürürdülər.
Təsadüfən tayfanın böyüklərindən birinin subay oğlu, başqasının isə subay qızı var idi. Onlar övladlarının evləndirməyi qərara aldılar. Həmən ildə onlardan Salehin xəbər verdiyi oğlan dünyaya gəldi.
Başqa bir tərəfdən camaat belə bir övladın olmasının qarşısını almaq üçün xüsusi qabilələr (mamalar) seçərək, onlara dövlət məmurları qoşurdular. Belə bir övlad məhz bu ər-arvaddan dünyaya gəldi, qadınların səsi göyə qalxdı ki, bu uşaq Saleh peyğəmbərin xəbər verdiyi uşaqdır. Dövlət məmurları uşağı öldürmək istəyirdilər, amma uşağın babaları bu işə maneçilik törətdilər və dedilər:
-"Hər zaman Saleh desə onu qətlə yetirərik".
Bu hadisədən əvvəl doqquz nəfər öz övladlarını öldürmüşdülər ki, məbada Salehin dəvəsini öldürən bu uşaqlardan olsun. Amma öldürdükdən sonra peşman oldular. Bu səbəbdən ürəklərində Salehə qarşı kin-küdurət yarandı və fitnə-fəsada, zinaya, hətta onu öldürməyə belə əl atdılar.
Qəddar boya-başa çatdıqda, günlərin bir günü öz yoldaşları ilə bir yerdə toplaşıb oturmuşdular. Şərab içmək fikrinə düşdülər. Şəraba qatmaq üçün bir az su lazım idi. Amma su yox idi, çünki su dəvənin növbəsi idi və o heyvan bütün suyu içmişdi. Bu vəziyyət onlara çox ağır təsir etdi. Qəddar "İstəyirsiniz mən bu dəvəni öldürüm" -dedi. "Bəli" -deyə cavab verdilər. Beləliklə qətlin müqəddiməsini hazırladılar.Rəvayəti Təbərsi "Məcməul-bəyan" adlı təfsirində Südeydən nəql edir.
Kəb nəql edir ki, Salehin dəvəsinin ölmə səbəbi Səmud qövmündə Məlka adlı bir qadının olması idi. O, camaata başçılıq edirdi. Camaatın həzrət Salehə daha çox diqqət yetirmələri və ona həddən artıq ehtiram etmələri bu qadının ona qarşı nifrətini artırdı. O, peyğəmbəri və dəvəsini öldürməyi qərara aldı.