Səfəvilər dövlətinin inzibati ərazi vahidləri — Səfəvilər dövlətinin inzibati ərazi bölgüsü. Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan).

Azərbaycan mərkəzli dövlət Hind alimi Qulam Sərvər Şah İsmayıl Xətainin vəziri Budaq Münşi Qəzvininin “Cəvahirül-əxbar” əsərinə istinadən yazırdı ki, “Aləmin pənahı olan şah Təbrizə yollandı və Azərbaycan səltənətinin taxtına əyləşdi”. Vladimir Fyodoroviç Minorski Səfəvilərin dövlət sərhədlərini belə sıralıyır: “A. Şimal-qərb-Azərbaycan və Zaqafqaziya; B. Şərq-Böyük Xorasan; C. Şimal-Xəzər sahili vilayətlər; D. Cənub-şərq-Kirman; E. Mərkəz-İraq; F. Qərb-Kürdüstan və Luristan; G. Cənub və Cənub-qərb: Fars və Xuzistan”.Nəciyev, Elnur. Səfəvilər dövlətinin əhalisi (az.) (1-ci nəşr). Bakı: Turxan NPB. 2022. 24–25.

Fars tarixçisi Nəsrulla Fəlsəfi I Şah Abbasa həsr etdiyi əsərdə belə yazırdıفلسفی نصرالله.  زندگانی شاه عباس اول (جلد اول). تهران: ع‍ل‍م‍ی‌‏‫، ۱۳۴۷، ص . he, ze, ye. :

İnzibati-ərazi bölgüsü

Avropalı səyyahlara görə Venesiya səyyahı və diplomatı V. D’Alessandri isə qeyd edir ki, Şah I Təhmasibin (1524-1576) dövründə “dövlət sultanların idarəsi altında olan 50 hissəyə bölün­müşdü”.

Fransız səyyah və missi-oneri Sansonun 1683-cü il səfər qeydlərinə görə isə “bu ölkə (Səfəvilər dövləti) valilər tərəfindən idarə olunan 10 nahiyədən-Gürcüstan, Luristan, Həvize (Ərəbistan), Bəxtiyari, Zeytun-Ərdalan (Kürdüstan), Mazandaran, Çərkəz, Herat, Qəndəhar və Kirman, yaxud Karamaniyədən ibarət idi”.

Sanson qeyd edir ki, “valilər tərəfindən idarə olunan nahiyələrdən başqa 12 bəylərbəyilik də vardı ki, onlar Təbriz, Kərəc (Kors), Ərdəbil, Lar, Məşhəd, Astrabad, Kirmanşah, Həmədan, Şüştər, Gəncə, Şamaxı, İrəvan vilayətlərindən ibarət olub, hakimləri bəylərbəyi statusuna malik idi”.

1708-1726-cı illərdə dövlətin mərkəzi İsfahanda yaşayan xristian səyyah J.T. Kruşinski isə əsərində Səfəvilər dövlətində Şah I İsmayılla başlayıb Şah I Sultan Hüseynlə (1694-1722) bitən dövr ərzində 12 məmləkətin olduğunu yazır: ” 1.İraqi-Əcəm, 2. Xuzistan, 3. Luristan, 4. Fars və Kirman, 5. Məkran, 6. İraqi-Ərəb, 7. Qəndəhar, 8. Zabulistan (Əfqanıstanın cənubunda əyalət – E. N.), 9. Sistan, 10. Xorasan və Mazandaran, 11. Gilan, 12. Ərazisinə İrəvan, Şirvan və Gürcüstan da daxil olan Azərbaycan”. Lakin Kruşinskinin bəylərbəyilik, yoxsa valilik əsasında İranın 12 məmləkətdən təşkil olduğunu yazıb-yazmadığını müəyyənləşdirmək çətindir.

Osmanlı mənbələrinə görə Osmanlı dəftərlərinə görə isə Səfəvilərin nəzarətində olan ərazilərin bir hissəsi, xüsusilə də Şimali və Cənubi Azərbaycan torpaqları imperiyanın nəzarət altına düşərkən liva (sancaq), nahiyə, köy və məzra formasında qeydə alınaraq tərtib edilən təhrir dəftərlərinə daxil edilmişdiÖzgüdenli O.G. Osmanlı İranı: Batı İran ve Azerbaycan tarihi hakkında Osmanlı tahrir kayıtları: Coğrafi ve İdari taksimatı./Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Tarih Araş-tırmaları Dergisi 22/34, 2003, s. 83-107. Bu dəftərləri tərtib edərkən də Elxanilər dövrünün maliyyə idarələrində fəaliyyət göstərən və məşhur tarixi əsərlər müəllifi Həmdullah Mustovfi Qəzvininin “Nüzhətül-Qülub” əsərində İraqi-Əcəm və Azərbaycan üçün istifadə edilən bölgünün saxlanılması məlum olur.Özgüdenli O.G. Osmanlı İranı, s. 98-99 Qeyd edək ki, bu əsərdə “Elxanilərin nəzarətində olan Persiya (Səfəvilər dövləti) ərazisinin İraqi-Əcəm, Azərbaycan, Muğan və Arran, Kür-düstan, Xuzistan, Fars, Şabankara (Kirmanşahın şimal-qərbində kürd tayfalarından birinin adı), Kuhistan (İran yaylasında dağlıq vilayət), Xorasan, Kumis (Reydən şərqdə vilayəti), Gilan kimi əyalətlərdən ibarət olması”, onların da öz növbəsinə “tümənə, tümənin də şəhər və başqa yaşayış məntəqələrinə bölünməsi” barədə məlumat verilmişdir.

Səfəvi mənbələrinə görə “Təzkirət əl-müluk” adlı mənbədə imperiyanın Ərəbistan, Luristan, Gürcüstan, Kürdüstandan ibarət 4 valiliyə və 13 bəylərbəyiliyə bölündüyü qeyd edilmişdir. Valiliklərin sıralanması isə onların nüfuzuna görə göstərilmişdir: “Qəndəhar, Şirvan, Herat, Azərbaycan, Çuxur-Səd, Qarabağ və Gəncə, Astrabad, Kuh-Giluyə (Fars), Kirman, Mərvi Şahi-cahan, Qələmrov-i Əlişəkər ölkəsi (Həmədan), Məşhədi müqəddəs-i müəlla, Darüssəltəney-i (paytaxt) Qəzvin”Minorsky V.F. Tadhkirat al-muluk, p.163. Sultanın iqamətgahının yerləşdiyi şəhər, yəni İsfahan isə “mə-ğərərüs-səltənə” adlanırdı.

İnzibati vahidlərin idarəçiliyi Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü. Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü.Qəzalara hakim və Qazı başçılıq edirdi.Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nayiyələrə bəylər başçılıq edirdilər. Nahiyələr kənd və obalara bölünürdülər. Bu inzibati ərazilərə yerinə görə kəndxuda, kovxa, yüzbaşı rəhbərlik edirdi. Əyalətlərdə olan ellərə yerinə görə elxanlar, elbəyilər, minbaşılar başçılıq edirdilər. Oymaqları Kələntər adlanan oymaqbəyiləri idarə edirdilər. Bəylərbəyilik çox zaman irsi idarəçilik hüququna malik idi. Azərbaycanı (Cənubi Azərbaycanı) Türkmanlar, Qarabağı Qacarlar, Şirvanı Ustaclılar, Çuxursəədi isə Ustaclılar və Qacarlar idarə edirdilər. Bəylərbəyi əyalətin hakimi, silahlı qüvvələrin baş komandanı olduğuna görə xüsusi qızıl kəmər, zərli çalma, xalat, tuğ və təbil daşıyırdı. Mənbə Oqtay Əfəndiyev "Azərbaycan Səfəvilər dövləti" Bakı, "Şərq-Qərb", 2007, 344 səh. İSBN 978-9952-34-101-0 Ənvər Çingizoğlu, Mahal Qacar, "Qradağ xanlığı" (Monoqrafiya)-Bakı: "Mütərcim", 2011. - 212 səh. Ənvər Çingizoğlu, Fazil Baxşəliyev, Qarabağın el və obaları, Bakı, "Şuşa", 2007, 224 səh. Nəciyev, Elnur. Səfəvilər dövlətinin əhalisi (az.) (1-ci nəşr). Bakı: Turxan NPB. 2022. 396 s.

Həmçinin bax

Səfəvilər dövləti

Xarici keçidlər

Some Notes on the Provincial Administration of the Early Ṣafawid Empire, R. M. Savory, Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 27, No. 1 (1964), pp. 114-128, Published by: Cambridge University Press, Article Stable

İstinadlar Kateqoriya:Səfəvilər Kateqoriya:Azərbaycanla bağlı ərazilər