Spartacus Legends () — "Kung Fu Factory" tərəfindən "Spartak" teleserialı əsasında hazırlanan və "Ubisoft" tərəfindən nəşr olunan free-to-play faytinq videooyunu. Videooyun 26 iyun 2013-cü il tarixində "PlayStation Network" və "Xbox Live" platformaları üçün buraxılmışdır. "Spartacus Legends" 22 dekabr 2015-ci il tarixində ləğv edilmişdir.
Qəbul Tənqidçilərin mövqeyi
"Spartacus Legends" bütün platformalarda "qarışıq" və "mənfi" rəylər almışdır. Rəy toplayıcısı "Metacritic"ə əsasən videooyun PlayStation 3 platformasında 6 rəy əsasında 100 baldan 50 bal, Xbox 360 platformasında 8 rəy əsasında 100 baldan 45 bal almışdır.
"Game Revolution" mütəxəssisi Nikolas Ten videooyunun təqdim etdiyi məzmunun çoxluğunu tərifləmiş, ancaq onun çətinlik səviyyəsini, o cümlədən qrafik problemlərini tənqid etmiş və oyuna 5 ulduzdan 3 ulduz vermişdir.
İstinadlar
Xarici keçidlər (arxivləşdirilmiş)
Kateqoriya:2013-cü ilin videooyunları Kateqoriya:Ubisoft videooyunları Kateqoriya:Faytinq oyunları Kateqoriya:Free-to-play videooyunlar Kateqoriya:Çoxnəfərli onlayn oyunlar Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:Xbox 360 videooyunları Kateqoriya:Hadisələrin İtaliyada cərəyan etdiyi videooyunlar Kateqoriya:ABŞ videooyunları Kateqoriya:2005-ci ilin videooyunları Kateqoriya:Qarşı-qarşıya faytinq oyunları Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar