Sərnişinlər () — ABŞ istehsalı elmi fantastika və macəra filmi. Baş rollarda Kris Prett və Cennifer Lourens yer almışdır. Film dünya üzrə 303 milyon dollardan çox gəlir əldə etmişdir.
Mövzu Minlərlə insanı daşıyan "Avalon" ulduz gəmisi, 120 il davam edən "Homestead Colony" adı verilən uzaq bir müstəmləkə planetinə səyahət edir. Sərnişinlər və bütün qrupları yatmaq kapsulundadır, lakin gəmi böyük asteroid sahəsindən keçən zaman, gəmidə bir qəza baş verir. Bu nasazlığa görə gəminin sərnişinlərindən biri Jim Preston (Chris Pratt) oyanması lazım olan vaxtdan 90 il tez oyanır.
Rollarda
Kris Prett, Jim Preston, mexanik.James Rainey (April 12, 2016). Cennifer Lourens, Aurora Lane, Kosmos səyahətinin hekayəsini danışmaq istəyən Nyu Yorkdan bir yazıçı. Michael Sheen, Arthur, robot barmen. Laurence Fishburne, Gus Mancuso, kosmik gəminin heyətindən bir səlahiyyətli. Aurora Perrineau, Celeste Auroranın ən yaxşı dostudur.
İstehsal Filmin Jon Spaihts tərəfindən yazılan orijinal ssenarisi 2007-də Qara Siyahıya (Hollywood'un ən bəyənilən amma yaşıl işıq verilməmiş ssenarilərinin illik sıralanması) girməsi daxil illərdir Hollywood'un ətrafında fırlanırdı. Film Sony Pictures'də dayanmadan əvvəl bir yerdən bir yerə hoppanırdı. Weinstein Comoany filmi Keanu Reeves və Reese Witherspoon ilə dizayn edildiyində 35 milyon $ qədər təvazökar bir büdcə qurdu. Əslində Brian Kirk ilk rejissorluq cəhdini etmək üçün Reevesin baş rolu ilə bərabər qurulmuşdur və Wayfare Entertainment filmi pulla təmin edəcək və istehsalçı olacaqdır. 5 Dekabr 2014 tarixində Sony Pictures Entertainment'in filmin haqqlarını almaq üçün edilən auksionu qazandığı açıqlandı. 27 Yanvar 2015 tarixində Sony'nin, Morten Tyldum ilə filmin başına keçməsi üçün reportajlarda olduğu açıqlandı.
Filmin aktyor heyəti Fevral 2015 ilə Dekabr 2016 arasında açıqlandı.
Çəkilişlər Əsas çəkilişlər Sentyabr 2015-də Atlanta, Georgiada başladı. Çəkilişlər bəzən bütün gün müddətində sadəcə iki başrolun ətrafında baş tutdu.
Mükafatlar və namizədliklər 89-cu Akademiya Mükafatları
Ən Yaxşı İstehsal Dizaynı (Guy Hendrix Dyas və Gene Serdena) — Nominasiya Ən Yaxşı Film Musiqisi (Thomas Newman) — Nominasiya
İstinadlar
Xarici keçidlər IMDb- də Sərnişinlər
Kateqoriya:2010-cu illərin macəra filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:Yazıçılar haqqında filmlər Kateqoriya:ABŞ-nin kosmik macəra filmləri Kateqoriya:Atlantada çəkilmiş filmlər Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika filmləri Kateqoriya:ABŞ-nin romantik filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:2016-cı ilin filmləri Kateqoriya:2010-cu illərin elmi fantastika filmləri Kateqoriya:2010-cu illərin romantik filmləri Kateqoriya:2016-cı ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin macəra dram filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:İngilis dilində macəra filmləri Kateqoriya:İngilis dilində elmi fantastika filmləri Kateqoriya:İngilis dilində romantik filmlər Kateqoriya:Hadisələrin gələcəkdə cərəyan etdiyi filmlər Kateqoriya:Original Film filmləri