Şərur Rayon Xalq Teatrı — Şərur rayonunda Rza Təhmasibin adını daşıyan teatr
Haqqında 1938-ci ildən dram kollektivi kimi fəaliyyət göstərmişdir. İlk vaxtlar həvəskar aktyorların ifasında Səməd Vurğunun "Vaqif" , Cəfər Cabbarlının "Solğun çiçəklər", Cəlil Məmmədquluzadənin "Ölülər" əsərləri oynanılmışdır. 1981-ci ildən xalq teatrı adlanır. Son illərdə S. S. Axundovun "Tamahkar", Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", Sultan Məcid Qəniyevin "Rəhmə gəl, mələyim", Q. Hüseynovun "Nicat", Seyran Səxavətin "Zəngulənin səsləri" və s. əsərlər tamaşaya qoyulmuşdur.
Xarici keçidlər Şərur Rayon Xalq Teatrı Naxçıvan şəhərində teatrsevərlərin görüşünə gəlib
Şərur Rayon Xalq Teatrının 35 illiyində Naxçıvan teatr sənətinin böyük yoluna nəzər salındı .
Mənbə
Kateqoriya:Naxçıvan teatrları Kateqoriya:Şərur rayonu