Sahibcamal Qizzatullina-Voljskaya ( ) — Tatar əsilli Rusiya, Sovet aktrisası və rejissoru. Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti. Bioqrafiyası Sahibcamal Qizzatullina-Voljskaya 1892-ci ildə Qazanda anadan olmuşdur. 1907-ci ildə İlyasbek Aşkazarskinin truppasının üzvü olur. 1912-ci ildə müasir "Nur" teatrının davamçısı olduğu ilk "Nur" teatrının tatar truppasını təşkil edir. Bu truppa Rusiya vətəndaş müharibəsinin çətin illərində dağılır. Sahibcamal Qırmızı Ordunun Şərq Cəbhəsinin 2-ci ordusunda 6-cı Cəbhə qrupunun lideri olur. Vətəndaş müharibəsinin sonunda Sahibcamal İjevsk və Kazanda dram teatrları qruplarında çalışır. 1923-cü ildə Başqırdıstan Dram Teatrıında çıxış edir. Sahibcamal Qizzatullina-Voljskaya realist bir aktrisa kimi tanınırdı. O, Luiza (Fridrix Şillerin "Hiyləgərlik və Sevgi"), Trilbı (Corc dyu Maurierin Q. Qe romanı), Marianna (Molyerin, "Xəsis" komediyası) kimi rolları canlandırdı. Şafiqə (debüt rolu, 1907, Namiq Kamalın, "Bədbəxt uşaq"), Sarbi (Kamal Qәliәsgәrin, "Zibillik"), Bibi (Z. Seyid-Zadə, "Bədbəxt Bibijixan"), Katerina (Aleksandr Ostrovskinin Şimşək preysi) kimi parlaq rollarını oynamışdır.
Başqırdıstan Dram Teatrında Züleyxa (Kərim Tinçurinin "Yusif və Züleyxa"), Sarbi (Fəthi Burnaşın "Gənc Ürəklər") rollarını oynayır.
Rejissor kimi böyük və güclü hissləri əks etdirən qəhrəmanlıq-romantik, faciəli əsərlərə müraciət edir: "Gənclik", "Qeyri-bərabər" (Fatih Əmirxan), "Züleyha" (Ayaz İshaki) və s.
Tatar yazıçısı, şairi və dramaturqu Nəqi İsənbət onun həyat və yaradıcılığına "Gülcamal" () pyesini həsr edir. Qazanda Karl Marks küçəsi, 60 ünvanında yaşayırdı. 1974-cü ildə Çistay şəhərində vəfat edir.
Qazan şəhəri Novo-Tatar qəsəbəsindəki tatar qəbiristanlığında dəfn edilir.
Ədəbiyyat Башкирская энциклопедия в 7 т., т. 2 (В-Ж), 2006 г., Уфа, «Башкирская энциклопедия», 624 с. Mənbə Статья в электронной версии Башкирской энциклопедии Сахибжамал Гиззатуллина-Волжская. Биобиблиографический справочник От «Шафики» до «Катерины»: сценические образы первой татарской актрисы İstinadlar
Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları