Namiq Atalla oğlu Axundov () — professor, Azərbaycan Ali Sovetinin XI və XII çağırış deputatı (1985–1995).
Həyatı Axundov Namik Atalla oğlu 1940-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1962-ci ildən Azərbaycan Gənclər Təşkilatında işləmişdir. 1964-cü ildə Azərbaycan Gənclər Təşkilatı Komitəsinin sədr müavini, 1967-ci ildə isə sədri seçilib. 1969-cu ildən Nazirlər Soveti Aparatında çalışmışdır. 1982-ci ildə Azərbaycan KP MK-nın Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini, 1984-cü ildə isə həmin şöbənin müdiri təyin olunmuşdur.
Namiq Axundov 1985-ci ildə 385 nömrəli Səfərəliyev seçki dairəsindən XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və beynəlxalq işlər üzrə parlament komissiyasının sədr müavini seçilmişdir. 1991–1995-ci illərdə isə Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı seçilmiş, xarici işlər üzrə komitə sədri vəzifəsində çalışmışdır.
1982-ci ildə Axundov Namik İctimai Elmlər Akademiyasına (Moskva ş.) daxil olmuş, üç ildən sonra oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1967-ci ildə həmin Akademiyada namizədlik dissertasiyasını, 1991-ci ildə isə Rusiya İdarəetmə Akademiyasında "Müasir beynəlxalq münasibətlərdə xalq diplomatiyasının rolu" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1992-ci ildə Azərbaycan Parlamentinin Beynəlxalq əlaqələr şöbəsinin sədri işləyib. 1997-ci ilin yanvarında vəzifəsindən istefa vermişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Beynəlxalq münasibətlər" kafedrasının professoru olmuşdur.
ABŞ-nin Baton ruj və Yeni Orlean şəhərlərinin fəxri vətəndaşıdır.
2020-ci ildə filologiya elmləri doktoru Ziyəddin Məhərrəmov Namiq Axundov haqqında "Mənalı ömrün 80 ili" adlı kitab yazmışdır.
Təltifləri Namiq Axundov xidmətlərinə görə "Xalqlar dostluğu" ordeni, "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları, həmçinin bir sıra medallar və təşəkkürnamələrlə təltif olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilənlər