25-ci kadr — videoya əlavə kadrların qoyulması vasitəsi ilə insanın altşüuruna təsir etməyin metodikasıdır. Bu ifadənin müəllifi, Ceyms Vikeri bu cür təsirin mövcudluğu sübut edən eksperementlərinin nəticələrini özü saxtalaşdırdığını etiraf edib.Boese, Alex (2002). The Museum of Hoaxes: A Collection of Pranks, Stunts, Deceptions, and Other Wonderful Stories Contrived for the Public from the Middle Ages to the New Millennium, E. P. Dutton, ISBN 0-525-94678-0. pages. 137-38.Anthony R. Pratkanis. The Cargo-Cult Science of Subliminal Persuasion. The Committee for Skeptical Inquiry. Vol. 16.3, Spring 1992 1958-ci ildə Amerikan Psixoloqlar Birliyi rəsmi olaraq 25-ci kadrın psixoloji effekti olduğunu inkar edib.Репьев А. П. Миф о 25-м кадре. Российская глава
İddia insan gözünün saniyədə 24 kadrdan çox görə bilmədiyində əsaslanır. Əslində isə, 25-ci kadr insan tərəfindən görünə bilər və beləliklə gizli deyil.Евгений Вотяков. Некоторые результаты исследования вопроса об эффекте «25-го кадра». // Вестник КрасГАСА, вып. 7, 2004
Daha geniş mənada hiss olunmaz ismarış () və ya stimul () şəxsin şüurlu qavrayış həddinin altına təsir edən hər hansı həssas stimuludur. 2012-ci ildə aparılan funksiyanal maqnit rezonans tomoqrafiya (fMRT) araşdırması göstərib ki, hiss olunmaz stimullar, ondan xəbərsiz olan iştrakçıların müəyyən beyin hissələrini aktivləşdirir.
61 iştrakçı ilə aparılan eksperement göstərib ki, hədəfli prayminq iştədən, içki brendin adını hiss olunmaz ismarışlar iştrakçıların həmin praym edilən mallarnan bağlı davranışa təsir edə bilər. Eyni zamanda, həmin eksperimenti izah edən akademik məqalə Vikarinin iddialarını "fantaziya" adlandırır.
Qanunilik
ABŞ
1957-ci ildə ABŞ Federal Rabitə Komissiyası (FCC) bəyan edib ki, onun Rabitə Aktının 303 bölməyə əsasən müəyyən hiss olunmaz ismarışları kontrol etməyə haqqı var. Halbuki, bu haqq ancaq yayımçılara qarşı həyata keçirilə bilər.
Rusiya
Rusiyada reklamda 25-ci kadr və hiss olunmaz ismarışların başqa növləri qanuna ziddir.
Ukrayna
Ukraynanın Televiziya və radio yayımı haqqında qanunu televiziya və radio proqramlarında və yayımlarında insanın altşüüruna təsir edən və/və ya onların sağlamlıq durumuna zərərli təsir edən gizlədilmiş salmaları qadağan edir.Закон України «Про телебачення і радіомовлення», ст. 6 п. 3
İstinadlar
Kateqoriya:Reklam Kateqoriya:Saxtalaşdırma