Böyük İstanbul avtovağzalı () və ya rəsmi adı ilə İstanbul 15 iyul demokratiya avtovağzalı () — Bayrampaşa ilçəsinin sərhədləri daxilində olmasına baxmayaraq, Əsənlər mərkəzinə çox yaxın olduğu üçün İstanbulun Avropa hissəsində yerləşən və Əsənlər Avtobus Terminalı olaraq da bilinən şəhərlərarası avtobus terminalı.

1980-ci illərdə Topqapıda yerləşən İstanbul Trakya Avtovağzalının kifayət etməməsindən sonra 1987-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi ilə Böyük İstanbul Avtobus İdaretmələri ASC arasında imzalanan müqavilə ilə fəaliyyətə başladı. Türkiyənin və Avropanın ən böyük, dünyanın ən böyük 3. avtovağzalıdır. 2014-cü il etibarilə Büyük İstanbul avtovağzalında 168 ofisdə 324 avtobus şirkəti xidmət göstərirdi.

Bundan əlavə, fərqli memarlığı ilə diqqəti cəlb edən Cümhuriyyət məscidi də avtobus terminalı içərisində yerləşir.

Avtovağzalın adı 15 İyul çevriliş cəhdi zamanı həlak olan vətəndaşların xatirəsinə "İstanbul 15 iyul demokratiya avtovağzalı" olaraq dəyişdirildi.

Tarixçə 1980-ci ildə, İstanbulun Avropa hissəsində yeni bir terminal tikməyə başladı. Topqapı avtobus terminalında sıxlıq yaranmağa başladı. 1987-ci ildə yeni terminalın inşasına başlanıldı. 1994-cü ildə terminallar xidmətə girdi. Tikili 140 milyon dollara başa gəlmişdir.

Statistik göstəricilər Quruluş çoxmərtəbəlidir. Avtobuslar üçün 450–500, müvəqqəti isə 1000-dən çox dayanacaq var. Gündə təxminən 15 min avtobus daşınma həyata keçirir. Terminal günlük 600.000 sərnişin tutumuna malikdir. Terminallarda işləyən 3000–5000 nəfər işləyir. Hər ay bir 30 milyona yaxın sərnişin bu vağzaldan istifadə edir.

Tənqidlər Avtobus terminalı xaotik və çirkin memarlığı səbəbilə geniş tənqid edilmişdir. Terminal daxilində daim avtobus sıxlığı mövcuddur. Terminalın təhlükəsizliyi ən aşağı səviyyədədir. Vağzalın dərinliklərinə enmək sakinlər tərəfindən təhlükəli hesab olunur. Vağzal zirzəmisində narkomanlar, evsizlər və qeyri-qanuni iş sahiblərinə rast gəlmək mümkündür.

İstinadlar

Kateqoriya:Türkiyədə ictimai nəqliyyat Kateqoriya:Avtovağzallar Kateqoriya:1994-cü ildə tikilmiş nəqliyyat infrastrukturları Kateqoriya:İstanbul tikililəri Kateqoriya:İstanbulda nəqliyyat