thumb|Jan Nuvelin "Nouvel 100" binası On Birinci prospekt () — Nyu-York şəhərinin Manhetten borosunun ən qərb hissəsində, Hudzon çayı yaxınlığında yerləşən şimal-cənub avtomobil yolu. On birinci prospekt, Qansevoort küçəsi, Qrinviç Vilic və Vest Villic məhəllələri ilə qonşuluqda yerləşən Mitpekinq rayonunda başlayır; On Birinci prospekt, Onuncu prospekt və Vest küçəsinin kəsişdiyi yerdə. 22-ci küçə ilə Qansevoort küçəsi arasındakı Vestsayd şossesinin bir hissəsi hesab olunur.
59-cu və 107-ci küçələr arasında prospekt Vest End prospekti kimi tanınır. Vest End prospekti və On birinci prospekt eyni yolun bir hissəsi hesab olunurlar.
İctimai nəqliyyat On birinci prospekt, 2015-ci ilin sentyabr ayından bəri 34-cü küçənin altındaki stansiyada tikilən və 7-ci metro genişləndirilməsinin hissəsi olaraq qurulan Nyu-York metropoliteninin 7 və <7> qatarları tərəfindən xidmət göstərilir.
M12 marşrutu 2014-cü ilin sentyabr ayından bu prospektdə işləyir; avtobus marşrutu planları 2014-cü ilin əvvəlində tərtib edilmişdir.
İstinadlar
Kateqoriya:Manhetten küçələri Kateqoriya:Çelsi (Manhetten) Kateqoriya:Cəhənnəm mətbəxi (Manhetten)