Adil Qazıyev (tam adı: Adil Yusif oğlu Qazıyev; ) — Azərbaycan-sovet alimi, rəssamı, sənətşünası, redaktoru, tərcüməçi, Azərbaycan dekorativ tətbiqi və təsviri sənəti ilə əlaqədar olan kitab, eyni zamanda məqalələrin müəllifi, texniki elmlər namizədi (1938), elmlər doktoru (1958).
1932–1941-ci illərdə A. Qazıyev Moskva Dövlət Tekstil Universitetinin sənətşünaslıq fakültəsində, 1941–1945-ci illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs demişdir. 1938-ci ildə Adil Qazıyev texniki elmlər namizədi elmi dərəcəsini, 1958-ci ildən isə sənətşünaslıq üzrə elmlər doktoru fəxri adını almışdır.
A. Qazıyev 1928–1930-cu illərdə Azərbaycan Gənc Rəssamlar İttifaqının, 1930-cu ildən isə AzİTSİC – Azərbaycan İnqilabi Təsviri Sənət İşçiləri İttifaqının üzvü olmuşdur. Adil Qazıyev 31 dekabr 1972-ci ildə 66 yaşında vəfat etmişdir.
Həyatı Adil Qazıyev 24 mart 1906-cı ildə Naxçıvanda Yusif Qazıyevin ailəsində dünyaya gəlmişdir. O, Naxçıvan teatrında rəssam Bəhruz Kəngərli ilə birgə oxumuşdur. Adil Qazıyev 1925-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsilini tamamlayıb, 1927–1931-ci illərdə Moskva Dövlət Tekstil Universitetində Sergey Gerasimov və Aleksandr Kuprinin sinfində ali təhsil almışdır. 1936-cı ildə Adil Qazıyev bu universitetin aspiranturasını bitirmiş, təhsilini tamamladıqdan sonra isə Azərbaycana qayıtmışdır. Alim Bakıda yaşayırdı.
A. Qazıyev 1928–1930-cu illərdə Azərbaycan Gənc Rəssamlar İttifaqının, 1930-cu ildən isə AzİTSİC Azərbaycan İnqilabi Təsviri Sənət İşçiləri İttifaqının üzvü olmuşdur. Rəssam-sənətşünas Adil Qazıyev "İki dəmirçi" (19281930, Azərbaycan Milli İncəsənət Muzeyi), rəssam Bəhruz Kəngərlinin portretləri (1931) və "Yazıçı Mirzə Fətəli Axundov" (1939, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi), "Naxçıvan mənzərələri" (pastel seriyası, 1938, Azərbaycan Milli İncəsənət Muzeyi) kimi əsərlərin, eyni zamanda "Azərbaycan SSR. 10 il" (tempera, 1930) xalçasının eskiz rəssamıdır.
Adil Qazıyev həmçinin Azərbaycan dekorativ tətbiqi və təsviri sənəti ilə əlaqədar olan kitab, eyni zamanda məqalələrin müəllifidir. 1932–1941-ci illərdə A. Qazıyev Moskva Dövlət Tekstil Universitetinin sənətşünaslıq fakültəsində, 1941–1945-ci illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs demişdir. 1938-ci ildə Adil Qazıyev texniki elmlər namizədi elmi dərəcəsini, 1958-ci ildən isə sənətşünaslıq üzrə elmlər doktoru fəxri adını almışdır.
Adil Qazıyev 31 dekabr 1972-ci ildə 66 yaşında vəfat etmişdir.
Əsərləri
Redaktor olduğu
Müəllifi olduğu
Tərcümə etdiyi
İstinadlar
Həmçinin bax Azərbaycan rəssamlarının siyahısı
Ədəbiyyat
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan sənətşünasları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:SSRİ rəssamları Kateqoriya:Azərbaycan redaktorları Kateqoriya:SSRİ alimləri Kateqoriya:XX əsr Azərbaycan rəssamları