Hidroaeromexanika — axıcı maddələrin (mayelərin, qazların və plazmaların) mexanikasını və onlara təsir edən qüvvələri öyrənən fizika sahəsi.White, Frank M. (2011). Fluid Mechanics (7th ed.). McGraw-Hill. ISBN 978-0-07-352934-9. Onun mexaniki, mülki, kimyəvi və biotibbi mühəndislik, geofizika, okeanoqrafiya, meteorologiya, astrofizika və biologiya da daxil olmaqla geniş spektrdə tətbiqləri var.
Onu maye və qazların statikasına, yəni sükunətdə olan axıcıların öyrənilməsinə və onların dinamikasına, yəni qüvvələrin axıcıların hərəkətinə təsirinin öyrənilməsinə ayırmaq olar. O maddənin atomlardan təşkil olunduğunu nəzərə almadan onu modelləşdirən bütöv mühit mexanikasının bir qoludur; yəni burada maddə mikroskopik yox, makroskopik baxımdan modelləşdirilir. Hidroaeromexanika, xüsusən də hidroaerodinamika tipik olaraq kompleks riyazi aktiv tədqiqat sahəsidir. Bir çox problemlər qismən və ya tamamilə həll edilməmişdir və ən yaxşı formada isə ədədi üsullarla, adətən, kompüterlərdən istifadə etməklə həll edilmişdir. Hesablamalı hidroaerodinamika adlanan müasir elm sahəsi bu yanaşmaya həsr edilmişdir.Tu, Jiyuan; Yeoh, Guan Heng; Liu, Chaoqun (Nov 21, 2012). Computational Fluid Dynamics: A Practical Approach. ISBN 978-0080982434. Axınların vizuallaşdırılması və analizi üçün eksperimental üsul olan hissəciklərin sürətinin vizual ölçülməsi də axının yüksək vizual təbiətinə əsaslanır.
Qısa tarix Hidroaeromexanikaya dair çalışmalar öz başlanğıcını ən azı Antik Yunanıstandan götürür. Bu dövrün ən sanballı çalışması Arximed tərəfindən maye və qazların statikasına və qaldırma qüvvəsinin tədqiqinə həsr olunmuş "Üzən Cisimlərə Dair" əsəridir. Hidroaeromexanikadakı böyük irəliləyişlər Leonardo da Vinçi (müşahidə və təcrübələr), Evangelista Toriçelli (barometrin icadı), İsaak Nyuton (özlülüyün tədqiqi), Blez Paskal (hidrostatikanın tədqiqi, Paskal qanunu) ilə başladı və Daniel Bernulli tərəfindən Hidrodinamika (1739) əsərində maye və qazların riyazi dinamikasının tanıdılması ilə davam etdi.
Sonralar qeyri-özlülüklü axının analizi müxtəlif riyaziyyatçılar (Jan Leron D'Alamber, Jozef Lui Laqranj, Pyer Simon Laplas, Simeon Denis Puasson) tərəfindən aparıldı, həmçinin Jan Lui Mari Puazeyl və Qotthilf Haqen də daxil olmaqla bir çox mühəndislər tərəfindən tədqiq edildi. Klod Luis Navye və Corc Qabriel Stoks tərəfindən əlavə riyazi əsaslandırma Navye-Stoks tənliklərilə verildi və sərhəd təbəqələri araşdırıldı (Lüdviq Prandtl, Teodor fon Karman), eyni zamanda Osborn Reynolds, Andrey Kolmoqorov və Qoffri İnqram Teylor kimi alimlər maye və qazların özlülük və turbulentlik anlayışlarını inkişaf etdirdi.
Başlıca qolları
Hidroaerostatika Axıcıların statikası və ya hidrostatika hidroaeromexanikanın tarazlıqda olan mayeləri öyrənən bölməsidir. O, stabil tarazlıqdakı axıcıların sükunət şərtlərinin öyrənilməsini əhatə edir və hərəkətdə olan axıcıların öyrənilməsi ilə məşğul olan hidroaerodinamika ilə ziddiyyət təşkil edir. Hidrostatika gündəlik həyatdakı bir çox hadisələrin, məsələn, atmosfer təzyiqinin nə üçün hündürlüyə görə dəyişdiyinin, odunun və yağın suda niyə üzdüyünün, sükunət halındakı su səthinin niyə düz olduğunun fiziki izahını verir. Hidrostatika hidravlika, yəni mayelərin saxlanması, daşınması və istifadəsiylə məşğul olan qurğular mühəndisliyi üçün əsasdır. O, həmçinin geofizika və astrofizikanın bəzi aspektlərinə (məsələn, litosfer lövhələrinin tektonikasının və Yerin qravitasiya sahəsindəki anomaliyaların öyrənilməsində), meteorologiyaya, tibbə (qan təzyiqi kontekstində) və bir çox başqa sahələrə daxildir.
Hidroaerodinamika Hidroaerodinamika hidroaeromexanikanın altsahəsidir—maye və qazların hərəkəti haqqında elmdir.Batchelor, C. K., & Batchelor, G. K. (2000). An introduction to fluid dynamics. Cambridge University Press. Hidroaerodinamika, axının ölçülməsindən alınan və praktik məsələləri həll etməyə yarayan empirik və yarı empirik qanunları əhatə edən—bu praktik fənlərin əsasında duran—sistematik bir struktur təqdim edir. Hidroaerodinamika məsələlərinin həllinə, adətən, sürət, təzyiq, sıxlıq və temperatur kimi müxtəlif xüsusiyyətlərin fəza və zamanın funksiyaları şəklində hesablanması daxildir. Bu elmin aerodinamikaBertin, J. J., & Smith, M. L. (1998). Aerodynamics for engineers (Vol. 5). Upper Saddle River, NJ: Prentice Hall.Anderson Jr, J. D. (2010). Fundamentals of aerodynamics. Tata McGraw-Hill Education.Houghton, E. L., & Carpenter, P. W. (2003). Aerodynamics for engineering students. Elsevier.Milne-Thomson, L. M. (1973). Theoretical aerodynamics. Courier Corporation. (havanın və digər qazların hərəkətini öyrənir) və hidrodinamikaMilne-Thomson, L. M. (1996). Theoretical hydrodynamics. Courier Corporation.Birkhoff, G. (2015). Hydrodynamics. Princeton University Press. (mayelərin hərəkətini öyrənir) da daxil olmaqla bir çox alt sahəsi var. Hidroaerodinamika təyyarələrə təsir edən qüvvələrin və onların hərəkətlərinin hesablanması, boru kəmərləri vasitəsilə neftin kütləvi axınının təyin edilməsi, inkişaf edən hava nümunələrinin proqnozlaşdırılması, ulduzlararası fəzada dumanlıqların anlaşılması və partlayışların modelləşdirilməsi də daxil olmaqla çox müxtəlif tətbiq sahələrinə malikdir. Hidroaerodinamikanın bəzi prinsiplərindən nəqliyyat mühəndisliyində və xaos dinamikasında istifadə olunur.
Bütöv mühit mexanikasıyla əlaqəsi Hidroaeromexanika, aşağıdakı cədvəldə göstərildiyi kimi, bütöv mühit mexanikasının alt sahələrindən biridir:
Mexanik görünüşə görə maye kəsmə gərginliyini dəstəkləməyən bir maddədir; buna görə də sükunət halında olan maye öz qabının formasına malikdir. Sükunət halındakı mayenin kəsmə gərginliyi yoxdur.
Fərziyyələr thumb|Kontrol səthi ilə əhatə olunmuş kontrol həcmində bəzi inteqrasiya olunmuş maye miqdarı üçün balans. Fiziki sistemin hidroaeromexaniki davranışına xas olan fərziyyələr riyazi tənliklərlə ifadə etmək olar. Prinsipcə, hər bir hidroaeromexaniki sistemin aşağıdakılara tabe olduğu fərz edilir:
Kütlənin saxlanması Enerjinin saxlanması İmpulsun saxlanması Kəsilməzlik fərziyyəsi
Məsələn, kütlənin qorunub saxlanması fərziyyəsi o deməkdir ki, hər hansı sabit kontrol həcmi (məsələn, sferik həcm) üçün - kontrol səthiylə əhatə olunmuş - həmin həcmdə olan kütlənin dəyişmə sürəti kütlənin sürətinə bərabərdir. Kütlənin içəridən xaricə keçmə sürəti çıxılmaqla səthdən xaricdən içəriyə keçir. Bu, baxılan həcm üzrə inteqral formada tənlik kimi ifadə edilə bilər.Batchelor, George K. (1967). An Introduction to Fluid Dynamics. Cambridge University Press. p. 74. ISBN 0-521-66396-2.
Kəsilməzlik fərziyyəsi mayelərin mikroskopik miqyasda molekullardan ibarət olsalar belə, özlərini kəsilməz kimi apardığı bütöv mühit mexanikasının ideallaşdırılmasıdır. Kəsilməzlik fərziyyəsinə əsasən, sıxlıq, təzyiq, temperatur və kütlə sürəti kimi makroskopik (müşahidə olunan/ölçülə bilən) xassələrin “sonsuz kiçik” həcm elementlərində yaxşı müəyyən edilməsi qəbul edilir – sistemin xarakterik uzunluq şkalası ilə müqayisədə kiçik, lakin molekulyar uzunluq şkalası ilə müqayisədə böyükdür. Mayenin xassələri bir həcm elementindən digərinə davamlı olaraq dəyişə bilər və molekulyar xassələrin orta qiymətləridir. Kəsilməzlik fərziyyəsi səsdən sürətli axınlar və ya nanomiqyasda molekulyar axınlar kimi tətbiqlərdə qeyri-dəqiq nəticələrə gətirib çıxara bilər.Greenkorn, Robert (3 October 2018). Momentum, Heat, and Mass Transfer Fundamentals . CRC Press. p. 18. ISBN 978-1-4822-9297-8. Kəsilməzlik fərziyyəsinin uğursuz olduğu problemlər statistik mexanikadan istifadə etməklə həll edilə bilər. Kəsilməzlik fərziyyəsinin tətbiq edilib-edilmədiyini müəyyən etmək üçün molekulyar orta sərbəst yolun xarakterik uzunluq ölçüsünə nisbəti kimi təyin olunan Knudsen ədədinin qiyməti hesablanır. 0.1-dən aşağı Knudsen ədədləri ilə bağlı problemlər kəsilməzlik hipotezindən istifadə etməklə qiymətləndirilə bilər, lakin daha böyük Knudsen ədədlərinə uyğun gələn mayenin hərəkətini tapmaq üçün molekulyar yanaşma (statistik mexanika) tətbiq oluna bilər.
Navye-Stoks tənlikləri Navye-Stoks tənlikləri (Klod Luis Navye və Corc Qabriel Stoksun adını daşıyır) mayenin müəyyən nöqtəsində qüvvə balansını təsvir edən diferensial tənliklərdir. Vektori sürət sahəsi olan sıxılmayan maye üçün Navye-Stoks tənlikləri aşağıdakı kimidir:Constantin, P., & Foias, C. (1988). Navier-stokes equations. University of Chicago Press.Temam, R. (2001). Navier-Stokes equations: theory and numerical analysis (Vol. 343). American Mathematical Society.Foias, C., Manley, O., Rosa, R., & Temam, R. (2001). Navier-Stokes equations and turbulence (Vol. 83). Cambridge University Press.Girault, V., & Raviart, P. A. (2012). Finite element methods for Navier-Stokes equations: theory and algorithms (Vol. 5). Springer Science & Business Media.
Bu diferensial tənliklər Nyutonun hissəcikləri üçün hərəkət tənliklərinin deformasiya olunan materialların analoqlarıdır–Navye-Stoks tənlikləri burada kinematik özlülüyü ilə parametrləşdirilmiş təzyiqinə və özlülüyünə cavab olaraq impulsda (qüvvədə) dəyişiklikləri təsvir edir. Bəzən tənliklərə qravitasiya qüvvəsi və ya Lorens qüvvəsi kimi cisim qüvvələri də əlavə olunur.
Verilmiş fiziki problem üçün Navye-Stoks tənliklərinin həlli variasiya hesabının köməyi ilə axtarılmalıdır. Praktik baxımdan yalnız ən sadə halları məhz bu şəkildə həll etmək olar. Bu hallar ümumiyyətlə Reynolds ədədinin kiçik olduğu qeyri-turbulent, kəsilməz axını əhatə edir. Daha mürəkkəb hallar üçün, xüsusən qlobal hava sistemləri, aerodinamika, hidrodinamika və daha çox kimi turbulentliklə bağlı hallar üçün Navye-Stoks tənliklərinin həlli hazırda yalnız kompüterlərin köməyi ilə tapıla bilər. Elmin bu sahəsi hesablamalı hidroaerodinamika adlanır.Anderson, J. D., & Wendt, J. (1995). Computational fluid dynamics (Vol. 206). New York: McGraw-Hill.Chung, T. J. (2010). Computational fluid dynamics. Cambridge University Press.Blazek, J. (2015). Computational fluid dynamics: principles and applications. Butterworth-Heinemann.Wesseling, P. (2009). Principles of computational fluid dynamics (Vol. 29). Springer Science & Business Media.Anderson, D., Tannehill, J. C., & Pletcher, R. H. (2016). Computational fluid mechanics and heat transfer. Taylor & Francis.
Qeyri-özlülüklü və özlülüklü axıcılar Qeyri-özlülüklü mayelərin özlülüyü sıfıra bərabərdir, . Praktikada özlülüksüz axın, riyazi əməliyyatları sadələşdirmək üçün istifadə olunan idellaşdırmadır. Əslində, sırf özlülüksüz axınların yalnız ifrataxıcılıq vəziyyətində gerçəkləşdiyi məlumdur. Əks təqdirdə, mayelər ümumiyyətlə özlüdür, bu xüsusiyyət bərk səthə yaxın olan sərhəd təbəqəsi yaxınlığında çox vaxt mühümdür,Kundu, Pijush K.; Cohen, Ira M.; Dowling, David R. (27 March 2015). "10". Fluid Mechanics (6th ed.). Academic Press. ISBN 978-0124059351. burada axın bərk cismin sürüşməməsi vəziyyətinə uyğun olmalıdır. Bəzi hallarda, mayenin mexaniki sisteminin riyazi hesablamalarını sərhəd təbəqələrindən kənarda olan mayenin qeyri-sabit olduğunu qəbul edərək və sonra onun həllini nazik laminar sərhəd təbəqəsi üçün uyğunlaşdırmaqla yerinə yetirmək olar.
Məsaməli sərhəddən maye axını üçün mayenin sürəti sərbəst maye ilə məsaməli mühitdəki maye arasında fasiləsiz ola bilər (bu Beaver və Cozef vəziyyəti ilə bağlıdır). Bundan əlavə, aşağı səssiz sürətlərdə qazın sıxılmadığını düşünmək faydalıdır - yəni sürət və statik təzyiq dəyişsə də qazın sıxlığı dəyişmir.
Nyuton mayelərinə qarşı qeyri-Nyuton mayeləri