M-60 — ABŞ istehsalı pulemyot. İkinci dünya müharibəsi dövründə almanlar tərəfindən Üçüncü Reyxin ordusu sayılan Vermaxt üçün hazırlanmış MG 42 pulemyotunun əsasında hazırlanmışdır. 7,62×51 mm ölçülü NATO gülləsindən istifadə edir. Bu silah seriyalı istehsal edilən, dəqiq, lakin bahalı bir silahdır. Atəş zamanı gülləsinin uçuş mənzili təxmini olaraq 2000 metrə kimi və atışın effektivlik məsafəsi isə 1100 metrə qədərdir.
ABŞ-nin İkinci Dünya müharibəsindən sonra iştirak etdiyi bütün qarşıdurmalar da bu silahdan istifadə edilib.
Qaz və açıq bolt texnikası ilə işləyir. Silah, Hərbi dəniz qüvvələrindən tutmuş vertolyotlara qədər bir çox hərbi vasitələrdə istifadə edilir.
Texniki xüsusiyyətləri Növü: ağır pulemyot Mənşəyi: Konstruktor: Saco Defense, U. S. Ordnance Çəki: 10,5 kq Uzunluq: 1,077 mm Lülə uzunluğu: 560 mm Hündürlük: 216 mm Sursat: 7,62×51 mm NATO Kalibr: 7,62 Atış sürəti: 600 mərmi/dəqiqə Effektiv mənzili: 1100 m. (1200 yard) Maksimum mənzil: 3,725 m
İstifadəçilər
İstinadlar
Kateqoriya:ABŞ pulemyotları