"SPİD. Seks. Zdorovye" () — 1991-ci ildən nəşr olunmağa başlayan elmi-populyar jurnal.

Haqqında "SPİD. Seks. Zdorovye" jurnalı 1991-ci ildə — Rusiyada "seksual inqilab"ın ən pik dönəmində professor Aza Rəhmanova tərəfindən təsis edilmişdir. Ölkədə cinsiyyət problemləri haqqında danışan az saylı nəşrlərdəndir.

Jurnalın əsas təyinatı – HİV/QİÇS sahəsində fundamental bilikləri, bu sferada dünya elminin son nailiyyətlərini işıqlandırmaq, HİV-infeksiyadan əziyyət çəkən insanların talelərindən danışmaq, onlara insansevər münasibət formalaşdırmaq, böyüyən nəsilə seksual mədəniyyət barədə biliklər aşılamaq və cəmiyyəti sağlam həyat tərzinə istiqamətləndirməkdən ibarətdir.

Jurnal ildə 4 dəfə — mart, may, sentyabr və dekabr aylarında dərc edilir.

Mükafatları "SPİD. Seks. Zdorovye" jurnalı UNICEF və Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin fəxri fərmanları da daxil olmaqla, dəfələrlə HİV profilaktikası sahəsində Rusiya və beynəlxalq müsabiqələrin laureatı olub.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Rəsmi saytı

Kateqoriya:Rusiya jurnalları Kateqoriya:1991-ci ildə yarananlar Kateqoriya:Rus dilində jurnallar