Shopify Inc. — baş ofisi Kanadanın paytaxtı Ottavada yerləşən elektron ticarət şirkətidir. Onlayn mağazalar və pərakəndə satış nöqtələri sistemləri üçün xüsusi E-Ticarət platforması
xidməti göstərir. Shopify onlayn pərakəndə satıcılarına kiçik ticarətçilər üçün bir onlayn mağazanın işlənməsi prosesini sadələşdirmək üçün ödənişlər, marketinq, göndərmə və müştəri cəlbetmə vasitələrini toplu xidmətlər paketini təklif edir.
Şirkət, 2019-cu ilin İyun ayına qədər platformasını istifadə edən təxminən 175 ölkədə 1,000,000-dən çox müəssisəsinin olduğunu, ümumi mal həcminin 2018-ci il təqvimi üçün 41.1 milyard dolları keçdiyini bildirdi.
İstinadlar
Kateqoriya:Kanada şirkətləri Kateqoriya:Kanada brendləri Kateqoriya:Nyu-York Fond Birjasında siyahıya alınmış şirkətlər Kateqoriya:2006-cı ildə yaranan saytlar Kateqoriya:2004-cü ildə yaranan şirkətlər Kateqoriya:Kanada proqram təminatı şirkətləri