Məhəmməd Mian Somro () — Pakistan İslam Respublikasının 10-cu prezidenti. Soomro, 1923-cü ildən bəri milli siyasətdə fəal olan Sindhi feodal ailəsində anadan olub. Atası, mərhum Əhməd Mian Soomro, Qərbi Pakistan Məclisi sədrinin müavini və Senatın üzvü idi və Senat Komitə Sistemlərinin qurulmasına kömək edirdi. O, başqa bir siyasətçinin xan Bahadur Hacı Molla Bux Samro-nun nəvəsidir. 2007-ci il 16 Noyabr — 25 mart 2008-ci il tarixlərində Ümumi Seçkilərə nəzarət etmək üçün Pakistanın Baş naziri idi və 2008-ci il Avqustun 18-də Pərviz Müşərrəf istefa verdikdən sonra Pakistanın 3-cü Prezident vəzifəsini icra etdi.

Siyasi Karyerası Beynəlxalq səviyyədə tanınan peşəkar bir bankir olan Samro həm ölkə daxilində, həm də xaricdə milli və beynəlxalq təşkilatlarda müxtəlif yüksək vəzifələr tutmuşdur.DAWN.com "Soomro heads interim govt: Inamul Haq, Ishrat Hussain, Salman Taseer, Nisar Memon, Pir of Taunsa Sharif among ministers"

Böyük banklar üçün də mühüm vəzifələrdə çalışmışdır: Amerika Bankı Yəmən Beynəlxalq Bankının baş meneceri və baş icraçı direktoru: Bəhreyn Faysal İslam Bankı: MCB Bank: Rəsmi Pakistanın Kənd Təsərrüfatı İnkişaf Bankı kimi tanınan Zarai Taraqiati Bank Limited: Federal Kooperativ Bankı: Pakistan Milli Bankının prezidenti Samro bu təşkilatlarla işlədiyi müddətdə qazandığı uğurlar üçün böyük bir rəğbət qazanıb. Pakistanda mikrokredit bankçılığının qurulmasında da mühüm rol oynamışdır. O, həmçinin Shell Pakistan şirkətinin idarə heyətində mühüm bir vəzifə tutmuşdur.

Qubernatorluq Samro'nun dövlət qulluğu vəzifəsi 25 may 2000-ci ildə Sind valisi təyin edilməsindən sonra başladı.

Senatın Sədri Samro Senat seçkilərində iştirak etmək üçün 26 dekabr 2002-ci ildə Sind Qubernatoru vəzifəsindən istefa etdi. 23 fevral 2003-cü ildə Senator seçildi və ardından da 12 mart 2003-cü ildə Senatın sədri seçildi.

Vasitəçi Baş nazir Samro, 15 noyabr 2007-ci ildə, yeni parlament seçkiləri öncəsi, əvvəlki baş nazir Şövkət Əzizin səlahiyyət müddəti bitdikdən sonra müvəqqəti baş nazir təyin edildi.Khalid Qayum and Khaleeq Ahmed, "Musharraf Picks Soomro as Interim Premier Until Polls" , Bloomberg.com, 15 November 2007. Noyabrın 16-da Soomro, prezident Pərviz Müşərrəf tərəfindən baş nazir olaraq and içdi."Soomro takes oath as Pakistan's caretaker PM" , Xinhua (chinadaily.com.cn), 16 November 2007. Onun səlahiyyət müddəti, Yousaf Raza Gilani baş nazir olaraq and içdikdən sonra, 25 mart 2008-ci ildə başa çatdı

Pakistan prezidenti Konstitusiyanın tələb etdiyi kimi, Samro (Senatın sədri vəzifəsində) Pərviz Müşərrəfin istefası ilə 18 avqust 2008-ci ildə avtomatik olaraq Prezident oldu."Soomro takes over as Pak President" , Press Trust of India, 18 August 2008. Konstitusiya eyni zamanda yeni Prezidentin 30 gün ərzində Məclis tərəfindən seçilməsini tələb etdi.

Daha sonra Asif Əli Zərdari Prezident seçildi və sonradan 9 sentyabr 2008-ci ildə and içdi,Jane Perlez, "Bhutto's widower takes office in Pakistan" , International Herald Tribune, 9 September 2008..

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:Pakistan prezidentləri Kateqoriya:Kəraçili siyasətçilər Kateqoriya:Pakistan bankirləri Kateqoriya:Pakistan baş nazirləri